Ombudsmandan Şuşada aşkarlanan kütləvi məzarlıqla bağlı BƏYANAT

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Şuşada aşkarlanan kütləvi məzarlıqla bağlı bəyanat yayıb.

Bizim.Media bəyanatı təqdim edir:

"Azərbaycanın azad edilmiş ərazilərində Ermənistan işğalı dövründə insanların qətlə yetirilməsi və kütləvi şəkildə dəfn edilməsini sübut edən daha bir kütləvi məzarlıq bu gün Şuşa şəhərində aşkarlanıb. İlkin məlumatlara əsasən, həmin məzarlıqda ən azı dörd nəfərin qalıqları tapılıb.

Xüsusi diqqət çəkən məqamlardan biri budur ki, kütləvi məzarlıq Şuşa həbsxanası ərazisində aşkarlanmışdır. Bu fakt qanunsuz olaraq Şuşa həbsxanasında saxlanılmış azərbaycanlıların həmin həbsxanada dəhşətli işgəncələrə, qeyri-insani rəftara məruz qalması ilə bağlı səsləndirilmiş iddiaları və şahid ifadələrini bir daha təsdiq etmiş oldu.
Təəssüf hissi ilə bildiririk ki, Ermənistanın beynəlxalq humanitar hüququn tələblərini pozmaqla törətdiyi cinayətlərə dair faktların sayı bununla məhdurlaşmır. Belə ki, işğaldan azad edilmiş ərazilərimizdə daha öncə aşkarlanmış kütləvi dəfn yerləri ilə bağlı da Ombudsman tərəfindən dünya ictimaiyyətinə müraciətlər ünvanlanmış, Xocavənd rayonunun Edilli kəndində tapılmış məzarlıqlarda aparılmış yerində araşdırmaların nəticələrinə dair ayrıca hesabat hazırlanıb.

Azad olunmuş ərazilərimizdə davamlı olaraq kütləvi məzarlıqların aşkar edilməsi Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı və etnik təmizləmə siyasətini bir daha sübut edir. Eyni zamanda, vurğulamaq istərdik ki, Ermənistanın Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş dörd minə yaxın azərbaycanlının taleyi barədə hər hansı məlumat verməməsi uzun illərdir həmin şəxslərin ailə üzvlərinin dərin iztirab çəkməsinə səbəb olmaqdadır.

Ermənistan tərəfi bu məsələdə də öz məsuliyyətindən boyun qaçıraraq kütləvi dəfn yerləri barədə məlumatların təqdim edilməsindən yayınıb.

Azərbaycan Ombudsmanı olaraq, bir daha dünya ictimaiyyətini beynəlxalq hüquq normalarının, insan hüquq və azadlıqlarının kobudcasına pozulmasını sübut edən bu kimi hallarla bağlı Ermənistana qarşı zəruri tədbirlər görməyə və itkin düşmüş soydaşlarımızın taleyi barədə məlumatların əldə edilməsi ilə əlaqədar dəstək verməyə çağırıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avtomobildə sıxılı vəziyyətdə qalmış qadının xilas anı - VİDEO

Avtomobildə sıxılı vəziyyətdə qalmış qadının xilas anı - VİDEO

Tramp: Tehran özü razılaşma əldə etmək istəyir

Tramp: Tehran özü razılaşma əldə etmək istəyir

“Vaxtilə Coşqunun “vid”indəki adamlarla məzələnirdilər” - FOTOLAR

“Vaxtilə Coşqunun “vid”indəki adamlarla məzələnirdilər” - FOTOLAR

Qərar verildi - Bu binalar söküləcək

Qərar verildi - Bu binalar söküləcək

Tramp: İrandan sonra bu ölkəyə “baş çəkəcəyik” - VİDEO

Tramp: İrandan sonra bu ölkəyə “baş çəkəcəyik” - VİDEO

İkinci Liqa: “Göygöl”, “Araz Saatlı” və “Şirvan” qalib gəldi

İkinci Liqa: “Göygöl”, “Araz Saatlı” və “Şirvan” qalib gəldi

Livanda ölənlərin sayı ARTDI

Livanda ölənlərin sayı ARTDI

Alleqri “Milan”da qalacaq

Alleqri “Milan”da qalacaq

Bu yolda sürət həddi ENDİRİLDİ

Bu yolda sürət həddi ENDİRİLDİ

Qaqarinin kosmosda başına gələn dəhşətlər – İndiyə kimi bizdən nələr gizlədilirdi? - FOTO

Qaqarinin kosmosda başına gələn dəhşətlər – İndiyə kimi bizdən nələr gizlədilirdi? - FOTO

İranda qadınlar hərbi avtomobildə yürüşə çıxdılar - FOTO

İranda qadınlar hərbi avtomobildə yürüşə çıxdılar - FOTO

Türkiyədə ZƏLZƏLƏ OLDU

Türkiyədə ZƏLZƏLƏ OLDU

Hansı yollarda qırmızı işıqda keçmək olar? - VİDEO

Hansı yollarda qırmızı işıqda keçmək olar? - VİDEO

16 il sonra final fiti - 2 nömrə gedir

16 il sonra final fiti - 2 nömrə gedir

İntensiv yağışlar Balakəndə kəndlilərin təsərrüfatına ciddi ziyan vurub - FOTO

İntensiv yağışlar Balakəndə kəndlilərin təsərrüfatına ciddi ziyan vurub - FOTO

Yaşar Gülər Qətərə gedib - FOTO

Yaşar Gülər Qətərə gedib - FOTO

İllər sonra Aqil M.Quliyevlə bağlı etiraf etdi: "Valideynlərinə belə zəng etdim..."

İllər sonra Aqil M.Quliyevlə bağlı etiraf etdi: "Valideynlərinə belə zəng etdim..."

ABŞ-dən SENSASİON XƏBƏRDARLIQ – “İrana qarşı savaşa başqa ölkələr də cəlb edilə bilər” – ÖZƏL

ABŞ-dən SENSASİON XƏBƏRDARLIQ – “İrana qarşı savaşa başqa ölkələr də cəlb edilə bilər” – ÖZƏL

Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq

Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq

Ajda Pekkanın səhnə pencəyinin heyrətamiz QİYMƏTİ - FOTO

Ajda Pekkanın səhnə pencəyinin heyrətamiz QİYMƏTİ - FOTO

Azərbaycanda maaşlar bu qədər artdı - RƏSMİ

Azərbaycanda maaşlar bu qədər artdı - RƏSMİ

Bəhreyn İraqa NOTA VERDİ

Bəhreyn İraqa NOTA VERDİ

Bu rayonda QAZ OLMAYACAQ

Bu rayonda QAZ OLMAYACAQ

"O mənzərəni bir daha görmək istəmirəm" - Plastik əməliyyatlılardan danışdı

"O mənzərəni bir daha görmək istəmirəm" - Plastik əməliyyatlılardan danışdı

End of content

No more pages to load

RADİO