Qərbi Azərbaycan İcması Roma Papasına məktub göndərdi

Qərbi Azərbaycan İcması Roma Papası Fransisk həzrətlərinə məktub göndərərək, Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərini, qəbiristanlıqlarını və müqəddəs yerlərini ziyarət edə bilmələrinə onun dəstəyini xahiş edib. Bu barədə Qərbi Azərbaycan İcmasının mətbuat xidmətindən məlumat yayıb.

Bizim.Media müraciəti təqdim edir.

“Zati-müqəddəsləri, Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğul olan Qərbi Azərbaycan İcması adından ədalət və barışıq üçün Sizə ürək ağrısı ilə səmimi müraciət yazırıq.

Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin tərəfindən böyük ədalətsizliklərə məruz qalmış azərbaycanlıların vahid səsini təmin etmək üçün 1989-cu ildə yaradılıb.

Xalqımızın acı tarixini böyük kədər hissi ilə Sizə nəql edirik. Ermənistan bütün azərbaycanlıları öz evlərindən zorla qovub, onların dini və mədəni ocaqlarını təhqir edib və dağıdıb. Bu qeyri-insani hərəkət təkcə beynəlxalq hüququ deyil, həm də sülh, birgəyaşayış və qarşılıqlı hörmət prinsiplərini pozur.

Ermənistanın azərbaycanlıları və digər etnosları öz ərazisindən qovmaqla mono-etnik məkan yaratması siyasəti regionumuzun zəngin etnik və dini müxtəliflik tarixi ilə birbaşa ziddiyyət təşkil edir. Ermənistanın bizim əsas hüquqlarımızı pozması və inkar etməsi bizi sonsuz əzablara düçar edir və davamlı sülh və barışıq perspektivlərinə mane olur.
Zati-müqəddəsləri, biz dinlərarası dialoq və barışığın yorulmaz müdafiəçisi kimi Sizə müraciət edirik. Sizin möhtərəm mövqeyiniz böyük mənəvi çəkiyə malikdir və biz təvazökarlıqla Sizdən azərbaycanlıların Ermənistanda qalmış evlərini, qəbiristanlıqlarını və müqəddəs yerlərini ziyarət etmələrinə imkan verəcək etimad quruculuğu tədbirlərinin həyata keçirilməsində yardımınızı xahiş edirik.

Xalqımıza öz irsi ilə yenidən qovuşmağa və onlar üçün dərin mənəvi əhəmiyyət kəsb edən yerlərdə dua etməyə imkan verən bu sadə akt şəfa və barışıq yolunda güclü bir addım olardı.

Zikr, fədakarlıq və barışığı təcəssüm edən qarşıdan gələn Qurban bayramı, bu məsələnin aktuallığına diqqəti çəkmək və Ermənistandan qovulmuş azərbaycanlılara dəstək və həmrəylik ifadə etmək üçün əlverişli məqamdır.

Azərbaycanlıların öz vətənlərinə qayıtmaq hüquqlarını tanımağınız və müdafiə etməyiniz, oradakı müqəddəs ocaqlarımızı ziyarət etməyimizə kömək etməyiniz böyük əzab-əziyyətə düçar olmuş insanların qəlbinə təsəlli verməklə yanaşı, bölgədə sülhün və barışığın təşviqinə töhfə verərdi.

Əminik ki, Sizin möhtərəm müdaxiləniz Ermənistandan qovulmuş azərbaycanlılar üçün ədalətin bərpasına və insan hüquqlarının həyata keçirilməsinə böyük təsir göstərəcək. Məzlumların müdafiəsində əks-səda doğuran şəfqətli səsiniz müsbət dəyişikliklər və anlaşma və birgəyaşayış ruhunu inkişaf etdirmək üçün böyük çəkiyə malikdir.

Vətənə qayıtmaq arzusunda olan azərbaycanlılar adından bu mühüm işə göstərdiyiniz diqqətə görə dərin Sizə minnətdarlığımı bildiririk.

Qoy xalqımızı öz vətənində təhlükəsiz və ləyaqətlə yenidən yaşaya biləcəyi gələcəyə istiqamətləndirən sülh və barışıq arzusu qalib gəlsin”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xınalıq yolunda “qar divar”lar - FOTO

Xınalıq yolunda “qar divar”lar - FOTO

Çingiz Qənizadə: Uşaqlara bu adların qoyulmasına rədd cavabı verilə bilər

Çingiz Qənizadə: Uşaqlara bu adların qoyulmasına rədd cavabı verilə bilər

Pensiyaçıların DİQQƏTİNƏ! - Bu tarixdə ödəniləcək

Pensiyaçıların DİQQƏTİNƏ! - Bu tarixdə ödəniləcək

Şıxlinskilərə hökm oxundu: Ata 24, oğul 8 il həbs cəzası aldı

Şıxlinskilərə hökm oxundu: Ata 24, oğul 8 il həbs cəzası aldı

Səadət Məmmədova: “Gənc valideynlər övladlarına seriallardan adlar seçirlər”

Səadət Məmmədova: “Gənc valideynlər övladlarına seriallardan adlar seçirlər”

Masazırda su xətti partladı: İçməli su günlərdir ki, yola axır – FOTO

Masazırda su xətti partladı: İçməli su günlərdir ki, yola axır – FOTO

Sürücü məsuliyyətsizliyi ağır qəzaya səbəb oldu – ANBAAN VİDEO

Sürücü məsuliyyətsizliyi ağır qəzaya səbəb oldu – ANBAAN VİDEO

Qubada qonşular arasında münaqişə bıçaqlanma ilə nəticələnib

Qubada qonşular arasında münaqişə bıçaqlanma ilə nəticələnib

Bu il Azərbaycanda nə nədər neft və qaz hasil edilib?

Bu il Azərbaycanda nə nədər neft və qaz hasil edilib?

Ötən il büdcədə aşkarlanan maliyyə uyğunsuzluqlarının MƏBLƏĞİ AÇIQLANDI

Ötən il büdcədə aşkarlanan maliyyə uyğunsuzluqlarının MƏBLƏĞİ AÇIQLANDI

Qubada keçmiş məhkum qardaşını BIÇAQLADI

Qubada keçmiş məhkum qardaşını BIÇAQLADI

Keçən il büdcəyə nə qədər vəsait bərpa edilib?

Keçən il büdcəyə nə qədər vəsait bərpa edilib?

Bu gündən MÜƏLLİMLƏRİN iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır

Bu gündən MÜƏLLİMLƏRİN iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır

“Kibertəhlükəsizlikdə təhdidlər sürətlənir və mürəkkəbləşir” – Mircəlal Bağırov

“Kibertəhlükəsizlikdə təhdidlər sürətlənir və mürəkkəbləşir” – Mircəlal Bağırov

Rüşvət alan rəisin məhkəməsi BAŞLAYIR

Rüşvət alan rəisin məhkəməsi BAŞLAYIR

“Qəbələ”də ciddi İTKİ

“Qəbələ”də ciddi İTKİ

Rauf Cabbarov: “Kibertəhdidlərin qarşısının alınmasında dövlət-özəl tərəfdaşlığı xüsusi əhəmiyyət daşıyır”

Rauf Cabbarov: “Kibertəhdidlərin qarşısının alınmasında dövlət-özəl tərəfdaşlığı xüsusi əhəmiyyət daşıyır”

Kiber hücumlara qarşı mübarizədə yeni MƏRHƏLƏ – Mütəxəssislərdən vacib ÇAĞIRIŞLAR - FOTO

Kiber hücumlara qarşı mübarizədə yeni MƏRHƏLƏ – Mütəxəssislərdən vacib ÇAĞIRIŞLAR - FOTO

6 ildir axtarılırdı - Qalıqları tapıldı

6 ildir axtarılırdı - Qalıqları tapıldı

İsrail ordusu Qəzzada HƏMAS-a qarşı vərəqələr payladı – VİDEO

İsrail ordusu Qəzzada HƏMAS-a qarşı vərəqələr payladı – VİDEO

İşıq pulunu çox yazan cihaz bu İMİŞ - Hər evdə var

İşıq pulunu çox yazan cihaz bu İMİŞ - Hər evdə var

Madyar: “Rusiya ilə enerji məsələlərini müzakirə edəcəyik”

Madyar: “Rusiya ilə enerji məsələlərini müzakirə edəcəyik”

Bu əraziyə 90 sm qar yağıb - FAKTİKİ HAVA

Bu əraziyə 90 sm qar yağıb - FAKTİKİ HAVA

Ukraynalılar Macarıstana gedə biləcəklər – Tövsiyə ləğv olundu

Ukraynalılar Macarıstana gedə biləcəklər – Tövsiyə ləğv olundu

End of content

No more pages to load

RADİO