Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis yığıncağı keçirilib - FOTO 

Qazaxıstanın Azərbaycanın Şuşa şəhərindən öncə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilən tarixi Türküstan şəhərində Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis yığıncağı – imzalama mərasimi keçirilib. 

AQC-dən Bizim.Media-ya bildirilib ki, Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın tamhüquqlu, Türkmənistanın və Şimali Kipr Türk Cümhuriyyətinin isə assosiativ üzv qismində qatıldığı birliyin təsis yığıncağında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc, Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçeci, Qazaxıstan Qiymətləndiricilər Birliyinin sədri Askar Omerbekov, Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin sədri Nargiza Mirzaraximova, Qırğızıstan Qiymətləndiricilər İttifaqının sədri Sovetbek Zakirov, Şimali Kipr Türk Cümhuriyyətinin Dəyərləmə Uzmanları Birliyinin başqanı Kutay Ramiz, Qazaxıstan Banklar Assosiasiyasının vitse-prezidenti Marat Baytokov, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin üzvü Elnur Əsədov, AQC sədrinin türk dövlətləri üzrə səlahiyyətli nümayəndəsi Mikayıl Mirzəzadə və digər qonaqlar iştirak ediblər. 

Türküstan şəhərinin məşhur Əhməd Yəsəvi Universitetində baş tutan tədbirdə Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin Nizamnaməsi təsdiq edilib.

Qeyd olunub ki, ötən ay Bakıda baş tutan “Türk Dövlətləri Qiymətləndiricilərinin Zirvə Görüşü” çərçivəsində qurumun Nizamnaməsi müzakirə edilərək qəbul olunub. Təsis yığıncağında isə Birliyin ali sənədi ratifikasiya olunub.

Nizamnamədə prezidentlik və vitse-prezidentlik insitutunun formalaşdırılması, rotasiya qaydasında hər il Birlik rəhbərliyinin yenilənməsi, vitse-prezident seçilən şəxsin növbəti il prezident kimi fəaliyyətini davam etdirməsi nəzərdə tutulub. 
Gələcək fəaliyyət istiqamətləri ilə bağlı müzakirələr zamanı qərara alınıb ki, peşəkar qiymətləndiricilərin yetişməsi, tədris və sertifikasiya fəaliyyəti, vahid məlumat bazasının yaradılması istiqamətində qarşılıqlı səylər artırılsın. 

Qazaxıstan Qiymətləndiricilər Birliyinin sədri Askar Omerbekov Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin prezidenti, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc isə vitse-prezidenti seçilib. 

2024-cü ilin iyun ayında Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin ikinci qurultayının Bakıda keçirilməsi, Birliyin prezidenti səlahiyyətlərinin Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruca keçməsi barədə razılıq əldə olunub. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avtomobildə sıxılı vəziyyətdə qalmış qadının xilas anı - VİDEO

Avtomobildə sıxılı vəziyyətdə qalmış qadının xilas anı - VİDEO

Tramp: Tehran özü razılaşma əldə etmək istəyir

Tramp: Tehran özü razılaşma əldə etmək istəyir

“Vaxtilə Coşqunun “vid”indəki adamlarla məzələnirdilər” - FOTOLAR

“Vaxtilə Coşqunun “vid”indəki adamlarla məzələnirdilər” - FOTOLAR

Qərar verildi - Bu binalar söküləcək

Qərar verildi - Bu binalar söküləcək

Tramp: İrandan sonra bu ölkəyə “baş çəkəcəyik” - VİDEO

Tramp: İrandan sonra bu ölkəyə “baş çəkəcəyik” - VİDEO

İkinci Liqa: “Göygöl”, “Araz Saatlı” və “Şirvan” qalib gəldi

İkinci Liqa: “Göygöl”, “Araz Saatlı” və “Şirvan” qalib gəldi

Livanda ölənlərin sayı ARTDI

Livanda ölənlərin sayı ARTDI

Alleqri “Milan”da qalacaq

Alleqri “Milan”da qalacaq

Bu yolda sürət həddi ENDİRİLDİ

Bu yolda sürət həddi ENDİRİLDİ

Qaqarinin kosmosda başına gələn dəhşətlər – İndiyə kimi bizdən nələr gizlədilirdi? - FOTO

Qaqarinin kosmosda başına gələn dəhşətlər – İndiyə kimi bizdən nələr gizlədilirdi? - FOTO

İranda qadınlar hərbi avtomobildə yürüşə çıxdılar - FOTO

İranda qadınlar hərbi avtomobildə yürüşə çıxdılar - FOTO

Türkiyədə ZƏLZƏLƏ OLDU

Türkiyədə ZƏLZƏLƏ OLDU

Hansı yollarda qırmızı işıqda keçmək olar? - VİDEO

Hansı yollarda qırmızı işıqda keçmək olar? - VİDEO

16 il sonra final fiti - 2 nömrə gedir

16 il sonra final fiti - 2 nömrə gedir

İntensiv yağışlar Balakəndə kəndlilərin təsərrüfatına ciddi ziyan vurub - FOTO

İntensiv yağışlar Balakəndə kəndlilərin təsərrüfatına ciddi ziyan vurub - FOTO

Yaşar Gülər Qətərə gedib - FOTO

Yaşar Gülər Qətərə gedib - FOTO

İllər sonra Aqil M.Quliyevlə bağlı etiraf etdi: "Valideynlərinə belə zəng etdim..."

İllər sonra Aqil M.Quliyevlə bağlı etiraf etdi: "Valideynlərinə belə zəng etdim..."

ABŞ-dən SENSASİON XƏBƏRDARLIQ – “İrana qarşı savaşa başqa ölkələr də cəlb edilə bilər” – ÖZƏL

ABŞ-dən SENSASİON XƏBƏRDARLIQ – “İrana qarşı savaşa başqa ölkələr də cəlb edilə bilər” – ÖZƏL

Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq

Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq

Ajda Pekkanın səhnə pencəyinin heyrətamiz QİYMƏTİ - FOTO

Ajda Pekkanın səhnə pencəyinin heyrətamiz QİYMƏTİ - FOTO

Azərbaycanda maaşlar bu qədər artdı - RƏSMİ

Azərbaycanda maaşlar bu qədər artdı - RƏSMİ

Bəhreyn İraqa NOTA VERDİ

Bəhreyn İraqa NOTA VERDİ

Bu rayonda QAZ OLMAYACAQ

Bu rayonda QAZ OLMAYACAQ

"O mənzərəni bir daha görmək istəmirəm" - Plastik əməliyyatlılardan danışdı

"O mənzərəni bir daha görmək istəmirəm" - Plastik əməliyyatlılardan danışdı

End of content

No more pages to load

RADİO