Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail Knessetinin Xarici İşlər və Müdafiə Komitəsinin sədri Yuli Edelşteyn və Knesset üzvü Ram Ben Barala görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik rəsmi “Twitter” hesabında məlumat verib.
Diplomat görüşün səmimi və məhsuldar keçdiyini, ikitərəfli və regional məsələlərin müzakirə edildiyini qeyd edib.

Bizim.Media