Özbəkistanın xarici işlər nazirinin müavini Bobur Usmanov Milli Məclisdə olub - FOTO 

İyunun 13-də Milli Məclisin İntizam komissiyasının sədri, Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov Özbəkistan Respublikası xarici işlər nazirinin müavini Bobur Usmanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, görüşdə Eldar İbrahimov Azərbaycanın Özbəkistanla əlaqələrin hərtərəfli inkişafına böyük əhəmiyyət verdiyini deyib.

Ölkələrimiz arasındakı tarixi, mənəvi bağlardan söz açan komissiya sədri dövlət başçılarımızın yüksək səviyyəli münasibətlərinin əməkdaşlığımızın müasir dövrdə dinamik inkişafına təkan verməsindən danışıb. 

İkitərəfli əlaqələrin dərinləşməsində qanunverici orqanların özünəməxsus roluna toxunan Eldar İbrahimov Milli Məclisin sədrinin ötən il Özbəkistana səfəri çərçivəsində Azərbaycan və Özbəkistan qanunverici orqanları arasında əməkdaşlıq haqqında sazişin və "Yol xəritəsi"nin imzalanmasını parlamentlərarası əməkdaşlığın möhkəmlənməsinə yeni imkanlar yaratdığını bildirib. 

Azərbaycanın işğalından azad edilmiş ərazilərində aparılan bərpa işlərində Özbəkistanın iştirakından bəhs edən Eldar İbrahimov Prezident Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzuli rayonunda böyük məktəbin tikintisini ölkələrimiz arasında qardaşlığın növbəti addımı kimi qiymətləndirib və əməkdaşlığın möhkəmləndirilməsi barədə fikirlərini bölüşüb. 

Babur Usmanov qəbula görə təşəkkür edərək Özbəkistanın dost və qardaş Azərbaycanla əlaqələrin daha da inkişaf etdirmək niyyətini vurğulayıb və bu istiqamətdə yeni imkanların araşdırılmasından bəhs edib. 
Milli Məclisin Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Cavanşir Paşazadə, Elman Nəsirov və Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov çıxış edərək ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikirlərini səsləndiriblər. 

Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. 

Görüşdə deputatlar Aydın Hüseynov, Anar Məmmədov, Özbəkistan Xarici İşlər Nazirliyinin idarə rəisi Cahongir Əminov və digər rəsmi şəxslər iştirak ediblər. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Keçən il büdcəyə nə qədər vəsait bərpa edilib?

Keçən il büdcəyə nə qədər vəsait bərpa edilib?

Bu gündən MÜƏLLİMLƏRİN iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır

Bu gündən MÜƏLLİMLƏRİN iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır

“Kibertəhlükəsizlikdə təhdidlər sürətlənir və mürəkkəbləşir” – Mircəlal Bağırov

“Kibertəhlükəsizlikdə təhdidlər sürətlənir və mürəkkəbləşir” – Mircəlal Bağırov

Rüşvət alan rəisin məhkəməsi BAŞLAYIR

Rüşvət alan rəisin məhkəməsi BAŞLAYIR

“Qəbələ”də ciddi İTKİ

“Qəbələ”də ciddi İTKİ

Rauf Cabbarov: “Kibertəhidlərin qarşısının alınmasında dövlət-özəl tərəfdaşlığı xüsusi əhəmiyyət daşıyır”

Rauf Cabbarov: “Kibertəhidlərin qarşısının alınmasında dövlət-özəl tərəfdaşlığı xüsusi əhəmiyyət daşıyır”

Kiber hücumlara qarşı mübarizədə yeni MƏRHƏLƏ – Mütəxəssislərdən vacib ÇAĞIRIŞLAR - FOTO

Kiber hücumlara qarşı mübarizədə yeni MƏRHƏLƏ – Mütəxəssislərdən vacib ÇAĞIRIŞLAR - FOTO

6 ildir axtarılırdı - Qalıqları tapıldı

6 ildir axtarılırdı - Qalıqları tapıldı

İsrail ordusu Qəzzada HƏMAS-a qarşı vərəqələr payladı – VİDEO

İsrail ordusu Qəzzada HƏMAS-a qarşı vərəqələr payladı – VİDEO

İşıq pulunu çox yazan cihaz bu İMİŞ - Hər evdə var

İşıq pulunu çox yazan cihaz bu İMİŞ - Hər evdə var

Madyar: “Rusiya ilə enerji məsələlərini müzakirə edəcəyik”

Madyar: “Rusiya ilə enerji məsələlərini müzakirə edəcəyik”

Bu əraziyə 90 sm qar yağıb - FAKTİKİ HAVA

Bu əraziyə 90 sm qar yağıb - FAKTİKİ HAVA

Ukraynalılar Macarıstana gedə biləcəklər – Tövsiyə ləğv olundu

Ukraynalılar Macarıstana gedə biləcəklər – Tövsiyə ləğv olundu

76 ildən sonra ilk dəfə - VİDEO

76 ildən sonra ilk dəfə - VİDEO

“Qalatasaray” doğma meydanda xal itirdi - VİDEO

“Qalatasaray” doğma meydanda xal itirdi - VİDEO

Əraqçi: ABŞ-la müqavilə buna görə imzalanmadı

Əraqçi: ABŞ-la müqavilə buna görə imzalanmadı

Bu şəxslər pensiyaya tez ÇIXA BİLƏCƏK - AÇIQLAMA

Bu şəxslər pensiyaya tez ÇIXA BİLƏCƏK - AÇIQLAMA

Rezai: “ABŞ dəniz blokadasını həyata keçirə bilməyəcək”

Rezai: “ABŞ dəniz blokadasını həyata keçirə bilməyəcək”

Putinin xüsusi nümayəndəsi: Macarıstanda hakimiyyət dəyişikliyi Aİ-nin dağılmasını sürətləndirəcək

Putinin xüsusi nümayəndəsi: Macarıstanda hakimiyyət dəyişikliyi Aİ-nin dağılmasını sürətləndirəcək

Ürəyinizi saat kimi işlədəcək 12 MÖCÜZƏVİ QİDA

Ürəyinizi saat kimi işlədəcək 12 MÖCÜZƏVİ QİDA

Neft bazarında YENİ REALLIQ – Növbəti müharibə siqnalları fonunda ENERJİ DİPLOMATİYASI

Neft bazarında YENİ REALLIQ – Növbəti müharibə siqnalları fonunda ENERJİ DİPLOMATİYASI

Tramp: “İran çox pis vəziyyətdədir” – VİDEO

Tramp: “İran çox pis vəziyyətdədir” – VİDEO

Ukraynanın daha bir UĞURU: “Oreşnik” raketini zərərsizləşdirə biləcək

Ukraynanın daha bir UĞURU: “Oreşnik” raketini zərərsizləşdirə biləcək

Tramp İsa Məsih obrazında təsvir olunduğu şəkli paylaşdı – FOTO

Tramp İsa Məsih obrazında təsvir olunduğu şəkli paylaşdı – FOTO

End of content

No more pages to load

RADİO