Rəsmi Bakı: "Rusiya XİN-in sülh prosesi ilə bağlı bəyanatı məyusluq doğurur"

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin üçtərəfli bəyanatı və sülh prosesini şərh edən 15 iyul 2023-cü il tarixli bəyanatı anlaşılmazlıq və məyusluq doğurur.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin bu bəyanatı Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə və Rusiya Federasiyası Prezidenti Vladimir Putin tərəfindən Qarabağ bölgəsi daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən çıxışları ilə uyğunsuzluq təşkil edir.
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin 30 ilə yaxın müddətdə ərazilərimizi işğal altında saxlayan Ermənistanın Baş nazirinin Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıması faktı kontekstində şərh etməsi və şərtləndirməsi qəbuledilməzdir.

Xatırlatmaq istərdik ki, məhz Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Ermənistanla münasibətlərin qurulması üçün beş baza prinsiplərini, sülh müqaviləsi təklifini, eləcə də sərhədlərin delimitasiyası təşəbbüsünü irəli sürən tərəfdir və bu istiqamətlərdə bütün ilkin sənədlərin müəllifidir.

Hal-hazırda da Azərbaycan tərəfi sülh müqaviləsinin irəlilədilməsi istiqamətində əməli addımlar atır.

Ölkəmiz həmçinin Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatlara daim sadiqlik nümayiş etdirib.

Buna baxmayaraq, sözügedən üçtərəfli bəyanat imzalanan ilk gündən etibarən Ermənistan tərəfi bəyanatın bir çox müddəalarını yerinə yetirməyib və Rusiya tərəfi öhdəlikləri çərçivəsində bəyanatın tam olaraq yerinə yetirilməsini təmin etməyib.

Uzun müddət ərzində Laçın yolundan istifadə etməklə aparılan qeyri-qanuni fəaliyyətə, Ermənistandan Azərbaycan ərazisinə hərbi təchizat və minalar daşınmasına, qanunsuz hərbi birləşmələrin rotasiyasiyasına, üçüncü ölkə vətəndaşlarının icazəsiz əraziyə gətirilməsi kimi faktlara dair Azərbaycan tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu fəaliyyətlərin qarşısının alınması üçün heç bir tədbir görülməyib.

Azərbaycan tərəfi ölkə ərazisində baş verən bu qanuna zidd fəaliyyətlərin qarşısının alınması, şəffaflığın təmin olunması məqsədilə, Azərbaycan qanunvericiliyinə və beynəlxalq qaydalara uyğun olaraq yaradılmış Laçın sərhəd buraxılış məntəqəsi təsis edib. Bu məntəqədən son bir neçə ay ərzində yüzlərlə erməni sakinlərin tənzimlənən və şəffaf şəkildə keçidi təmin olunub.

Buna baxmayaraq, Ermənistan tərəfi yenə də Azərbaycan əleyhinə hərbi təxribatlarından əl çəkməyərək, 15 iyun tarixində məntəqəni atəşə tutub və iyul ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobillərində qaçaqmalçılığa cəhd göstərib.

Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi BQXK vasitəsilə erməni sakinlərin keçidi üçün yenə də şərait yaradıb və Ağdam-Xankəndi yolu vasitəsilə erməni sakinlərin ehtiyaclarının qarşılanması imkanlarının mövcud olduğunu bildirib.

Bu kontekstdə, Azərbaycanın suveren hüququ olan Laçın sərhəd keçid məntəqəsi yaradılması məsələsinin siyasiləşdirilməsi cəhdləri və bölgədə guya gərgin humanitar vəziyyət yarandığı barədə iddialar səsləndirilməsinin heç bir əsasının olmadığı hər kəsə bəllidir.

Qeyd edilənlərə baxmayaraq, məhz Rusiya Federasiyasının tərəf olduğu 2020-ci il üçtərəfli bəyanata zidd olaraq, Azərbaycan ərazisində mövcud olan erməni silahlı qüvvələrinin qalıqlarının hələ də tam olaraq çıxarılması təmin edilməyib.
Bunun əksinə, bölgədə Rusiya sülhməramlı kontingentinin müşahidəsi altında erməni silahlı qüvvələrinə dəstək həyata keçirilir.

Bununla yanaşı, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz kommunikasiyaya müxtəlif bəhanələrlə maneçilik törədildiyi məlumdur.

Azərbaycan bölgədə sülh və əmin-amanlığın təmin edilməsində maraqlıdır və bu istiqamətdə səylərini bundan sonra da davam etdirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Elşad Xose hər şeyi "sildi" – FOTO

Elşad Xose hər şeyi "sildi" – FOTO

Salyanda avtomobillərin toqquşması ölümlə nəticələndi - FOTO

Salyanda avtomobillərin toqquşması ölümlə nəticələndi - FOTO

İsraildə "Qafqaz mafiyası"nın liderini öldürənlər tutuldu - VİDEO

İsraildə "Qafqaz mafiyası"nın liderini öldürənlər tutuldu - VİDEO

Dənizdə batmaqda olan bir nəfəri xilas edildi

Dənizdə batmaqda olan bir nəfəri xilas edildi

Bu ərazilərdə olan evlərə maraq azaldı - VİDEO

Bu ərazilərdə olan evlərə maraq azaldı - VİDEO

Pentaqon İranla münaqişədə ölən ABŞ hərbçilərinin sayını AÇIQLADI

Pentaqon İranla münaqişədə ölən ABŞ hərbçilərinin sayını AÇIQLADI

Xırdalanda gəlin qayınanasını döydü — Səbəb

Xırdalanda gəlin qayınanasını döydü — Səbəb

Lukaşenko: "Sizin fədakarlığınız heyranlıq doğurur"

Lukaşenko: "Sizin fədakarlığınız heyranlıq doğurur"

Göygöldə iki avtomobil toqquşdu - Ölən var

Göygöldə iki avtomobil toqquşdu - Ölən var

Anar Bayramov Cəlilabad RMX-ə baş həkim TƏYİN ETDİ

Anar Bayramov Cəlilabad RMX-ə baş həkim TƏYİN ETDİ

Vladimir Putin Mehriban Əliyevanı TƏBRİK ETDİ

Vladimir Putin Mehriban Əliyevanı TƏBRİK ETDİ

Novxanıda avtomobil marketə çırpıldı – VİDEO

Novxanıda avtomobil marketə çırpıldı – VİDEO

Hörmüz boğazında müvəqqəti dəhliz yaradılacaq - FOTO

Hörmüz boğazında müvəqqəti dəhliz yaradılacaq - FOTO

Ermənistan MN-dən hərbçinin ölümü ilə bağlı açıqlama: “Orduya aidiyyatı yoxdur”

Ermənistan MN-dən hərbçinin ölümü ilə bağlı açıqlama: “Orduya aidiyyatı yoxdur”

Bu yağları alarkən diqqətli olun: Təhlükəli maddələr aşkarlandı

Bu yağları alarkən diqqətli olun: Təhlükəli maddələr aşkarlandı

Elgiz Əkbər bu verilişlə qayıdır – VİDEO

Elgiz Əkbər bu verilişlə qayıdır – VİDEO

Gədəbəydə qətl: 51 yaşlı kişi həmkəndlisini öldürdü

Gədəbəydə qətl: 51 yaşlı kişi həmkəndlisini öldürdü

Səfirimiz Belqradda diplomatik fəaliyyətə başladı

Səfirimiz Belqradda diplomatik fəaliyyətə başladı

İrandan növbəti HƏDƏ: "Sərhədi keçsəniz, bazalarınız vurulacaq"

İrandan növbəti HƏDƏ: "Sərhədi keçsəniz, bazalarınız vurulacaq"

Lənkəranda qadın keçmiş ərini telefonla döydü - Uşağa görə...

Lənkəranda qadın keçmiş ərini telefonla döydü - Uşağa görə...

Azərbaycanda təbii artım və doğum əmsalları aşağı düşdü - RƏQƏMLƏR

Azərbaycanda təbii artım və doğum əmsalları aşağı düşdü - RƏQƏMLƏR

Arzuolunmaz İran səfiri Livandan yaşayış icazəsi istədi

Arzuolunmaz İran səfiri Livandan yaşayış icazəsi istədi

“Qarabağ” daha 2 futbolçu alır – Razılıq əldə olundu

“Qarabağ” daha 2 futbolçu alır – Razılıq əldə olundu

Ailə baxa bilmir, müəssisəyə də yerləşdirilmir - Yaşlı insanlar kimə etibar edilməlidir?

Ailə baxa bilmir, müəssisəyə də yerləşdirilmir - Yaşlı insanlar kimə etibar edilməlidir?

End of content

No more pages to load

RADİO