Azərbaycan XİN Paşinyana CAVAB VERDİ 

Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən hökumətin 6 iyul tarixli iclasında Azərbaycan əleyhinə beynəlxalq ictimaiyyət arasında yanlış təəssürat yaratmaq məqsədi daşıyan fikirləri tamamilə əsassızdır. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda deyilir.

Bildirilir ki, Ermənistan tərəfinin beynəlxalq hüququn norma və prinsiplərinə və Üçtərəfli bəyanat çərçivəsində öhdəliklərinə uyğun olaraq erməni qüvvələrini Azərbaycan ərazilərindən çıxarmaq əvəzinə, ərazimizdə mövcud olan silahlı qüvvərin Ermənistana məxsus olmadığına dair işğal dövründə səsləndirilən iddiaların təkrarlanması bu ölkənin yanlış siyasətdən əl çəkmədiyini göstərir. 

Ermənistan Respublikasının Müdafiə Nazirliyinin komandanlığı altında fəaliyyət göstərən və Ermənistan məhkəmələri tərəfindən məhkum olunan silahlı qüvvələrin Ermənistana məxsus olmadığını iddia etmək heç bir məntiqə sığmır. 
Azərbaycanın ərazilərini işğal altında saxlamaqla və qonşu ölkələrə qarşı ərazi iddiaları irəli sürməklə özünü blokadada saxlayan Ermənistanın Azərbaycanın kommunikasiyaların açılmasında maraqlı olmadığını iddia etməsi və Üçtərəfli bəyanata zidd olaraq Ermənistanın Naxçıvana maneəsiz keçidi təmin etməkdən imtina etməsi Ermənistanın öhdəliklərini heçə saydığını nümayiş etdirir. 

Azərbaycana qarşı mina təhdidini təkzib edən Baş nazirə xatırlatmaq istərdik ki, məhz Ermənistan tərəfindən basdırılmış minalar 2020-ci il 44 günlük müharibədən sonra 300 nəfərdən çox azərbaycanlının mina qurbanına çevrilməsinə səbəb olub.

Bununla yanaşı, Ermənistan tərəfindən uzun müddət mövcudluğu təkzib edilən və beynəlxalq təzyiqlərdən sonra təqdim edilən xəritələrin əksəriyyətinin faydasız olduğu və insanların həlak olduğu partlayışların 55%-dən əksəriyyəti xəritələr təqdim edilməyən ərazilərdə baş verdiyi məlumdur. 
Ermənistan tərəfi həqiqətən də sülhdə maraqlıdırsa, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə yalnız sözdə deyil, əməldə də riayət etməli, bölgədə sülh və təhlükəsizliyə təhdid olan erməni silahlı qüvvələrini Azərbaycan ərazisindən dərhal çıxarmalıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu marşrutlar üzrə yeni avtobuslar 50 qəpik gedişhaqqı ilə İŞLƏYƏCƏK

Bu marşrutlar üzrə yeni avtobuslar 50 qəpik gedişhaqqı ilə İŞLƏYƏCƏK

"Sabah" "Zirə"yə, "Şamaxı" "Kəpəz"ə QALİB GƏLDİ

"Sabah" "Zirə"yə, "Şamaxı" "Kəpəz"ə QALİB GƏLDİ

İranda daha bir yaşayış binasında partlayış oldu, ölənlər var - VİDEO

İranda daha bir yaşayış binasında partlayış oldu, ölənlər var - VİDEO

“Putinlə görüş olmadan ərazi məsələlərini həll etmək mümkün deyil” - Zelenski

“Putinlə görüş olmadan ərazi məsələlərini həll etmək mümkün deyil” - Zelenski

Qışın ortalarında BÜRCLƏRİ nə gözləyir?

Qışın ortalarında BÜRCLƏRİ nə gözləyir?

“Qarabağ”ın PSJ ilə düşməməsinə məyus oldum” - Zubir

“Qarabağ”ın PSJ ilə düşməməsinə məyus oldum” - Zubir

Zelenski xarici ölkələrə köçən ukraynalıları müharibəyə ÇAĞIRDI

Zelenski xarici ölkələrə köçən ukraynalıları müharibəyə ÇAĞIRDI

İlk dəfə elektron qaydada eksternat imtahanları KEÇİRİLDİ

İlk dəfə elektron qaydada eksternat imtahanları KEÇİRİLDİ

Millimizin üzvü Serbiya KLUBUNDA

Millimizin üzvü Serbiya KLUBUNDA

Kişilərin daha az yaşamasının səbəbi nədir - ARAŞDIRMA

Kişilərin daha az yaşamasının səbəbi nədir - ARAŞDIRMA

Qaradağda icra başçısından sonra üç vəzifəli şəxs də İŞİNİ İTİRDİ

Qaradağda icra başçısından sonra üç vəzifəli şəxs də İŞİNİ İTİRDİ

“Uğurlu kommunikasiya: səlis nitq və sərlövhə yaradıcılığı” mövzusunda təlim keçirildi - FOTO

“Uğurlu kommunikasiya: səlis nitq və sərlövhə yaradıcılığı” mövzusunda təlim keçirildi - FOTO

Azarkeşlər matça gəlmədi, klub sükut içində QƏLƏBƏ QAZANDI

Azarkeşlər matça gəlmədi, klub sükut içində QƏLƏBƏ QAZANDI

“İrana yeni hücum olacağı təqdirdə, qətiyyətli cavab verəcək” - Əraqçi

“İrana yeni hücum olacağı təqdirdə, qətiyyətli cavab verəcək” - Əraqçi

Xalq artistinin oğlu DÖYÜLDÜ

Xalq artistinin oğlu DÖYÜLDÜ

Qrip və soyuqdəymə zamanı bunlardan UZAQ DURUN - İmmuniteti zəiflədir

Qrip və soyuqdəymə zamanı bunlardan UZAQ DURUN - İmmuniteti zəiflədir

“Liverpul”da QALMAQAL

“Liverpul”da QALMAQAL

"Bu sənətdə sırtıldım" - VİDEO

"Bu sənətdə sırtıldım" - VİDEO

İranda çoxmərtəbəli binadakı partlayışda nəfər xəsarət alıb - FOTO

İranda çoxmərtəbəli binadakı partlayışda nəfər xəsarət alıb - FOTO

Azərbaycan tibb tarixində YENİ SƏHİFƏ: İlk ürək transplantasiyası - FOTO

Azərbaycan tibb tarixində YENİ SƏHİFƏ: İlk ürək transplantasiyası - FOTO

Sürücülərin DİQQƏTİNƏ: Görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin DİQQƏTİNƏ: Görünüş məsafəsi məhdudlaşacaq

Arvadını öldürmək istəyən şəxsin cəzası 4 il 6 ay AZALDILDI

Arvadını öldürmək istəyən şəxsin cəzası 4 il 6 ay AZALDILDI

Benzema Avropaya qayıda bilər

Benzema Avropaya qayıda bilər

İranın bir sıra şəhərlərində partlayışlar baş verib - VİDEO

İranın bir sıra şəhərlərində partlayışlar baş verib - VİDEO

End of content

No more pages to load

RADİO