Ərdoğanın İran mesajı - Gücü Azərbaycana çatan molla rejimi yenə payını aldı

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı açıqlaması İrana ciddi mesaj xarakteri daşıyır. 

Bizim.Media "Demokrat.az" xəbər portalının baş redaktoru Vasif Həsənlinin bununla bağlı məqaləsini təqdim edir: 

“Zəngəzur dəhlizi Ermənistan üçün problem deyil, problem yaradan İrandır. İranın bu hərəkəti bizi məyus edir”, - Ərdoğan bildirib. 

İranın dəhlizə qarşı olduğu bəllidir və bölgədə Ermənistanı öz öhdəliyinə əməl etməməsi üçün körükləyən də molla rejimidir. Çünki Ermənistan istəməsə belə, Azərbaycanın Naxçıvana “maneəsiz çıxışı”nın qarşısını təkbaşına ala bilməz. 

Birincisi, bununla bağlı öhdəlik götürüb. 10 noyabr razılaşmasının 9-cu bəndində Naxçıvana “maneəsiz çıxış”ın təmin edilməsi aydın şəkildə öz əksini tapır. 

İkincisi, Ermənistanın dövlət kimi gələcəyi bölgədə kommunikasiyaların açılması, regional layihələrə qoşulmasından asılıdır. 

Digər tərəfdən, Ermənistan Azərbaycan-Türkiyə-Rusiya üçlüyünün istəyi qarşısında duruş gətirə bilməz. 

Bu baxımdan, Ermənistan Zəngəzur dəhlizinə problem yaratmaq iqtidarında deyil. Dəhlizə qarşı pozuculuq fəaliyyətinin arxasında məhz İran dayanır. 

Zəngəzur dəhlizi İran da daxil olmaqla bütün region ölkələri üçün siyasi və iqtisadi divdent vəd edir. Lakin İranın molla rejimi bu dividentləri anlamaq istəmir və məsələyə imperiya maraqlarından yanaşırlar.

Molla rejiminin əsas dərdi əslində qardaş Türkiyənin Cənubi Qafqazda aktivliyi, 44 günlük müharibədən sonra qardaş ölkənin bölgədə təsir gücünün artmasıdır. Bu vəziyyətdə güclənən əsas tərəflərdən biri də məhz Azərbaycan olur. İran bunu qəbul etmək istəmir, yeni reallıqla barışmaqdan imtina edir və son iki ildə Azərbaycana qarşı bütün təxribat xarakterli addımlara əl atır. 

Bir tərəfdən Ermənistanla “qardaşlıq” edir. Özünü islam ölkəsi adlandıran İran 44 günlük müharibədən sonra Ermənistana hərbi, siyasi və iqtisadi müstəvidə kifayət qədər dəstək verir. Ermənistan sərhədini “qırmızı xətt”i elan edən molla rejimi məhz erməni maraqlarına görə Azərbaycanı təhdid etməkdən çəkinmir. Eyni dəstəyi Qarabağdakı separatçılara da bu və ya digər formada verirlər. 

Buna paralel olaraq, Azərbaycana qarşı terror siyasəti həyata keçirirlər. Tehranda səfirliyimizə qarşı törədilən terror aktı, daha sonra Milli Məclisin deputatı Fazil Mustafaya qarşı silahlı hücum da daxil olmaqla molla rejimi terrora əl atmaqdan belə çəkinmir. 

Eyni siyasət informasiya və diplomatik ritorikada da davam etdirilir. Azərbaycanı “sionist” iddiaları ilə ittiham edir, rəsmi Bakının suveren addımlarını “sionistlərin planı” kimi təqdim etməklə təzyiq etməyə çalışır. 


Terrordan tutmuş siyasi təxribatlara qədər bütün bu təzyiq kampaniyasının məqsədi məhz Azərbaycanı Zəngəzur dəhlizi hədəfindən yayındırmaq olub. Əslində isə İranın hədəfində qardaş Türkiyə və onun bölgədəki maraqlarıdır. Sadəcə olaraq, Türkiyədən çəkindikləri üçün adını çəkməkdən qorxur, istəklərinə Azərbaycana təzyiq etməklə nail olmağa çalışırlar. Lakin indiyə qədər bütün təxribatları nəticə verməyib, bundan sonra da nəticə əldə edə biməyəcəklər. 

Ərdoğanın Zəngəzur dəhlizinə görə açıq şəkildə İranın adını çəkməsi isə molla rejimi üçün ciddi xəbərdarlıq mesajı oldu.

Türkiyə Prezidenti dəfələrlə molla rejimini yerində oturdub, indi də eyni şəkildə İranın cavabını verdi və qeyd etdi ki, İran probleminin həll edilməsi istiqamətində addımlar atılacaq. Bu o deməkdir ki, cəsarəti ancaq müsəlman Azərbaycan dövlətinə çatan molla rejimi Türkiyə qarşısında heç nə edə bilməyəcək. Ərdoğanın son çıxışını isə molla rejimi xəbərdarlıq mesajı kimi anlamalıdır! 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paytaxtda nəqliyyat sıxlığı necə azalacaq? - Metrodan 88 milyon sərnişinlik böyük layihə

Paytaxtda nəqliyyat sıxlığı necə azalacaq? - Metrodan 88 milyon sərnişinlik böyük layihə

İsrail Livanın cənubunu VURDU

İsrail Livanın cənubunu VURDU

Bakı yolları yenilənir: Hansı küçələrdə təmir başa çatıb?

Bakı yolları yenilənir: Hansı küçələrdə təmir başa çatıb?

Hörmüz boğazında yeni dəniz marşrutları müəyyənləşir – Bəqai

Hörmüz boğazında yeni dəniz marşrutları müəyyənləşir – Bəqai

Mərkəzi Bank "Modenis" MMC-nin lisenziyasını LƏĞV ETDİ

Mərkəzi Bank "Modenis" MMC-nin lisenziyasını LƏĞV ETDİ

İki futbol klubunun adı dəyişdirildi

İki futbol klubunun adı dəyişdirildi

Azərbaycandan keçməklə Ermənistana buğda göndəriləcək

Azərbaycandan keçməklə Ermənistana buğda göndəriləcək

Alimlərdən maraqlı nəticə: Yemək zamanı çox su içmək iştahanı artırır - FOTO

Alimlərdən maraqlı nəticə: Yemək zamanı çox su içmək iştahanı artırır - FOTO

Makron: "Rusiya öz cinayətlərinə görə cavab verməlidir" – FOTO

Makron: "Rusiya öz cinayətlərinə görə cavab verməlidir" – FOTO

Afrikada yeni TƏHLÜKƏ: Bu ağcaqanad sürətlə yayılır – FOTO

Afrikada yeni TƏHLÜKƏ: Bu ağcaqanad sürətlə yayılır – FOTO

Ağacın altında qaldı, möcüzə nəticəsində sağ çıxdı - VİDEO

Ağacın altında qaldı, möcüzə nəticəsində sağ çıxdı - VİDEO

Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrutun hərəkət sxemi dəyişdirildi

Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrutun hərəkət sxemi dəyişdirildi

Özünü mənzil alan müştəri kimi təqdim etdi - 5 min manatlıq qızıl oğurladı

Özünü mənzil alan müştəri kimi təqdim etdi - 5 min manatlıq qızıl oğurladı

Moskvaya yaxınlaşan daha üç PUA məhv edildi – Sobyanin

Moskvaya yaxınlaşan daha üç PUA məhv edildi – Sobyanin

Kolleclərdə ən yüksək təhsil haqqı olan ixtisaslar - SİYAHI

Kolleclərdə ən yüksək təhsil haqqı olan ixtisaslar - SİYAHI

Hindistan Bakı Təşəbbüs Qrupu ilə əməkdaşlıq edən hüquq müdafiəçisini ölümlə təhdid etdi

Hindistan Bakı Təşəbbüs Qrupu ilə əməkdaşlıq edən hüquq müdafiəçisini ölümlə təhdid etdi

Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi

Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi

İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı -Özündən AÇIQLAMA - FOTO

İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı -Özündən AÇIQLAMA - FOTO

Yeni icra başçıları kollektivlərə təqdim edildilər - FOTO

Yeni icra başçıları kollektivlərə təqdim edildilər - FOTO

Sabah Biləcəri stansiyasından Ermənistana qatar yola düşəcək

Sabah Biləcəri stansiyasından Ermənistana qatar yola düşəcək

Qızılın qiyməti 4200 dolları ötdü

Qızılın qiyməti 4200 dolları ötdü

Ronaldo milyonlar dəyərində “oyuncaq”larını göstərdi - FOTO

Ronaldo milyonlar dəyərində “oyuncaq”larını göstərdi - FOTO

Şəhriyar Əbilov dünyaca məşhur serialda - VİDEO

Şəhriyar Əbilov dünyaca məşhur serialda - VİDEO

“Qarabağ” Polşaya yollandı – FOTO

“Qarabağ” Polşaya yollandı – FOTO

End of content

No more pages to load

RADİO