Türkiyədən Naxçıvana çəkilən qaz kəmərinin ƏHƏMİYYƏTİ – İrandan asılılığa SON QOYULUR? 

Prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. 

Dövlət Proqramında, Naxçıvan Muxtar Respublikasının təbii qazla təminatında risklərin azaldılması məqsədilə Türkiyədən Naxçıvana təbii qaz nəqli üçün boru kəmərinin çəkilməsi nəzərdə tutulub.  

Bu barədə fikirlərini Bizim.Media-ya açıqlayan Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban, Türkiyədən Naxçıvana qaz kəmərinin çəkilməsinin əhəmiyyətinin böyük olduğunu bildirib.  
 

MÖVZU İLƏ BAĞLI:

Naxçıvana qaz Türkiyə üzərindən veriləcək - “Bizim Barel”in başına gələnlər


Onun sözlərinə görə, qardaş ölkə hesabına Naxçıvan əhalisinin qaz təminatı davamlı olacaq.

İ.Şaban, hələ bir neçə il əvvəl Naxçıvanın enerji və qaz təminatının yaxşlaşdırılması məqsədilə Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) ilə Türkiyənin “Botaş” şirkəti arasında memorandum imzalandığını xatırladıb: 

“İki il əvvəl Türkiyənin keçmiş enerji və təbii sərvətlər naziri Fatih Dönmez, bu layihənin parametrlərini açıqladı və İğdırdan Naxçıvana çəkiləcək boru kəmərinin illik buraxılış gücünün 1 milyard kubmetr olacağını bildirdi.

Razılaşma belə idi ki, SOCAR kəmərin Naxçıvandan Türkiyə sərhəddinə qədər hissəni, “Botaş” isə İğdırdan Naxçıvan sərhəddinə qədər hissəsini inşa edəcək. Bu baxımdan da Azərbaycanın Türkiyə üzərindən Naxçıvana təbii qaz verməsi məsələsi gündəmdədir.  
İş burasındadır ki, 2005-ci ilin noyabrın 26-dan Azərbaycan MR-nın qaz təminatını “Svob” (yerdəyişmə) müqaviləsi əsasında İranla həyata keçirir. İran isə ölkəmizdən ən yüksək və dünyada mövcud olan, yəni nəql edilən qazın təxminən 20 faizi həcmində tranzit haqqı alır.

Ancaq indiki şəraitdə istər Azərbaycan qazının Türkiyə və Gürcüstan üzərindən olsun, istərsə də, Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlinin tranzit haqqı 5 faiz təşkil edir.  

İran Azərbaycanın bununla bağlı bir neçə dəfə məsələ qaldırmasına baxmayaraq, öz şərtlərini yumşaltmır. Bu baxımdan da Naxçıvanın qazla təminatının bir yolu qalıb. Bu da Türkiyədən MR-ya və Zəngəzur dəhlizi açıldığı təqdirdə, bu dəhlizdən keçməklə daxil olmasıdır”. 

Buradan belə bir sual yaranır: nəyə görə Türkiyədən Naxçıvana qaz kəmərinin çəkilməsi Dövlət Proqramına salınır? 

Sualı cavablandıran ekspert, bu məsələlərin bir-birini tamamladığını diqqətə çatdırıb: 

“Biz hələ də Ermənistanla sülh müqaviləsinin nə zaman bağlanacağını bilmirik. Üstəlik, kommunikasiya xətlərinin nə zaman istifadəyə veriləcəyi də tam bəlli deyil. Bu xərlərin istifadəsi gerçəkləşəcəyi zaman artıq Gürcüstan olmadan Naxçıvan ərazisindən Türkiyəyə qaz ixrac edə biləcəyik”. 

Ekspert qeyd etdi ki, bu kəmərin çəkilişi tamamlandıqdan və istifadəyə verildikdən sonra Naxçıvanın İrandan asılılığına tamamilə son qoyulacaq: 

“Artıq bu gəlirləri əlindən çıxacaq. Çünki, İran Naxçıvana qaz ötürülməsi məsələsində Azərbaycandan kifayət qədər yararlanıb”.  

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avtomobildə sıxılı vəziyyətdə qalmış qadının xilas anı - VİDEO

Avtomobildə sıxılı vəziyyətdə qalmış qadının xilas anı - VİDEO

Tramp: Tehran özü razılaşma əldə etmək istəyir

Tramp: Tehran özü razılaşma əldə etmək istəyir

“Vaxtilə Coşqunun “vid”indəki adamlarla məzələnirdilər” - FOTOLAR

“Vaxtilə Coşqunun “vid”indəki adamlarla məzələnirdilər” - FOTOLAR

Qərar verildi - Bu binalar söküləcək

Qərar verildi - Bu binalar söküləcək

Tramp: İrandan sonra bu ölkəyə “baş çəkəcəyik” - VİDEO

Tramp: İrandan sonra bu ölkəyə “baş çəkəcəyik” - VİDEO

İkinci Liqa: “Göygöl”, “Araz Saatlı” və “Şirvan” qalib gəldi

İkinci Liqa: “Göygöl”, “Araz Saatlı” və “Şirvan” qalib gəldi

Livanda ölənlərin sayı ARTDI

Livanda ölənlərin sayı ARTDI

Alleqri “Milan”da qalacaq

Alleqri “Milan”da qalacaq

Bu yolda sürət həddi ENDİRİLDİ

Bu yolda sürət həddi ENDİRİLDİ

Qaqarinin kosmosda başına gələn dəhşətlər – İndiyə kimi bizdən nələr gizlədilirdi? - FOTO

Qaqarinin kosmosda başına gələn dəhşətlər – İndiyə kimi bizdən nələr gizlədilirdi? - FOTO

İranda qadınlar hərbi avtomobildə yürüşə çıxdılar - FOTO

İranda qadınlar hərbi avtomobildə yürüşə çıxdılar - FOTO

Türkiyədə ZƏLZƏLƏ OLDU

Türkiyədə ZƏLZƏLƏ OLDU

Hansı yollarda qırmızı işıqda keçmək olar? - VİDEO

Hansı yollarda qırmızı işıqda keçmək olar? - VİDEO

16 il sonra final fiti - 2 nömrə gedir

16 il sonra final fiti - 2 nömrə gedir

İntensiv yağışlar Balakəndə kəndlilərin təsərrüfatına ciddi ziyan vurub - FOTO

İntensiv yağışlar Balakəndə kəndlilərin təsərrüfatına ciddi ziyan vurub - FOTO

Yaşar Gülər Qətərə gedib - FOTO

Yaşar Gülər Qətərə gedib - FOTO

İllər sonra Aqil M.Quliyevlə bağlı etiraf etdi: "Valideynlərinə belə zəng etdim..."

İllər sonra Aqil M.Quliyevlə bağlı etiraf etdi: "Valideynlərinə belə zəng etdim..."

ABŞ-dən SENSASİON XƏBƏRDARLIQ – “İrana qarşı savaşa başqa ölkələr də cəlb edilə bilər” – ÖZƏL

ABŞ-dən SENSASİON XƏBƏRDARLIQ – “İrana qarşı savaşa başqa ölkələr də cəlb edilə bilər” – ÖZƏL

Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq

Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq

Ajda Pekkanın səhnə pencəyinin heyrətamiz QİYMƏTİ - FOTO

Ajda Pekkanın səhnə pencəyinin heyrətamiz QİYMƏTİ - FOTO

Azərbaycanda maaşlar bu qədər artdı - RƏSMİ

Azərbaycanda maaşlar bu qədər artdı - RƏSMİ

Bəhreyn İraqa NOTA VERDİ

Bəhreyn İraqa NOTA VERDİ

Bu rayonda QAZ OLMAYACAQ

Bu rayonda QAZ OLMAYACAQ

"O mənzərəni bir daha görmək istəmirəm" - Plastik əməliyyatlılardan danışdı

"O mənzərəni bir daha görmək istəmirəm" - Plastik əməliyyatlılardan danışdı

End of content

No more pages to load

RADİO