Ərdoğanın qələbəsi Türkiyə və region üçün nə vəd edir?

"Türkiyədə keçirilən seçkinin ikinci turunda hazırkı prezident Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilib. Cənab Ərdoğan və onun komandası daha 5 il Türkiyəni idarə edəcək.

Hökumətdə dəyişikliklər olacağı annonsu daha öncədən verilmişdi və bu səbəbdən də xeyili sayda kabinet üzvü artıq parlamentdə təmsil olunur. Bu isə o deməkdir ki, Türkiyədə hazırkı prezidentinin yenidən seçilməsi kontekstində ölkə növbəti 5 ilə daha fərqli proqramlar ilə daxil olacaq".

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində deputat Vüqar Bayramov yazıb.

Onun sözlərinə görə, son illər qardaş ölkə iqtisadiyyatında müşahidə edilən volatilliyə, məzənnə enişlərinə və inflyasiyaya rəğmən Türkiyə iqtisadiyyatı son 20 ildə real ifadədə 3 dəfə böyüyüb:

"2003-cü ildə 314 milyard dollar ÜDM-ə malik olan Türkiyə iqtisadiyyatı indi 900 milyard dollardan böyükdür. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, bu il Türkiyədə ÜDM-in 1 trilyon 29 milyard dollara çatması gözlənilir. Bu isə o deməkdir ki, xarici şoklar olmazsa bu il Türkiyə trilyon dollarlıq iqtisadiyyata malik ölkələr qrupuna daxil olacaq.

Bununla yanaşı, qısa müddətli dövrdə ən ciddi iqtisadi hədəf qiymətlərin optimallaşdırılması və məzənnə stabilliyinə nail olmaqdır. Pandemiya və Rusiya-Ukrayna müharibəsi səbəbindən son illər Türkiyədə yüksək inflyasiya qeydə alınmaqdadır.
Ötən il 72.31 faiz inflyasiya qeydə alınan qardaş ölkədə bu ilin aprel ayında qiymətlər 43.68% artıb. İnflyasiya səviyyəsinin müqayisəli azalmasına baxmayaraq hələ də qiymətlərin optimallaşdırılması əsas prioritetlərdən olaraq qalmaqdadır".

Deputatın fikrincə, Türkiyə 20 il öncə daha çox aqrar və xidmət sektorları üzrə ixtisaslaşmışdırsa indi ölkə müasir sənaye dövlətinə çevrilir:

"Türkiyə hazırda hərbi, avtomobil sənayesində xüsusi üstünlüyə malik olan ölkələrdən hesab olunur. Bu isə o deməkdir ki, qardaş dövlət növbəti illərdə iqtisadiyyatın keyfiyyətcə daha da genişləndirilməsinə nail ola bilər. Turizm gəlirləri fonunda innovativ sənaye məhsulları ixracatı ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradacaq.

Türkiyə Azərbaycanın haqq işinə hər zaman dəstək verən ölkələrdəndir. İstər Vətən müharibəsində, istərsə də Qarabağ və Şərqi Zəngəzurda quruculuq prosesində Türkiyənin dəstəyi hər zaman hiss edilib.


İşğaldan azad olunan ərazilərimizdəki hər iki beynəlxalq hava limanlarının açılışında, Zəngəzur dəhlizinin Azərbaycan hissəsinin təməlqoyma mərasimində Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı və eləcə müttəfiqlik bəyannaməsinin Şuşada imzalanması da bunları təsdiq edir.

Bu isə o deməkdir ki,  Ərdoğanın yenidən seçilməsindən sonra iki ölkə arasında birgə strateji əməkdaşlıq daha da dərinləşəcək.

Bütövlükdə, Türkiyədə seçkininin nəticələri region üçün də əhəmiyyətli idi. Ərdoğanın yenidən president seçilməsi mövcud regional düzənin daha da möhkəmlənməsinə şərait yaradacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-İran müharibəsi bu çərəzin qiymətini ARTIRDI

ABŞ-İran müharibəsi bu çərəzin qiymətini ARTIRDI

Keksin üstünün çatlamaması üçün nə etməli?

Keksin üstünün çatlamaması üçün nə etməli?

“Tottenhem”də ciddi itki

“Tottenhem”də ciddi itki

Trampın qapısına gedən kuryer şoka düşdü: Maraqlı dialoq – VİDEO

Trampın qapısına gedən kuryer şoka düşdü: Maraqlı dialoq – VİDEO

Brilliant Dadaşova: “Hadisəni müğənni hesab etmirəm” - EKSKLÜZİV/VİDEO

Brilliant Dadaşova: “Hadisəni müğənni hesab etmirəm” - EKSKLÜZİV/VİDEO

Klinton: ABŞ İranla çox zəif danışıqlar mövqeyindədir

Klinton: ABŞ İranla çox zəif danışıqlar mövqeyindədir

İran və ABŞ arasında növbəti danışıqların TARİXİ AÇIQLANDI

İran və ABŞ arasında növbəti danışıqların TARİXİ AÇIQLANDI

“Hizbullah”dan 3 əsas ŞƏRT: Əsir götürəcəyik və...

“Hizbullah”dan 3 əsas ŞƏRT: Əsir götürəcəyik və...

Mbabpe məşqlərə başladı

Mbabpe məşqlərə başladı

Zaqatalada maşın piyadanı vurub öldürdü

Zaqatalada maşın piyadanı vurub öldürdü

Əməkdar artistin səhhətində ciddi problemlər YARANDI - VİDEO

Əməkdar artistin səhhətində ciddi problemlər YARANDI - VİDEO

Bakının mərkəzində restoran yandı: "Dəfələrlə dedik, bağlayın buranı" - VİDEO

Bakının mərkəzində restoran yandı: "Dəfələrlə dedik, bağlayın buranı" - VİDEO

"Hizbullah" İsraillə danışıqlardan imtina etdi

"Hizbullah" İsraillə danışıqlardan imtina etdi

Hamiləlik zamanı necə bilək ki, uşaq oğlan olacaq?

Hamiləlik zamanı necə bilək ki, uşaq oğlan olacaq?

Millimiz Qazaxıstana məğlub oldu

Millimiz Qazaxıstana məğlub oldu

Tramp İranla razılaşma üçün ŞƏRT irəli sürdü

Tramp İranla razılaşma üçün ŞƏRT irəli sürdü

Aytacı canlı efirdə Flora Kərimovanın bu sözləri AĞLATDI - VİDEO

Aytacı canlı efirdə Flora Kərimovanın bu sözləri AĞLATDI - VİDEO

Mirzoyan Brüsselə gedəcək

Mirzoyan Brüsselə gedəcək

Papadan üzr istəyən DEYİLƏM!

Papadan üzr istəyən DEYİLƏM!

Xalq artistinin harada dəfn olunacağı AÇIQLANDI

Xalq artistinin harada dəfn olunacağı AÇIQLANDI

İsrail "Hizbullah"ı vurur: 24 saatda 150 HƏDƏF

İsrail "Hizbullah"ı vurur: 24 saatda 150 HƏDƏF

Bu rayona yağan qar təsərrüfatlara ziyan vurdu - VİDEO

Bu rayona yağan qar təsərrüfatlara ziyan vurdu - VİDEO

Onların narkoanalizləri MÜSBƏT ÇIXDI

Onların narkoanalizləri MÜSBƏT ÇIXDI

Ara məsafəsini normadan artıq saxlayın – MÜRACİƏT

Ara məsafəsini normadan artıq saxlayın – MÜRACİƏT

End of content

No more pages to load

RADİO