Bakıda Azərbaycan və Pakistan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib - FOTO

Mayın 31-də Bakı şəhərində Azərbaycan və Pakistan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan XİN-dən məlumat verilib. 

Bildirilib ki, nümayəndə heyətinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Pakistan tərəfindən xarici işlər nazirinin birinci müavini Əsəd Məcid Xan başçılıq ediblər. 

Siyasi məsləhətləşmələr zamanı iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, təhsil, mədəniyyət, energetika, turizm və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Qarşılıqlı səfərlərin, xüsusilə parlament diplomatiyasının əhəmiyyəti önə çəkilərək, onun ikitərəfli əlaqələrin bir çox sahələrinə müsbət təsir göstərdiyi bildirilib. 

Müzakirələr çərçivəsində 2022-ci ilin ölkələrimiz arasında diplomatik əlaqələrin 30 illik yubileyi kimi əlamətdar tarixlə yadda qaldığı bildirilib, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Pakistan əlaqələrinin bugünkü yüksək səviyyəsindən məmnunluq ifadə edilib.

Həmçinin 44 günlük Vətən Müharibəsi zamanı Pakistanın nümayiş etdirdiyi qəti və birmənalı mövqeyi, haqq işimizə göstərdiyi tərəddüdsüz dəstək və həmrəyliyi xüsusilə vurğulanıb. 

E.Məmmədov post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad edilmiş torpaqlarda minaların təmizlənməsi prosesi, bərpa və quruculuq, habelə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən böyük qayıdış proqramı, ağıllı şəhər və yaşıl enerji layihələri haqqında ətraflı məlumat verib. 
Görüşdə tərəflər arasında həmçinin çoxtərəfli əməkdaşlıq, regional məsələlər və digər maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakının mərkəzində restoran yandı: "Dəfələrlə dedik, bağlayın buranı" - VİDEO

Bakının mərkəzində restoran yandı: "Dəfələrlə dedik, bağlayın buranı" - VİDEO

"Hizbullah" İsraillə danışıqlardan imtina etdi

"Hizbullah" İsraillə danışıqlardan imtina etdi

Hamiləlik zamanı necə bilək ki, uşaq oğlan olacaq?

Hamiləlik zamanı necə bilək ki, uşaq oğlan olacaq?

Millimiz Qazaxıstana məğlub oldu

Millimiz Qazaxıstana məğlub oldu

Tramp İranla razılaşma üçün ŞƏRT irəli sürdü

Tramp İranla razılaşma üçün ŞƏRT irəli sürdü

Aytacı canlı efirdə Flora Kərimovanın bu sözləri AĞLATDI - VİDEO

Aytacı canlı efirdə Flora Kərimovanın bu sözləri AĞLATDI - VİDEO

Mirzoyan Brüsselə gedəcək

Mirzoyan Brüsselə gedəcək

Papadan üzr istəyən DEYİLƏM!

Papadan üzr istəyən DEYİLƏM!

Xalq artistinin harada dəfn olunacağı AÇIQLANDI

Xalq artistinin harada dəfn olunacağı AÇIQLANDI

İsrail "Hizbullah"ı vurur: 24 saatda 150 HƏDƏF

İsrail "Hizbullah"ı vurur: 24 saatda 150 HƏDƏF

Bu rayona yağan qar təsərrüfatlara ziyan vurdu - VİDEO

Bu rayona yağan qar təsərrüfatlara ziyan vurdu - VİDEO

Onların narkoanalizləri MÜSBƏT ÇIXDI

Onların narkoanalizləri MÜSBƏT ÇIXDI

Ara məsafəsini normadan artıq saxlayın – MÜRACİƏT

Ara məsafəsini normadan artıq saxlayın – MÜRACİƏT

Avtomobildə sıxılı vəziyyətdə qalmış qadının xilas anı - VİDEO

Avtomobildə sıxılı vəziyyətdə qalmış qadının xilas anı - VİDEO

Tramp: Tehran özü razılaşma əldə etmək istəyir

Tramp: Tehran özü razılaşma əldə etmək istəyir

“Vaxtilə Coşqunun “vid”indəki adamlarla məzələnirdilər” - FOTOLAR

“Vaxtilə Coşqunun “vid”indəki adamlarla məzələnirdilər” - FOTOLAR

Qərar verildi - Bu binalar söküləcək

Qərar verildi - Bu binalar söküləcək

Tramp: İrandan sonra bu ölkəyə “baş çəkəcəyik” - VİDEO

Tramp: İrandan sonra bu ölkəyə “baş çəkəcəyik” - VİDEO

İkinci Liqa: “Göygöl”, “Araz Saatlı” və “Şirvan” qalib gəldi

İkinci Liqa: “Göygöl”, “Araz Saatlı” və “Şirvan” qalib gəldi

Livanda ölənlərin sayı ARTDI

Livanda ölənlərin sayı ARTDI

Alleqri “Milan”da qalacaq

Alleqri “Milan”da qalacaq

Bu yolda sürət həddi ENDİRİLDİ

Bu yolda sürət həddi ENDİRİLDİ

Qaqarinin kosmosda başına gələn dəhşətlər – İndiyə kimi bizdən nələr gizlədilirdi? - FOTO

Qaqarinin kosmosda başına gələn dəhşətlər – İndiyə kimi bizdən nələr gizlədilirdi? - FOTO

İranda qadınlar hərbi avtomobildə yürüşə çıxdılar - FOTO

İranda qadınlar hərbi avtomobildə yürüşə çıxdılar - FOTO

End of content

No more pages to load

RADİO