Fərid Şahbazlı: “Türkiyə son 20 ildə Ərdoğanın liderliyi ilə böyük uğurlar əldə edib”

“Türkiyədə keçirilən Prezident seçkiləri, təbii ki, qardaş Azərbaycan xalqı və ictimaiyyəti tərəfindən böyük diqqət və maraqla izlənilirdi. Çünki hər kəsə bəllidir ki, dünyada Azərbaycan-Türkiyə münasibətlərinin bənzəri yoxdur. Bu münasibətlər dünyada gördüyümüz və alışdığımız siyasi, iqtisadi, hərbi, geostrateji və digər maraqlarla ölçülə bilən əlaqələr deyil. Bu, qan və gendən, etnogenez və etnik tarixi birlikdən irəli gələn münasibətlərdir. Təsadüfi deyil ki, iki qardaş ölkə arasındakı bu münasibətlər tarixin bir çox ağır və məsuliyyətli sınaqlarından üzüağ çıxıb. Bu iki ölkəni tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq əlaqələri birləşdirir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı bildirib. 

O qeyd edib ki, təkcə regionda deyil, bütün dünyada mühüm siyasi və iqtisadi aktora çevrilən Türkiyədə seçkilərin nəticələri qlobal müstəvidə də ciddi siyasi hadisədir:

“Gərgin siyasi rəqabətə və dünyanın bir sıra güc mərkəzlərinin bütün əngəllərinə baxmayaraq, Rəcəb Tayyib Ərdoğanın yenidən Prezident seçiləcəyi proqnozlaşdırılan idi. Çünki Türkiyə son 20 ildə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük uğurlar əldə edərək, beynəlxalq münasibətlər sistemində ciddi mövqeyə sahib olub.

Bundan başqa, Türkiyənin artıq bütün dünyanın ehtiyac duyduğu və etiraf etdiyi müdafiə sənayesi, avtomobil istehsalı sahəsində əldə etdiyi böyük nailiyyətlər də məhz Ərdoğanın adı ilə bağlıdır. Məhz Ərdoğanın hakimiyyəti dövründə Türkiyə həm də təhsil iqtisadiyyatı, səhiyyə turizmi sahəsində dünyanın ən cəlbedici ölkələrindən birinə çevrilib. Şübhəsiz ki, əldə edilmiş bu və digər ciddi uğurlar Türkiyə vətəndaşlarının seçkidə Ərdoğanı dəstəkləməsinə təsir edən əsas amillər oldu”. 

Fərid Şahbazlı bildirib ki, Rəcəb Tayyib Ərdoğanın Prezident seçilməsi ilə qazanan yalnız Türkiyə olmadı. Bu qələbə ilə qazanan həm də Azərbaycan, Türk dünyası və İslam coğrafiyası olub:

“Ərdoğanın liderlik etdiyi Türkiyənin 44 günlük Vətən müharibəsində Azərbaycana böyük siyasi və mənəvi dəstəyi bu gün də xalqımız tərəfindən böyük ehtiramla qarşılanır. Azərbaycan Prezidenti İlham Əliyevlə Ərdoğanın yüksək səviyyəli dostluq münasibətləri iki qardaş ölkə arasındakı əlaqələrə böyük töhfələr verir. 

Ümumiyyətlə, Ərdoğan dünya səviyyəli siyasi lider kimi Türk dünyasının birləşməsi ideyasına, dünyada təhdid və haqsızlıqla üzləşən dövlətlərin problemlərinə böyük həssaslıq və prinsipiallıqla yanaşdığı üçün onun qələbəsi dünyanın bütün Türk-İslam coğrafiyasında böyük sevinclə qarşılanıb”. 

Siyasi şərhçi vurğulayıb ki, Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən siyasi liderin Azərbaycan Prezidenti İlham Əliyevin olması və Ərdoğanın bunu xalqa müraciətində böyük fərəhlə açıqlaması ölkələrimiz arasındakı münasibətlərin hansı səviyyədə olmasının parlaq bir nümunəsidir:
“Hələ seçkinin yekun nəticələri açıqlanmadan dövlətimizin başçısı qardaş ölkənin Prezidentini təbrik etməklə yanaşı, Azərbaycana dəvət edib. Ərdoğanın Prezident seçildikdən sonra ilk xarici səfərini Azərbaycana etməsi artıq bir dövlət ənənəsi halına gəlib. Hesab edirəm ki, Ərdoğanın növbəti dəfə Prezident seçilməsi ilə başlayan “Türkiyə əsri”ndə Azərbaycan-Türkiyə münasibətləri də keyfiyyətcə yeni və daha da məsuliyyətli bir mərhələyə qədəm qoyacaq. Bu dostluq və qardaşlıq əlaqələri əbədi olaraq hər iki ölkənin inkişafına böyük töhfə verəcək”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu qadını görənlər dərhal polisə MƏLUMAT VERSİNLƏR

Bu qadını görənlər dərhal polisə MƏLUMAT VERSİNLƏR

Emin Əmrullayev Aytəkin Alxaslı ilə GÖRÜŞDÜ - SƏMİMİ SÖHBƏT – VİDEO

Emin Əmrullayev Aytəkin Alxaslı ilə GÖRÜŞDÜ - SƏMİMİ SÖHBƏT – VİDEO

Şimşək çaxacaq, dolu yağacaq – SABAHIN HAVASI

Şimşək çaxacaq, dolu yağacaq – SABAHIN HAVASI

Qrem SİRLƏRİ AÇDI: “Tramp telefonda İran rəsmisinə elə qışqırdı ki...” – VİDEO

Qrem SİRLƏRİ AÇDI: “Tramp telefonda İran rəsmisinə elə qışqırdı ki...” – VİDEO

Aleksey Overçuk: "Rusiyada Azərbaycan dilinin öyrənilməsinə ehtiyac var"

Aleksey Overçuk: "Rusiyada Azərbaycan dilinin öyrənilməsinə ehtiyac var"

Hövsan sakinlərinə ŞAD XƏBƏR

Hövsan sakinlərinə ŞAD XƏBƏR

Hidayət Heydərov Avropa çempionatında növbəti qələbəsini qazandı – YENİLƏNİB

Hidayət Heydərov Avropa çempionatında növbəti qələbəsini qazandı – YENİLƏNİB

Bakı-Xırdalan-Sumqayıt qatarlarının fəaliyyətinin bərpası ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakı-Xırdalan-Sumqayıt qatarlarının fəaliyyətinin bərpası ilə bağlı RƏSMİ AÇIQLAMA

Pensiyalar bu tarixdə VERİLƏCƏK

Pensiyalar bu tarixdə VERİLƏCƏK

Vəzifədən azad edilən baş memarın mülkləri – SİYAHI

Vəzifədən azad edilən baş memarın mülkləri – SİYAHI

Dəmir yolları ilə sərnişin daşımalarında REKORD

Dəmir yolları ilə sərnişin daşımalarında REKORD

Ali Məhkəmədən XƏBƏRDARLIQ: Alqı-satqı müqaviləsi ilə borc təminatı təhlükəlidir

Ali Məhkəmədən XƏBƏRDARLIQ: Alqı-satqı müqaviləsi ilə borc təminatı təhlükəlidir

Arif Ağayev: "Kürdəmir stansiyası ilə Qarabağa təhlükəsiz səfər etmək mümkün olacaq"

Arif Ağayev: "Kürdəmir stansiyası ilə Qarabağa təhlükəsiz səfər etmək mümkün olacaq"

"Space" telekanalı BAĞLANIR?

"Space" telekanalı BAĞLANIR?

Ən inadkar BÜRCLƏR: səhvlərini heç vaxt etiraf etmirlər

Ən inadkar BÜRCLƏR: səhvlərini heç vaxt etiraf etmirlər

Avtomobilini satmaq istəyənlərin DİQQƏTİNƏ

Avtomobilini satmaq istəyənlərin DİQQƏTİNƏ

Rza Tamer vəfat etdi

Rza Tamer vəfat etdi

Kürdəmir dəmir yolu stansiyası yenidən istifadəyə verildi – Səfər vaxtı 1 saat qısaldı - FOTO

Kürdəmir dəmir yolu stansiyası yenidən istifadəyə verildi – Səfər vaxtı 1 saat qısaldı - FOTO

Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilir – FOTO

Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilir – FOTO

İlham Əliyev Maya Sandu ilə görüşdü – FOTO

İlham Əliyev Maya Sandu ilə görüşdü – FOTO

Millimiz Malta və San Marino ilə QARŞILAŞACAQ

Millimiz Malta və San Marino ilə QARŞILAŞACAQ

XƏBƏRDARLIQ! Kürün bu hissəsində suyun səviyyəsi 2 dəfə ARTACAQ – VİDEO

XƏBƏRDARLIQ! Kürün bu hissəsində suyun səviyyəsi 2 dəfə ARTACAQ – VİDEO

Qadın ərini öz bacısı ilə YAXALADI və onları belə BİABIR etdi – VİDEO

Qadın ərini öz bacısı ilə YAXALADI və onları belə BİABIR etdi – VİDEO

Yenə də onun qarşısında diz çökdü – Video

Yenə də onun qarşısında diz çökdü – Video

End of content

No more pages to load

RADİO