İlham Əliyevdən Naxçıvanla bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Bizim.Media xəbər verir ki, Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təqribən yarıməsrlik dövrü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin fəaliyyəti ilə sıx bağlıdır.

Məhz Ulu Öndərin çoxşaxəli fəaliyyəti sayəsində ölkəmizin bütün regionlarının, o cümlədən Naxçıvanın sosial-iqtisadi inkişafının möhkəm bünövrəsi qoyulmuşdur. 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı sahəsində 2004-cü ildən etibarən qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafı, yeni iş yerlərinin və müəssisələrin yaradılması, kommunal və sosial infrastruktur təminatı səviyyəsinin yüksəlməsi ilə nəticələnmişdir. 

Dövlət proqramları çərçivəsində görülmüş işlər Naxçıvan Muxtar Respublikasının qarşıdakı illərdə də inkişafı üçün geniş imkanlar yaratmışdır.
Hazırda bu imkanlardan istifadə edilməklə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi həyatında, o cümlədən kənd yerlərində iqtisadi fəaliyyətin sürətləndirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi nəticəsində ixracyönlü dəyər zəncirinin qurulması və dayanıqlı iş yerlərinin yaradılması istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi əsas prioritetlərdən birinə çevrilmişdir.

Bu isə öz növbəsində, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə əlaqədar tədbirlərin, həmçinin kompleks proqramların hazırlanmasını və icrasının davam etdirilməsini nəzərdə tutur. 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədilə qərara alıram: 

1. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur). 

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın (bundan sonra – Dövlət Proqramı) 2023–2024-cü illərdə maliyyələşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində, 2025–2027-ci illərdə maliyyələşdirilməsi ilə bağlı təkliflərini isə 2024-cü il iyulun 1-dək hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin. 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 

3.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramının Tədbirlər Planına və müəyyənləşdiriləcək maliyyə vəsaitinin həcminə uyğun olaraq, üç ay müddətində 2023–2024-cü illər üzrə, 2024-cü il sentyabrın 1-dək isə 2025–2027-ci illər üzrə tədbirlər planında nəzərdə tutulmuş məsələlərin icrasının təmini üçün daha təfsilatlı tədbirlər planlarının layihələrini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 

3.2. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və Dövlət Proqramının icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 

3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 

4. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin. 

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il Azərbaycan Respublikası dövlət büdcəsinin, dövlət investisiya proqramlarının və Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görsünlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avtomobildə sıxılı vəziyyətdə qalmış qadının xilas anı - VİDEO

Avtomobildə sıxılı vəziyyətdə qalmış qadının xilas anı - VİDEO

Tramp: Tehran özü razılaşma əldə etmək istəyir

Tramp: Tehran özü razılaşma əldə etmək istəyir

“Vaxtilə Coşqunun “vid”indəki adamlarla məzələnirdilər” - FOTOLAR

“Vaxtilə Coşqunun “vid”indəki adamlarla məzələnirdilər” - FOTOLAR

Qərar verildi - Bu binalar söküləcək

Qərar verildi - Bu binalar söküləcək

Tramp: İrandan sonra bu ölkəyə “baş çəkəcəyik” - VİDEO

Tramp: İrandan sonra bu ölkəyə “baş çəkəcəyik” - VİDEO

İkinci Liqa: “Göygöl”, “Araz Saatlı” və “Şirvan” qalib gəldi

İkinci Liqa: “Göygöl”, “Araz Saatlı” və “Şirvan” qalib gəldi

Livanda ölənlərin sayı ARTDI

Livanda ölənlərin sayı ARTDI

Alleqri “Milan”da qalacaq

Alleqri “Milan”da qalacaq

Bu yolda sürət həddi ENDİRİLDİ

Bu yolda sürət həddi ENDİRİLDİ

Qaqarinin kosmosda başına gələn dəhşətlər – İndiyə kimi bizdən nələr gizlədilirdi? - FOTO

Qaqarinin kosmosda başına gələn dəhşətlər – İndiyə kimi bizdən nələr gizlədilirdi? - FOTO

İranda qadınlar hərbi avtomobildə yürüşə çıxdılar - FOTO

İranda qadınlar hərbi avtomobildə yürüşə çıxdılar - FOTO

Türkiyədə ZƏLZƏLƏ OLDU

Türkiyədə ZƏLZƏLƏ OLDU

Hansı yollarda qırmızı işıqda keçmək olar? - VİDEO

Hansı yollarda qırmızı işıqda keçmək olar? - VİDEO

16 il sonra final fiti - 2 nömrə gedir

16 il sonra final fiti - 2 nömrə gedir

İntensiv yağışlar Balakəndə kəndlilərin təsərrüfatına ciddi ziyan vurub - FOTO

İntensiv yağışlar Balakəndə kəndlilərin təsərrüfatına ciddi ziyan vurub - FOTO

Yaşar Gülər Qətərə gedib - FOTO

Yaşar Gülər Qətərə gedib - FOTO

İllər sonra Aqil M.Quliyevlə bağlı etiraf etdi: "Valideynlərinə belə zəng etdim..."

İllər sonra Aqil M.Quliyevlə bağlı etiraf etdi: "Valideynlərinə belə zəng etdim..."

ABŞ-dən SENSASİON XƏBƏRDARLIQ – “İrana qarşı savaşa başqa ölkələr də cəlb edilə bilər” – ÖZƏL

ABŞ-dən SENSASİON XƏBƏRDARLIQ – “İrana qarşı savaşa başqa ölkələr də cəlb edilə bilər” – ÖZƏL

Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq

Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq

Ajda Pekkanın səhnə pencəyinin heyrətamiz QİYMƏTİ - FOTO

Ajda Pekkanın səhnə pencəyinin heyrətamiz QİYMƏTİ - FOTO

Azərbaycanda maaşlar bu qədər artdı - RƏSMİ

Azərbaycanda maaşlar bu qədər artdı - RƏSMİ

Bəhreyn İraqa NOTA VERDİ

Bəhreyn İraqa NOTA VERDİ

Bu rayonda QAZ OLMAYACAQ

Bu rayonda QAZ OLMAYACAQ

"O mənzərəni bir daha görmək istəmirəm" - Plastik əməliyyatlılardan danışdı

"O mənzərəni bir daha görmək istəmirəm" - Plastik əməliyyatlılardan danışdı

End of content

No more pages to load

RADİO