Mücadiləmizin şah kəlməsi: Müstəqilliyimizin 30-cu ilini qürurla qeyd edəcəyik!

5 mart tarixində Yeni Azərbaycan Partiyasının sayca VII qurultayı baş tutub. Qurultayda diqqət çəkən çoxlu məqamlarla birgə Prezident İlham Əliyevin böyük qürurla çatdırdığı bir ifadə də var:

“Biz müstəqilliyimizin 30 illiyini Qələbə qazanmış, Zəfər çalmış xalq kimi, dövlət kimi qeyd edəcəyik!”

Bu 30 illik mücadiləmizin nidası, şah kəlməsidir. 

Prezidentin bu sözləri hər şeydən əvvəl mövcud dünya reallıqlarına işıq tutması baxımından olduqca önəmlidir. Yarandığı ilk gündən etibarən beynəlxalq münasibətlər sistemi vahid nizamlama mexanizmindən məhrumdur.
 

Ölkə daxili vəziyyəti tənzimləyən vahid qanunların olmasına baxmayaraq beynəlxalq münasibətlər sistemi xaosa və ən əsası da güc amilinə əsaslanır.


Bu sistemdə bir dövlət özünü təsdiq etmək, digərləri ilə bərabərhüquqlu şəkildə qarşılıqlı münasibətlərə daxil olmaq, öz sözünü diqtə etmək üçün məhz bu güc amilindən istifadə edir.

İçərisində təmsil olunduğumuz beynəlxalq münasibətlər sistemi zəiflərin əzildiyi və sıxışdılıb çıxarıldığı, ancaq güclülərin həyatda qaldığı amansız mübarizə meydanıdır. Tarix bu güclülər müharibəsində qalib gəlmiş və adlarını qalib ölkə kimi tarix kitablarına həkk etdirmiş ölkələrin tarixidir.

Bu gün Azərbaycan da həmin qalib ölkələr sırasındadır və bir çoxlarından fərqli olaraq ƏDALƏTLİDİR!

Müharibədə qələbə qazanmaq, ərazi bötüvlüyünü təmin etmək, ilahi ədalətin bərpası kimi məsələlər bizim üçün təkcə emosional baxımdan önəmli deyil. Bu həm də yalnız güclülərin söz haqqında sahib olduğu beynəlxalq münasibətlər sisteminin reallığı, özümüzü dünyaya bir daha təsdiq etmək deməkdir.
 

Bəli, bu gün Azərbaycan qalib ölkədir. 30 illik müstəqillik dövrünü şanlı qələbə ilə taclandırmış, bütün dünyaya öz gücünü və qüdrətini sübut etmiş bir ölkədir.


Prezidentin də qeyd etdiyi kimi “Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, tam müstəqil şəkildə öz daxili, xarici siyasətini aparır, öz dostlarını özü seçir, heç kimin qabağında baş əymir, heç kimə hesabat vermir”.

Prezidentin çıxışında da Azərbaycana yönəlik təhdidlərin və hücumların gələcəkdə də davam edəcəyinin anonsları verilsə də, bu günki qalib Azərbaycanın bu təhdidləri və hücumları alt-üst edəcək gücə malik olduğu da vurğulanır.

30 il əvvəlki Azərbaycanla bu günki Azərbaycan arasındakı fərqi görən təkcə bizlər deyilik, həm də Azərbaycanın atdığı hər addımı yaxından izləyən xarici dövlətlərdir.

Cəbhədə qazanılmış qələbə dünya ölkləri qarşısında Azərbaycanın müstəqilliyinin, Prezidentin də qeyd etdiyi “real müstəqiliyyinin” sübutudur. Zəfər qazanmış bir dövlət olmaq Azərbaycanın təkcə regional deyil, həm də qlobal miqyasda beynəlxalq münasibətlərin aparıcı aktorlarından birinə çevirib.
 

Yeni reallıqlar özü ilə bərabər yeni təhlükələr də gətirir. Güclülər liqasında təmsil olunmaq bizdən güclü dövlət yaratmağımızı, xarici təzyiqlərə cavab verəcək dərəcədə həmrəy olmağımızı tələb edir.


Xalq və hakimiyyət arasında qarşılıqlı inama və etibara əsaslanan sistemin davamlılığını qorumaq, müstəqilliyimizə qarşı yönəlmiş təhdidlərə laiqli cavab vermək və ən əsası da böyük güclərin maraqlarına alət olmamaq bu günə qədər reallaşdırdığımız, gələcəkdə də qoruyub saxlamalı olduğumuz uğurumuzdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran bu dəfə Bəhreyndəki hərbi bazaları vurdu - VİDEO

İran bu dəfə Bəhreyndəki hərbi bazaları vurdu - VİDEO

Paşinyandan etiraf: “Ermənistanda yetişdirilən balığı yemirəm”

Paşinyandan etiraf: “Ermənistanda yetişdirilən balığı yemirəm”

Sabah bu ərazilərdə işıqlar sönəcək - ÜNVANLAR

Sabah bu ərazilərdə işıqlar sönəcək - ÜNVANLAR

Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA

Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA

Bakıda qətl: 35 yaşlı gənc bıçaqlanaraq öldürüldü

Bakıda qətl: 35 yaşlı gənc bıçaqlanaraq öldürüldü

İki qadın güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq

İki qadın güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq

Göygöldə avtomobillər toqquşdu: 3 yaralı var - FOTO

Göygöldə avtomobillər toqquşdu: 3 yaralı var - FOTO

Ayı ilə olan görüntüsü turisti fenomen etdi - VİDEO

Ayı ilə olan görüntüsü turisti fenomen etdi - VİDEO

Azyaşlı uşağı olan analara işdə yeni güzəştlər verilə bilər - DETALLAR

Azyaşlı uşağı olan analara işdə yeni güzəştlər verilə bilər - DETALLAR

6-cı övladları motosikletlə xəstəxanaya çatdıqdan sonra dünyaya gəldi - VİDEO

6-cı övladları motosikletlə xəstəxanaya çatdıqdan sonra dünyaya gəldi - VİDEO

Bu BÜRCLƏR fasilə verib istirahət etməlidir

Bu BÜRCLƏR fasilə verib istirahət etməlidir

“Azərpoçt”da böyük kadr dəyişikliyi - Siyahı

“Azərpoçt”da böyük kadr dəyişikliyi - Siyahı

Türkiyə-Azərbaycan Universitetinə İLK REKTOR təyin edildi

Türkiyə-Azərbaycan Universitetinə İLK REKTOR təyin edildi

Xaçmazda 86 il əvvəl tikilmiş qəzalı bina yenilənir - FOTO

Xaçmazda 86 il əvvəl tikilmiş qəzalı bina yenilənir - FOTO

Prezident və xanımını “Yaşa mənim xalqım”la qarşıladılar - VİDEO

Prezident və xanımını “Yaşa mənim xalqım”la qarşıladılar - VİDEO

Ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri - Siyahı

Ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri - Siyahı

Bakıda 35 milyonluq park salınır

Bakıda 35 milyonluq park salınır

Afaq Bəşirqızı nəvəsini hərbi xidmətə yola saldı – FOTO

Afaq Bəşirqızı nəvəsini hərbi xidmətə yola saldı – FOTO

Şəhid övladı VƏFAT ETDİ

Şəhid övladı VƏFAT ETDİ

Bakıdan Parisə ETİRAZ: "Fransanın məhkəmə sistemimizə müdaxiləsi qəbuledilməzdir"

Bakıdan Parisə ETİRAZ: "Fransanın məhkəmə sistemimizə müdaxiləsi qəbuledilməzdir"

Tiktoker "Murad Sadə" həbs edildi

Tiktoker "Murad Sadə" həbs edildi

Əraqçi Kallasla danışarkən: “Xəzərdəki gəmi hücumuna reaksiya verin!”

Əraqçi Kallasla danışarkən: “Xəzərdəki gəmi hücumuna reaksiya verin!”

Moskvada rusiyalı milyarder HƏBS EDİLDİ

Moskvada rusiyalı milyarder HƏBS EDİLDİ

Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi – İcra başçısı yerində tanış oldu - FOTO

Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi – İcra başçısı yerində tanış oldu - FOTO

End of content

No more pages to load

RADİO