AŞPA-nın həmməruzəçiləri Ermənistanın mina terroru barədə məlumatlandırılıb

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristofersen ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Ombudsman Aparatından məlumat verilib. 

Bildirilib ki, görüşdə S.Əliyeva ombudsmanın insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Ombudsman Konstitusiya Qanununda təsbit edilmiş mandatının mövcud müsbət beynəlxalq təcrübəyə uyğun olaraq genişləndirilməsi ilə bağlı “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa təklif olunan əlavə və dəyişikliklərdən bəhs edib. 

Müvəkkil Milli Preventiv Mexanizm (MPM) qrupu ilə birgə insanların öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə mütəmadi olaraq başçəkmələr həyata keçirildiyini bildirib. Eyni zamanda, MPM fəaliyyəti ilə bağlı illik hesabatların dərc olunduğu, indiyədək hazırlanmış hesabatlarda qanunvericiliyin təkmilləşdirilməsinə yönəlmiş 200-dən çox təklif və tövsiyənin öz əksini tapdığı qeyd edilib. 
Ombudsman əlilliyi olan şəxslərin, ahılların, uşaqların, qaçqınların, keçmiş məcburi köçkünlərin, miqrantların və əhalinin digər həssas qruplarının hüquqlarının müdafiəsinə daim diqqətlə yanaşıldığını vurğulayıb. 

S.Əliyeva Ermənistanın Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000-ə yaxın soydaşımızın taleyi barədə məlumatları bu günədək təqdim etmədiyini bildirib.

Həmçinin Ermənistan tərəfindən işğal dövründə Azərbaycan torpaqlarında mina terroru həyata keçirildiyi, basdırılmış minaların azad edilmiş ərazilərimizə təhlükəsiz qayıdışı ləngitdiyi, aparılan genişmiqyaslı tikinti-quruculuq və bərpa işlərinə ciddi maneə yaratdığı diqqətə çatdırılıb. Görüşdə qonaqların sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb. 

Bizm.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avtomobildə sıxılı vəziyyətdə qalmış qadının xilas anı - VİDEO

Avtomobildə sıxılı vəziyyətdə qalmış qadının xilas anı - VİDEO

Tramp: Tehran özü razılaşma əldə etmək istəyir

Tramp: Tehran özü razılaşma əldə etmək istəyir

“Vaxtilə Coşqunun “vid”indəki adamlarla məzələnirdilər” - FOTOLAR

“Vaxtilə Coşqunun “vid”indəki adamlarla məzələnirdilər” - FOTOLAR

Qərar verildi - Bu binalar söküləcək

Qərar verildi - Bu binalar söküləcək

Tramp: İrandan sonra bu ölkəyə “baş çəkəcəyik” - VİDEO

Tramp: İrandan sonra bu ölkəyə “baş çəkəcəyik” - VİDEO

İkinci Liqa: “Göygöl”, “Araz Saatlı” və “Şirvan” qalib gəldi

İkinci Liqa: “Göygöl”, “Araz Saatlı” və “Şirvan” qalib gəldi

Livanda ölənlərin sayı ARTDI

Livanda ölənlərin sayı ARTDI

Alleqri “Milan”da qalacaq

Alleqri “Milan”da qalacaq

Bu yolda sürət həddi ENDİRİLDİ

Bu yolda sürət həddi ENDİRİLDİ

Qaqarinin kosmosda başına gələn dəhşətlər – İndiyə kimi bizdən nələr gizlədilirdi? - FOTO

Qaqarinin kosmosda başına gələn dəhşətlər – İndiyə kimi bizdən nələr gizlədilirdi? - FOTO

İranda qadınlar hərbi avtomobildə yürüşə çıxdılar - FOTO

İranda qadınlar hərbi avtomobildə yürüşə çıxdılar - FOTO

Türkiyədə ZƏLZƏLƏ OLDU

Türkiyədə ZƏLZƏLƏ OLDU

Hansı yollarda qırmızı işıqda keçmək olar? - VİDEO

Hansı yollarda qırmızı işıqda keçmək olar? - VİDEO

16 il sonra final fiti - 2 nömrə gedir

16 il sonra final fiti - 2 nömrə gedir

İntensiv yağışlar Balakəndə kəndlilərin təsərrüfatına ciddi ziyan vurub - FOTO

İntensiv yağışlar Balakəndə kəndlilərin təsərrüfatına ciddi ziyan vurub - FOTO

Yaşar Gülər Qətərə gedib - FOTO

Yaşar Gülər Qətərə gedib - FOTO

İllər sonra Aqil M.Quliyevlə bağlı etiraf etdi: "Valideynlərinə belə zəng etdim..."

İllər sonra Aqil M.Quliyevlə bağlı etiraf etdi: "Valideynlərinə belə zəng etdim..."

ABŞ-dən SENSASİON XƏBƏRDARLIQ – “İrana qarşı savaşa başqa ölkələr də cəlb edilə bilər” – ÖZƏL

ABŞ-dən SENSASİON XƏBƏRDARLIQ – “İrana qarşı savaşa başqa ölkələr də cəlb edilə bilər” – ÖZƏL

Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq

Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq

Ajda Pekkanın səhnə pencəyinin heyrətamiz QİYMƏTİ - FOTO

Ajda Pekkanın səhnə pencəyinin heyrətamiz QİYMƏTİ - FOTO

Azərbaycanda maaşlar bu qədər artdı - RƏSMİ

Azərbaycanda maaşlar bu qədər artdı - RƏSMİ

Bəhreyn İraqa NOTA VERDİ

Bəhreyn İraqa NOTA VERDİ

Bu rayonda QAZ OLMAYACAQ

Bu rayonda QAZ OLMAYACAQ

"O mənzərəni bir daha görmək istəmirəm" - Plastik əməliyyatlılardan danışdı

"O mənzərəni bir daha görmək istəmirəm" - Plastik əməliyyatlılardan danışdı

End of content

No more pages to load

RADİO