Xətainin SON VƏSİYYƏTİ – İsmayılı şah kimi yetişdirən gizli təşkilatla bağlı TARİXİ FAKTLAR

“17 iyul 1487-ci ildə Səfəvi ordeninin davamçısı sayılan, xanədanlığın varisi Şeyx Heydərin sayca dördüncü oğlu (birinci oğulları Musa idi və 6 aylığında rəhmətə gedir) anadan olur. Ailə onun adını Musa qoymaq istəsə də Xanədan buna izn vermir və məsləhət görürlər ki, adı İsmayıl olsun. İsmayıl Allaha qurban edilən isim kimi qəbul edilirdi və Şeyx Heydər Xanədan ağsaqqallarının sözünə baxır. İsmayıl Şeyx Heydər oğlu adı verilir ona”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında tarixçi alim, dosent Zaur Əliyev səsləndirib.

Səfəvilər imperiyasının qurucusu Şah İsmayıl Xətainin doğum günündə onunla bağlı fikirlərini bölüşən tarixçi bir sıra maraqlı məqamlara da toxunub:

“Onun anadan olmasından bir neçə gün sonra Hüseyn Lələ, Şahın atabəyi və müəllimi olaraq seçilir. O körpə İsmayıla yaxınlaşır və and içir "Mən Xaqan oğlu Xaqanı tərbiyəmə götürüb onu türk qanunları, Törəyə uyğun hazırlayacağıma and içirəm. Onun əxlaqlı, soyuna sadiq və layiqli hokmran olacağına and içirəm. Dədələrimizdə bizə miras qalan sirrləri öyrədəcəyimə və ona sadiq olacağıma and içirəm. Əgər andımdan dönsəm qılıncımla doğranım, oxumla sancılım, yer və göy qəbul etməsin ruhumu və cəsədimi".

Andı isə qəbul edən "Günəş və Aslan" təşkilatı idi. Oğuz Türklərinin yəni Azərbaycanda yaşayan Oğuz Türklərinin gizli "Günəş və Aslan” mühafizə təşkilatın əsas işi hökmdar yetişdirmək, onların türk kimliyini və Azərbaycanda dövlətçilik ənənələrini qorumaq idi. 
Təşkilat Böyük Türk İmparatorluğunun qurucusu olan Oğuz xaqan tərəfindən e.ə. 209-cu ildə qurulub. İlk qurulan təşkilat Türk törəsi olan Ədalət, nizam, əxlaq və millətə xidmət dördlüyü prinsiplərini daşıyırdı. 

Məhz onların əmri ilə Şahın vəkili vəzifəsini Hüseyn bəy Lələdən sonra Nəcməddin Məsud Gilani, Yar Əhməd Əbdülbaği Yəzdi, Mirzəşah Hüseyn İsfahani və Xacə Cəlaləddin Məhəmməd Təbrizi tutmuşdular.
İsmayılın axtarıldığını görüb onu bir müddət Ərdəbildə daha sonra Rəştdə gizlədir "Günəş və Aslan" təşkilatı...

Sonra onu Lahicana, Gilan hakimi Mirzə Əlinin sarayına gətirirlər. Gilana gələndə İsmayıl yeddi yaşında olur. Burada o, Həsən xanın himayəsi altında Lələ Hüseyn tərəfindən tərbiyə olunur. İsmayıl təqribən 6 il burada qalaraq, tanınmış əmir və alimlərin rəhbərliyi altında özünün dini, dünyəvi və hərbi təlimlərini davam etdirir.

Şah İsmayıl Xətai doğulan gündən "Günəş və Aslan" təşkilatının idarəçiləri olan ağsaqqalların, qaynaqlarda qeyd edildiyi kimi, “Gün görənlərin” himayəsi altında olub. Onun dünyaya gəlişi də İstanbulun geri alınması kimi qədim kitablarda yazılıb. 

Şah İsmayıl fövqəl fiziki gücə və zəkaya sahib bir şəxs idi. Onun anadan olmasından sonra “Gün görənlər” dərhal onu himayəyə götürüb hazırlayır, həyatı Lələlərin təlimi və tərbiyəsi ilə davam etdirir. Səfəvilər dövləti onu quran və inkişaf etdirən türk tayfalarının şərəfinə “qızılbaş ölkəsi”, “qızılbaş dövləti”, Səfəvi hökmdarı isə “qızılbaş padşahı” deyə qeyd olunur. 

Şah İsmayıl Azərbaycan türkcəsini Hindistandan Bağdada qədər yaydı. 

O, Dövlət dilini türk dili elədi. Üstəlik türk dilində əsərlər yaradaraq bu gündə əsl türk sənəti olan qədim ozanlıq inkişafına təkan verdi. Onun şeir yazmağı ilə yanaşı gözəl səsinin olduğu da deyilir. Özü sazda ifa edib oxuyurdu. 

Şah İsmayılın banisi olduğu Səfəvilər dövləti tarixdə qurulan ən türkçü dövlətlərdən biri idi. Hətta Səfəvilər dövlətinə Turanı diriltməyə çalışan Əfrasiyab nəsli deyilirdi. Şah İsmayıl öz əsərlərini türkcə yazıb və əsərlərində türkü mələyə bənzədib. O dövrdə digər türk dövlətləri artıq türklüklərini itirirdi. Şah I İsmayılın zamanında Azərbaycanın bütün ticarəti yalnız türklərin əlində idi.  
Şah İsmayılın çox gənc olmasına baxmayaraq, onun sərkərdə istedadı, döyüşçü cəsarəti və hökmdar zəkası Şərqdə və Qərbdə hökmdarları, o dövrün görkəmli adamlarını həmişə, elə bu gün də heyran edir. Şah İsmayıl Səfəvinin dövlətin siyasi-hüquqi quruluşuna baxışları onun uşaqlıq illərindən, Qızılbaşlar hərəkatının başçısı kimi fəaliyyətə hazırlandığı və bu ruhda tərbiyə edildiyi dövrdən formalaşıb. 

Onun şəxsi və siyasi keyfiyyətlərinin formalaşması üçün Səfəvi əmirləri və digər türk tayfalarının başçıları da səy göstərib, lakin bu keyfiyyətlər əsasən çoxsaylı daxili siyasi amillərin təsiri altında yaranıb.

Şah İsmayılın xalqın və dövlətin həyatının bütün tərəflərini əhatə edən fəaliyyəti xalqın öz köklərini dərk etməsinə, dayanıqlı etnik kodun və mədəni identikliyin formalaşmasına kömək edirdi.

Şah İsmayıl fenomenal şəxs idi. 

Yaxşı sərkərdə, idarəçi, mədəniyyəti sevən, şəhərsalmağa meyilli və ən əsası qeyri-adi fiziki gücə sahib idi. Məhz ona görə də hər bir onu sevən bu sözləri deyirdi "qurban olduğum, sadağa olduğum Pirim Mürşüdüm" .

Şah İsmayıla "Türki-tacidar" deyə də xitab edirdilər.Azərbaycan hökmdarı heç vaxt məğlub etdiyi qoşunun arxasınca gedib onları təqib etməz və qaçıb qurtulmalarına imkan yaradardı. "Aman vermək imandandır" -  deyən Şah İsmayıl təslim olanları bağışlayır, hətta onları öz ordusuna qəbul edirdi. Şah İsmayıl hərbi əməliyyatlar aparılan ərazilərdə dinc əhalinin zərər çəkməsinə heç zaman imkan verməzdi. 

Şahın son vəsiyyəti

Qızılbaşlara etdiyi son vəsiyyətində onları dövlətçiliyi qorumaq naminə birliyə çağırmışdı. O, vəsiyyətində deyirdi: 

"Sufi olmağın yolu və üsulu odur ki, nifaqdan əl çəkib, ittifaq edəsiniz ki, düşmən dörd tərəfdən üzərinizə hərəkət edə bilməsin. Nə qədər ki sizin aranızda ittifaq vardır, heç bir padşahın qüdrəti çatmaz ki, özündə qızılbaşlarla vuruşmağa iradə tapa bilsin. Çox çalışdım. Artıq kamala dolmuşdum. Çox əlləşdim - müharibə olmasın, dedim, olmadı. Budur, Çaldıran döyüşündən on il keçib. Hələ bir dəfə üzüm gülməyib, dodaqlarımda təbəssüm olmayıb... 
Ömrün son günlərini yaşayıram... Sizin üçün bu az ömrümdə əlimdən gələni eylədim. Fəthlər edib, parça-parça bölünmüş diyarımızı birləşdirməyə çalışdım. Vətənin bir sıxma torpağını bir ovuc qızıldan, türk dilimizin bir küçücük sözünü bir ölçü ləl-cəvahirətdən üstün bildim. Hər ikisinin Vətənimizin və dilimizin əbədiyyəti üçün. Nə bacardımsa onu eylədim. Yaxşı nə başladımsa - onu göyərdin! Səhvlərimi təkrar etməyin! Sizə vəsiyyətim budur! Sizə üç əmanət qoyub ərən babalar: dilimiz, qeyrətimiz, Vətənimiz!”

Qaynaqlar iddia edir ki, son nəfəsində Şah oğlu Təhmasibə "gözümün nuru, çıx bayıra, mən getməliyəm" deyib. 

Əhali onun öldüyünə niyə inanmırdı?

Dünyasını dəyişəndə Şah İsmayılın 37 yaşı var idi. Bu ömrünün 24 ilini o, Səfəvi dövlətinin şahı olmuşdu.

"Rövzətüs Səfəviyyə" əsərində bildirilir ki, Şah İsmayılın dünyasını dəyişməsi insanları və bütün səltənət əyanlarını üzüntülü bir dərdə bürüdü, ümumi bir çarəsizlik və hərəkətsizlik hamıya sirayət etdi. Lakin səltənətin tanınmış əyanlarından olan Div sultan Rumlu, Köpək sultan Ustaclı və digərləri baş vermiş bu itki ilə barışmağı, Şah İsmayılın dəfn edilməsinin qaçılmaz olduğunu insanlara anlatmağa çalışdılar.

Bundan sonra Şah İsmayılın dəfn mərasiminə başlandı. Şah İsmayılın dəfn mərasiminə Astrabaddan olan dini işlər sədri Əmir Camaləddin Məhəmməd rəhbərlik edirdi. Ölkənin ən nüfuzlu, ən hörmətli din xadimləri, dövlətin əmirləri, əyanları, sufi xəlifələri və müridləri bu mərasimdə iştirak edirdilər. 

Əmir Camaləddinin rəhbərliyi altında Şah İsmayılın nəşi yuyulub kəfənə büründü və dəfn namazı qılındı.

Sonra da Şah İsmayılın nəşi Əmir Camaləddinin rəhbərliyi, sufilər dəstəsinin və qorçuların müşayiəti ilə Ərdəbilə yola salındı. O, Şeyx Səfi türbəsində ulu əcdadı Şeyx Səfiəddinin qəbri yanında dəfn edildi.
Şahın ölümü ilə bağlı isə müxtəlif versiyalar var. Bəzi mənbələr onun xəstəlikdən, bəziləri isə zəhərlənərək öldürüldüyünü yazırlar.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Elşad Xose hər şeyi "sildi" – FOTO

Elşad Xose hər şeyi "sildi" – FOTO

Salyanda avtomobillərin toqquşması ölümlə nəticələndi - FOTO

Salyanda avtomobillərin toqquşması ölümlə nəticələndi - FOTO

İsraildə "Qafqaz mafiyası"nın liderini öldürənlər tutuldu - VİDEO

İsraildə "Qafqaz mafiyası"nın liderini öldürənlər tutuldu - VİDEO

Dənizdə batmaqda olan bir nəfəri xilas edildi

Dənizdə batmaqda olan bir nəfəri xilas edildi

Bu ərazilərdə olan evlərə maraq azaldı - VİDEO

Bu ərazilərdə olan evlərə maraq azaldı - VİDEO

Pentaqon İranla münaqişədə ölən ABŞ hərbçilərinin sayını AÇIQLADI

Pentaqon İranla münaqişədə ölən ABŞ hərbçilərinin sayını AÇIQLADI

Xırdalanda gəlin qayınanasını döydü — Səbəb

Xırdalanda gəlin qayınanasını döydü — Səbəb

Lukaşenko: "Sizin fədakarlığınız heyranlıq doğurur"

Lukaşenko: "Sizin fədakarlığınız heyranlıq doğurur"

Göygöldə iki avtomobil toqquşdu - Ölən var

Göygöldə iki avtomobil toqquşdu - Ölən var

Anar Bayramov Cəlilabad RMX-ə baş həkim TƏYİN ETDİ

Anar Bayramov Cəlilabad RMX-ə baş həkim TƏYİN ETDİ

Vladimir Putin Mehriban Əliyevanı TƏBRİK ETDİ

Vladimir Putin Mehriban Əliyevanı TƏBRİK ETDİ

Novxanıda avtomobil marketə çırpıldı – VİDEO

Novxanıda avtomobil marketə çırpıldı – VİDEO

Hörmüz boğazında müvəqqəti dəhliz yaradılacaq - FOTO

Hörmüz boğazında müvəqqəti dəhliz yaradılacaq - FOTO

Ermənistan MN-dən hərbçinin ölümü ilə bağlı açıqlama: “Orduya aidiyyatı yoxdur”

Ermənistan MN-dən hərbçinin ölümü ilə bağlı açıqlama: “Orduya aidiyyatı yoxdur”

Bu yağları alarkən diqqətli olun: Təhlükəli maddələr aşkarlandı

Bu yağları alarkən diqqətli olun: Təhlükəli maddələr aşkarlandı

Elgiz Əkbər bu verilişlə qayıdır – VİDEO

Elgiz Əkbər bu verilişlə qayıdır – VİDEO

Gədəbəydə qətl: 51 yaşlı kişi həmkəndlisini öldürdü

Gədəbəydə qətl: 51 yaşlı kişi həmkəndlisini öldürdü

Səfirimiz Belqradda diplomatik fəaliyyətə başladı

Səfirimiz Belqradda diplomatik fəaliyyətə başladı

İrandan növbəti HƏDƏ: "Sərhədi keçsəniz, bazalarınız vurulacaq"

İrandan növbəti HƏDƏ: "Sərhədi keçsəniz, bazalarınız vurulacaq"

Lənkəranda qadın keçmiş ərini telefonla döydü - Uşağa görə...

Lənkəranda qadın keçmiş ərini telefonla döydü - Uşağa görə...

Azərbaycanda təbii artım və doğum əmsalları aşağı düşdü - RƏQƏMLƏR

Azərbaycanda təbii artım və doğum əmsalları aşağı düşdü - RƏQƏMLƏR

Arzuolunmaz İran səfiri Livandan yaşayış icazəsi istədi

Arzuolunmaz İran səfiri Livandan yaşayış icazəsi istədi

“Qarabağ” daha 2 futbolçu alır – Razılıq əldə olundu

“Qarabağ” daha 2 futbolçu alır – Razılıq əldə olundu

Ailə baxa bilmir, müəssisəyə də yerləşdirilmir - Yaşlı insanlar kimə etibar edilməlidir?

Ailə baxa bilmir, müəssisəyə də yerləşdirilmir - Yaşlı insanlar kimə etibar edilməlidir?

End of content

No more pages to load

RADİO