Azərbaycan və İsrail prezidentlərinin geniş tərkibdə görüşü keçirilib - VİDEO

Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun geniş tərkibdə görüşü keçirilib.

Bizim.Media xəbər verir ki, görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib:

"Cənab Prezident, hörmətli nümayəndə heyətinin üzvləri, Azərbaycana xoş gəlmisiniz. Sizi ölkəmizdə qəbul etmək imkanına malik olduğumuza görə çox şadıq. Əminəm ki, səfər ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına böyük təkan verəcək.

Elə indicə cənab Prezidentlə ikitərəfli gündəliyimiz və regional məsələlərlə bağlı çox yaxşı müzakirə apardıq. Əminəm ki, nümayəndə heyətlərinin iştirakı ilə görüşdə, bu gün və sabah davam edəcək səfəriniz çərçivəsində təmaslarda geniş diapazonlu məsələlər müzakirə olunacaq. Biz səfərdən sonra müsbət dinamikanı görəcəyik. Çünki mən tamamilə əminəm, böyük potensial mövcuddur, baxmayaraq ki, biz ayrı-ayrı istiqamətlər, ticarət, enerji, təhlükəsizlik sahələri üzrə artıq çoxlu işlər görümüşük. Lakin hələ çoxlu işlər görülməlidir.

Əlbəttə ki, biz Sizin Azərbaycana səfərinizi tarixi səfər hesab edirik. Dəvətimi qəbul etdiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, ölkəmizdə yaxşı vaxt keçirəcəksiniz. Sizə Azərbaycanda yaxşı vaxt keçirməyi arzulayıram".

İsrail Prezidenti İsxak Hersoq çıxış edərək bildirib:

"Çox sağ olun, cənab Prezident. Burada olmaqdan şərəf və məmnunluq hissi duyuram. Biz buraya açıq ürəklə, millətlərimiz arasında böyük dostluqla gəlirik. Ən əsası odur ki, siz mərhum atanızı yetişdirən millətsiniz, sonra isə Siz onun yolunu davam etdirərək elə bir heyrətamiz ölkə yaratmısınız ki, bura bir çox məsələlərin mərkəzinə çevrilib.

İsraillə Azərbaycan arasında tərəfdaşlıq Sizin qeyd etdiyiniz və bizim müzakirə etdiyimiz bir çox sahələrin də təməl nöqtəsidir. Düşünürəm ki, bu, bir çox səviyyələrdə xalqlarımıza mesaj göndərir. İlk növbədə, hesab edirəm ki, bu, elə bir mesaj göndərir ki, yəhudilər və müsəlmanlar birlikdə sülhə doğru addımlasalar, birgə açıq dialoq aparsalar, birlikdə dünyanın xeyrinə çalışsalar birlikdə möhtəşəm işlər görə bilərlər. İkincisi, bu, strateji münasibətdir, çünki biz sülh, rifah və inkişaf istiqamətlərində bütün regiona öz təsirimizi göstəririk.

Buna görə çox sağ olun. Əlbəttə ki, cənab Prezident, mən qarşılıq göstərərək Sizi İsraildə qəbul etməyi səbirsizliklə gözləyirəm".

 


 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hikmət Hacıyev: “Regionda üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər”

Hikmət Hacıyev: “Regionda üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər”

Mask insanlara pul paylamağı təklif etdi – FOTO

Mask insanlara pul paylamağı təklif etdi – FOTO

Yuduğu maşını qaçırıb qəza törətdi: Digər cinayətinin də üstü açıldı

Yuduğu maşını qaçırıb qəza törətdi: Digər cinayətinin də üstü açıldı

Bu qadını görənlər dərhal polisə MƏLUMAT VERSİNLƏR

Bu qadını görənlər dərhal polisə MƏLUMAT VERSİNLƏR

Emin Əmrullayev Aytəkin Alxaslı ilə GÖRÜŞDÜ - SƏMİMİ SÖHBƏT – VİDEO

Emin Əmrullayev Aytəkin Alxaslı ilə GÖRÜŞDÜ - SƏMİMİ SÖHBƏT – VİDEO

Şimşək çaxacaq, dolu yağacaq – SABAHIN HAVASI

Şimşək çaxacaq, dolu yağacaq – SABAHIN HAVASI

Qrem SİRLƏRİ AÇDI: “Tramp telefonda İran rəsmisinə elə qışqırdı ki...” – VİDEO

Qrem SİRLƏRİ AÇDI: “Tramp telefonda İran rəsmisinə elə qışqırdı ki...” – VİDEO

Aleksey Overçuk: "Rusiyada Azərbaycan dilinin öyrənilməsinə ehtiyac var"

Aleksey Overçuk: "Rusiyada Azərbaycan dilinin öyrənilməsinə ehtiyac var"

Hövsan sakinlərinə ŞAD XƏBƏR

Hövsan sakinlərinə ŞAD XƏBƏR

Hidayət Heydərov Avropa çempionatında növbəti qələbəsini qazandı – YENİLƏNİB

Hidayət Heydərov Avropa çempionatında növbəti qələbəsini qazandı – YENİLƏNİB

Bakı-Xırdalan-Sumqayıt qatarlarının fəaliyyətinin bərpası ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakı-Xırdalan-Sumqayıt qatarlarının fəaliyyətinin bərpası ilə bağlı RƏSMİ AÇIQLAMA

Pensiyalar bu tarixdə VERİLƏCƏK

Pensiyalar bu tarixdə VERİLƏCƏK

Vəzifədən azad edilən baş memarın mülkləri – SİYAHI

Vəzifədən azad edilən baş memarın mülkləri – SİYAHI

Dəmir yolları ilə sərnişin daşımalarında REKORD

Dəmir yolları ilə sərnişin daşımalarında REKORD

Ali Məhkəmədən XƏBƏRDARLIQ: Alqı-satqı müqaviləsi ilə borc təminatı təhlükəlidir

Ali Məhkəmədən XƏBƏRDARLIQ: Alqı-satqı müqaviləsi ilə borc təminatı təhlükəlidir

Arif Ağayev: "Kürdəmir stansiyası ilə Qarabağa təhlükəsiz səfər etmək mümkün olacaq"

Arif Ağayev: "Kürdəmir stansiyası ilə Qarabağa təhlükəsiz səfər etmək mümkün olacaq"

"Space" telekanalı BAĞLANIR?

"Space" telekanalı BAĞLANIR?

Ən inadkar BÜRCLƏR: səhvlərini heç vaxt etiraf etmirlər

Ən inadkar BÜRCLƏR: səhvlərini heç vaxt etiraf etmirlər

Avtomobilini satmaq istəyənlərin DİQQƏTİNƏ

Avtomobilini satmaq istəyənlərin DİQQƏTİNƏ

Rza Tamer vəfat etdi

Rza Tamer vəfat etdi

Kürdəmir dəmir yolu stansiyası yenidən istifadəyə verildi – Səfər vaxtı 1 saat qısaldı - FOTO

Kürdəmir dəmir yolu stansiyası yenidən istifadəyə verildi – Səfər vaxtı 1 saat qısaldı - FOTO

Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilir – FOTO

Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilir – FOTO

İlham Əliyev Maya Sandu ilə görüşdü – FOTO

İlham Əliyev Maya Sandu ilə görüşdü – FOTO

Millimiz Malta və San Marino ilə QARŞILAŞACAQ

Millimiz Malta və San Marino ilə QARŞILAŞACAQ

End of content

No more pages to load

RADİO