Energetika naziri ABŞ səfiri ilə əməkdaşlıq əlaqələrini müzakirə etdi

Energetika naziri Pərviz Şahbazov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Örl Litzenbergeri qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib.

Məlumata görə, görüşdə Azərbaycan və ABŞ arasında energetika sektorunda əməkdaşlıq əlaqələrindən bəhs edilib.

Enerji keçidi prosesində iki ölkə arasında bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti vurğulanıb, bu istiqamətdə ABŞ şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib.

Nazir ölkəmizdə energetika sahəsində, xüsusilə bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi üzrə həyata keçirilən layihələr və müvafiq sahənin tənzimlənməsi məqsədi ilə hazırlanmış qanun layihələri, həmçinin işğaldan azad edilmiş ərazilərin yaşıl enerji ilə təminatı planları haqqında məlumat verib.

Səfir Örl Litzenberger Cənub Qaz Dəhlizi layihəsinin ABŞ tərəfindən dəstəkləndiyini və ölkəsinin şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və infrastrukturunun bərpasında iştirakda maraqlı olduğunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq kəsb edən bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Evlilikdə ən sadiq qalan 3 BÜRC

Evlilikdə ən sadiq qalan 3 BÜRC

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Tramp Braziliya Prezidenti ilə qapalı görüşdü - NİYƏ?

Tramp Braziliya Prezidenti ilə qapalı görüşdü - NİYƏ?

İranda Bəndər-Abbas limanına hücum: BƏƏ qırıcıları bombalayıb

İranda Bəndər-Abbas limanına hücum: BƏƏ qırıcıları bombalayıb

ABŞ İraqa sanksiya tətbiq etdi - SƏBƏB

ABŞ İraqa sanksiya tətbiq etdi - SƏBƏB

Tramp Aİ-ni TƏHDİD ETDİ: İyulun 4-nə qədər vaxtınız var...

Tramp Aİ-ni TƏHDİD ETDİ: İyulun 4-nə qədər vaxtınız var...

Akif İslamzadə infarkt keçirdi - Xəstəxanadadır

Akif İslamzadə infarkt keçirdi - Xəstəxanadadır

Bu tarixdə qısa İŞ GÜNÜ olacaq

Bu tarixdə qısa İŞ GÜNÜ olacaq

Piyada gərək yolu keçəndə sürücü ilə göz təması qursun...

Piyada gərək yolu keçəndə sürücü ilə göz təması qursun...

“Real”ın məşqində dava düşdü

“Real”ın məşqində dava düşdü

Bakıda 8 yaşlı uşaq itkin düşdü

Bakıda 8 yaşlı uşaq itkin düşdü

Bakıda məşhur klinikada pasiyentin başına oyun açdılar - VİDEO

Bakıda məşhur klinikada pasiyentin başına oyun açdılar - VİDEO

Bakıda təbii kürü adı ilə görün nə satılır: Saxtanı necə müəyyən etmək olar? - VİDEO

Bakıda təbii kürü adı ilə görün nə satılır: Saxtanı necə müəyyən etmək olar? - VİDEO

Xoşqədəm Hidayətqızı əkiz övladlarının ad gününü QEYD ETDİ - VİDEO

Xoşqədəm Hidayətqızı əkiz övladlarının ad gününü QEYD ETDİ - VİDEO

Birinci Liqa: “Baku Sportinq” səfərdə qalib gəldi - VİDEO

Birinci Liqa: “Baku Sportinq” səfərdə qalib gəldi - VİDEO

Ukrayna atəşkəsə əməl ETMƏYƏCƏK

Ukrayna atəşkəsə əməl ETMƏYƏCƏK

Hörmüzdə vəziyyət yalnız bu şərtlə düzələcək: Əraqçi yenidən AÇIQLADI

Hörmüzdə vəziyyət yalnız bu şərtlə düzələcək: Əraqçi yenidən AÇIQLADI

İslam İnkişaf Bankı Azərbaycanda bu sahələrə maliyyə dəstəyini davam etdirəcək - FOTO

İslam İnkişaf Bankı Azərbaycanda bu sahələrə maliyyə dəstəyini davam etdirəcək - FOTO

Keniya Rusiya üçün döyüşən hərbçilərinin sayını açıqladı: 19-u həlak olub

Keniya Rusiya üçün döyüşən hərbçilərinin sayını açıqladı: 19-u həlak olub

Hantavirus İsrailə də çatdı: İLK YOLUXMA təsdiqləndi

Hantavirus İsrailə də çatdı: İLK YOLUXMA təsdiqləndi

Sertifikasiyada bu müəllimlərin nəticələri ləğv olunacaq - QAYDA

Sertifikasiyada bu müəllimlərin nəticələri ləğv olunacaq - QAYDA

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən tədbir keçirildi - FOTOLAR

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən tədbir keçirildi - FOTOLAR

Prezident onları da mükafatlandırdı - FOTO

Prezident onları da mükafatlandırdı - FOTO

"Altıncı hissi" olan BÜRCLƏR

"Altıncı hissi" olan BÜRCLƏR

End of content

No more pages to load

RADİO