Ailə - məişət zorakılıqları...

“Əgər özünüzü islah edib dava-dalaşdan, kobud rəftardan çəkinsəniz bu sizin öçün daha yaxşı olar.”x9d

“Ən-Nisa surəsi 128, 129-cu ayələr”x9d

Son illərdə “Ailə - məişət zorakılıqları”x9d ilə bağlı baş verənləri cinayət adlandırmaq o qədər də çətin deyil. Amma, törədilən əməllər cinayətlərin anlayışı hüdudundan artıq kənara çıxır. Əgər, ailə - məişət zorakılıqları altında ancaq ictimai münasibətlərə zidd əməlin olduğu qənaətinə gəlsək, praktik olaraq problemin həllinə nail olmaq çətin olardı. Bu, həm də ailə tərbiyəsinə, milli mənsubiyyətə, ictimai şüura və ictimai mədəniyyətə sığmayan, insan əxlaqına, islama və iman əhlinə yaraşmayan hərəkət və hərəkətsizlikdir. Bu baxımdan, cəmiyyətə zidd davranışların formalaşmasının, determinoloji, müxtəlif səbəb və şəraitin öyrənilməsinə kompleks şəkildə yanaşmağa ehtiyac duyulur. Məsələ ilə dərindən maraqlananda zorakılıqların və amansızlıqların adi hala çevrildiyinin şahidi oluruq. Hər şeyin ailədən və məişətdən başlanıldığını görəndə dəhşətə gəlməmək olmur. Eyni hadisələri, eyni səbəbləri, eyni şəraiti, eyni mədəniyyəti və eyni səhnəni, tarixi görürsən: “görüşdük - tanış olduq - mübahisə etdik, təhqir etdi, vurdu, xəsarətlər yetirdi ”“ -döydü və yaxud, ər arvadını öldürdü - onu həyətdəki quyusunda basdırdı. Arvad ərini mətbəx bıçağı ilə doğradı. Qardaş bacını, oğul atasını öldürdü, qız anasını boğdu - qardaş qardaşı öldürdü və s. və i. a.”x9d Ağıla gəlməz üsullarla il ərzində müxtəlif növ ağır və xüsusilə ağır cinayətlər baş verir. Məsələnin kökündə dövlətin himayəsində olan ailənin cəmiyyətin əsas özəyi kimi formalaşmaması, “kiçik dövlət”x9d statusunu qoruyub saxlaya bilməməsi, mədəni səviyyənin, düşüncənin heyvana xas tərzdə inkişafı, (hamıdan üzr istəyirəm, sanki barbarlıq dövrünün sakinləridi) son illərdə isə ictimai qınağın olmaması, kollektiv rolunun görünməməsi, yerli orqanların və bəzi qurumların bu işdə biganəliyi durur. Profilaktik və xəbərdarlıq tədbirlərinin təsiri burada azdır. Bəlkə də, buna heç vaxt itirməyə dəyməz. Ailədə baş verən ağır hadisələrdən sonra xəbərdarlıq tədbirlərinin nə faydası ola bilər? Çünki, baş verənlər barədə dövlət orqanlarına məlumat sızmadığından, bəzən qonşuların da xəbərsiz olması profilaktik və xəbərdarlıq tədbirlərini kənara qoyur.

Mən deyərdim ki, məişət, son illərdə fəlsəfi və psixoloji anlamda səmərəsiz, faydasız həyat fəaliyyəti təəssüratını bağışlayır. Bu sahə, şəxsiyyətin həyat fəaliyyətinin ayrılmaz tərkib hissəsi olsa da, ictimai həyatın əhəmiyyət kəsb edən formasıdır və məhz, burada insan formalaşır, tərbiyə alır, davranışlarını qəlibə salır, həyati vacib təlabatlarını ödəyə bilir. Buradan da, belə nəticəyə gəlmək olar ki, məişət özündə ailə - həyat (yaşayış ”“ güzəran) münasibətlərini əks etdirən mədəni, nəzakətli, alturist davranışlar məcmusudur.

Kriminaloji nöqteyi nəzərdən “məişəti“ xarakterizə edən struktur elementlərin öyrənilməsi üçün iki əsas istiqamətə diqqət yönəlməlidir:

1. Şəxsiyyət - məişət; (ailə, qohumluq, dostluq, yoldaşlıq, qonşuluq münasibətləri)

2. İctimaiyyət - məişət; ( istehsalat və ictimai məişət,məişət xidmətləri,əxlaq və hüquq qaydaları və s).

Məişətdəki ünsiyyətin əsas forması ailədir. Ailədaxili əlaqələrin əsas elementi isə ailə - nikah münasibətlərinin hüquqi tənzimlənməsidir. Ona görə də, ictimai münasibətlərin bu sahədəki məcmusunu müəyyən edərkən yuxarıda qeyd etdiyim insanlar arasında (ailə üzləri, qonşular, dostlar, yoldaşlarla,iş kollektivi və s.) olan əlaqələri müəyyən etmək vacib şərtdir.

Məişət zorakılığı (- evdəki və yaxud ailədəki zorakılıqlar) daha çox latent cinayətlər sırasına daxildir. Bu, elə bir arzuolunmaz qaba hərəkətdir ki, ailə daxilində bir tərəfin (qohumun, ərin) başqa bir şəxs üzərində təkrar və zorakılıqlarla davam edən hərəkətləri anlaşılır. Qabalıq, fiziki, psixolojı, seksual və ekonomik zorakılıqlarla da ifadə oluna bilər.

Adətən, məişət zorakılıqlarının gender cəhəti kişilərin qadınlara qarşı törədilən psixi, fiziki, seksual və iqtisadi təhqirlərlə davam edən zorakılıqlar qəbul edilir.

Müxtəlif ölkələrin qanunvericiliyində məişət zorakılıqlarına görə cəzanın tətbiqi və ictimai səbrin dərəcəsi müxtəlif cürdür. Qərb ölkələrində və keçmiş SSRİ ərazilərindəki bəzi dövələtlərdə məişət zorakılıqları ayrı növ cinayətlər fəsli kimi qüvvədədir. Lakin, RF ”“ da bu növ cinayətlər üzrə qanun hələlik olmadığından, qanun layihəsi bu yaxınlarda Dövlət Dumasında müzakirəyə çıxarılmışdır.

Nəzəri və praktik baxımdan ailədə baş verən zorakılıqları aşağıdakı növlərə bölmək olar: Fiziki zorakılıq: Qurbanın üzərində birbaşa və ya yanakı təsir vasitələri ilə davam edən müxtəlif dərəcəli xəsarətlərin yetirilməsi, qançırların olması, şapalaqlama, evdəki əşyaların tullaması və s. (Bədən xəsarətləri məişət zorakılıqlarınin formalarından biridir.) Fiziki zorakılıqlara ilkin tibbi yardımın çağırılmasına mane olma, həyatı vacib təlabatların ödənilməsinə imkan verməmə, qarşı tərəfi iradəsinə zidd spirtli və narkotik maddələrin qəbuluna məcbur etmə və s. daxildir. Psixoloji təsir vasitəsi kimi ailənin başqa üzvlərinə fiziki ziyanın yetirilməsi fiziki zorakılığın yanakı formasıdır.

* Seksual zorakılıq. (Bu nu şərh etməyə lüzum görmürəm)

* Emosional zorakılıq - (psixoloji zorakılıq) Alçatma, təhqir etmə, davranışa nəzarət, təcrid etmə, qurbanın (təmasda) yaxın münasibətdə olduğu dairə ilə əlaqənin məhdudlaşdlrması, sorğu-sual etmə, şərləmək (şantaj) xəsarətlərin yetirilməsi ilə hədələmə və s. aid etmək olar.

”“ İqtisadi zorakılıq - ailənin maliyə və digər imkanlarına nəzarət, qurbana yaşamaq üçün pulun az miqdarda ayrılması, fırıldağla pul almağa (qazanmağa) məcbur etmə. Bu növə təhsil almağa və işləməyə qadağa qoymaq, ailədə vəziyyətin gərginləşdirilməsinə şərait yaratmaq və s. daxildir.

Ümumiyyətlə zorakılıqların dövrü xarakter daşıması cəmiyyətin özünə xas cəhətlərindən biridir. Qənaətimə gorə ailədəki vəziyyət, mürəkkəb yaşam şəraitin müəyyən dövr(mütəmadi xarakter daşıması) ərzində davam etməsi, konseptual olaraq özündə bir neçə mərhələni ehtiva edir.

* İlkin olaraq ailədə gərginliyin artımla davam etməsi; Ailə üzvləri arasındakı münasibətlər, bir ”“ birilərinə qarşı davranış tərzinin pozulması, narahatlıqlar və narazılıqların artaraq,bəzən nəzarətdən çıxması,mövcud vəziyyəti məcrasına qaytarmaq imkanlarının tükənməsi və yaxud tərəflərin buna ehtiyac duymaması...

* Zorakılıqla müşayət edilən insidentlərin baş verməsi. Danışıq tərzi amansız, emosional və ya fiziki gücün tətbiqi ilə xarakterizə olunur. Mübahisələr, qarşılıqlı ittihamlar, hədələr, qorxutmalar əsəbi həddə çatdırılır.Şərait nəzarətdən çıxır...

* Barışıq: - ər və yaxud arvad (ailənin başqa üzvü) amansızlıqla davam edən hərəkətin səbəblərini bir-birilərinə izah edir, üzr istəyir. Gərginliyin azalması müşahidə edilir.

Zəif cinsin (bəzən ailənin digər üzvünə qarşı) hadisələri həddindən artıq şişirdilməsi ilə qınanılması “ Milçəkdən fil düzəldirsən”x9d ”“ deyir və s.

* Münasibətlərdə sakit dövr ( “Bal ayı”x9d ) Zorakılıqla davam edən insidentlər unudulur. Qurban zorakılıq edəni bağışlayır, hərəkətlərindən peşmançılıq hissi keçirir, (daxilən-keçmiş olsun-deyir.,) özünə təsəlli verir. Bu, qara “bal ayı”x9dda adlandırılır. Tərəflər arasında münasibətlər əvvəlki məcrasına yönəlir, bərpa olur. Belə münasibətlər dövrü ilkin mərhələni təkrarlasa da, uzun çəkmir.

Müddət ötdükcə mərhələ qısalır, amansızlığın yeni qığılcımlar radiusu genişlənir, ziyanın həcimi böyüyür. Belə mərhələdə qurban situasiyanı sərbəst tənzimləyə bilmir, özünü itirir...

Sual yaranır:

* Məişət zorakılıqlarından müdafiə olunmaq üçün nə etmək lazımdır?

Bir sıra ölkələrdə ailələrdəki zorakılıqların (şəraitin) aradan qaldırılması üçün hüquqi və psixoloji yardımlar təklif edən “krizis mərkəzləri”x9d, qaynar, pulsuz telefon xidmətləri fəaliyyət göstərir. Dünya təcrübəsində problemin, ailə zorakılıqlarının qarşısını almağa istiqamətlənən iki əsas yanaşma var: Restorativ (köməkçi vasitələr) yanaşma ”“ ailənin qorunub saxlanılması və münaqişənin tənzimlənməsinə yönəlmiş tədbirlər, məcburi tibbi və psixoloji proqramların həyata keçirilməsi, ictimai qınaq və s...

Digəri cəzalandırma metodudur.

Bu mərhələdə zorakılıqlara,habelə tərəflər arasında olan münasibətlərə xitam verilməsi üçün həyata keçirilən proqramlara start verilir. Cəzalandırma metodu bir çox ölkələrdə əsas tədbir vasitəsidir. Qanunvericilik bazası belə cinayətlərə görə məsuliyyətin dərəcələrini özündə əks etdiir.

Bəzi dövlətlərin qanunvericiliyində isə ailədəki zorakılıqların qarşısını almağa xüsusu normativ hüquqi aktlar qüvvədədir.

Ailədəki zorakılıqlara və bu problemə qarşı ictimayyətin səbr nümayiş etdirməsini, qınağın olmamasını, milli mədəniyyətin xüsusiyyətlərindən irəli gələ və hakimiyyət strukturlarnda bu sahəyə cavabdeh quramların səthi yanaşması ilə də izah oluna bilər və s.

Fransa yeganə dövlətdir ki, onun cinayət qanunvericiliyində ailə üzvlərini, hətta sözlə təhqir etməyə görə məsuliyyət nəzərdə tutulur. Qırğızıstan və Ukrayna dövlətlərində qanunvericilik bazası artıq qəbul edilmişdir. Amma, o qədər də işlək mexanizimə malik deyil. Qazaxıstan Respublikasında isə ailə zorakılıqlarınin profilaktikası ilə bağlı 2009 ”“ cu ildə qanun qəbil edilmişdir. Belorusiyada 16 aprel 2014 ”“ cü ildə qəbul edilən qanunun tələbinə görə, qaba hərəkətləri ilə ailə üzvlərini incidən və zərər yetirən şəxslərin mənzildən müvəqqəti ”“ 3 gündən 30 günə qədər çıxarılmasına imkan verir. Qanunun qəbulundan sonra ailə zorakılıqlarının sayında azalma müşahidə olunmuşdur. Məs: 2013 ”“ cü il ərzində 1005 belə cinayətlər qeydə alınmışdırsa, qanunun qəbulundan sonra, ”“ 2015 - ci ildə bu rəqəm 842 fakta enmişdir.

RF ”“ da dövlət daxili qanunvericilik bazası qeyd etdiyim kimi hələlik yoxdur. Federasiya 1948 ”“ ci il “Ümumdünya insan hüquqları bəyannaməsi”x9d və 1992 ”“ ci il “Qadınlara qarşı bütün diskriminasiyanın - ayrı seçkilik hallarının qarşısının alınması”x9d ilə bağlı beynəlxal konvensiyanı rəhbər tutur. Rusiya qanunvericiliyi ailədə zorakılıq hallarının baş verməsi haqda məlumatın rəsmi daxil olmasına qədər şəxsi və ailə həyatına müdaxiləni yolverilməz hesab edir. Baş vermiş insidentlər üzrə cinayət məcəlləsinin müvafiq maddələrinə uyğun, yəni qəsdən vətəndaşların həyat və sağlamlıqları, onların cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərə görə məsuliyyət yaranır.

Təcrübə göstərir ki ailədəki zorakılıqlar bütün dünyada baş verir, ailənin maddi və sosial vəziyyətindən asılı olmayaraq mövcud müxtəlif mədəniyyətlərin səviyyəsinə xas yaranır. Ekspertlərin qənaətinə görə ailədəki zorakılıqlara aid statistik rəqəmlər fraqmentar və (yarımçıq, natamam) çətin aşkar olunandır. Bəzən də gizli qalır. Rusiya Fedarasiyası DİN ”“ nin statistik məlumatına görə hər il 14 min qadın həyat yoldaşlarının və yaxud yaxınlarının hərəkətlərindən dünyasını dəyişirlər. Məs: 2008 ”“ ci ildə ailədəki zorakılıqların nəticəsi olaraq 11 min qadın və 35 min kişi qətlə yetirilmişlər. Analitiklərin mülahizələrinə görə, zorakılıqla müşayət edilən cinayətlərin təxminən 40 % ailələrdə baş verir.

Azərbaycan Respublikasında 2015 ”“ ci il ərzində məişət zorakılığı ilə əlaqədar 2839 cinayət baş vermişdir. Bu rəqəm, əvvəlki ( 2014 ”“ cü il) illərlə müqayisədə 1238 fakt azdır. Hər halda, azalma müşahidə olunsa da, faktların coxluğu narahatlığa əsas verir. Düşünürəm ki, mədəniyyət və davranışları, düşüncələri və bilik səviyyələri fərqli olan cütlüklərdə, (belə ailələrdə) cinayyətin baş verməsi üçün zəmin yaranır. Bunu öncədən bilib adekvat, qabaqlayıcı tədbirlərin görülməsi çətindir. Bu baxımdan, ailədə baş verən zorakılıqlar barədə məlumatlar ailənin tərkibindən (məcburi olaraq) sızdıqdan və yaxud rəsmi məlumatın daxil olmasından sonra araşdırmalara imkan yaranır. Bəzən isə belə araşdırmalar artıq gec olur, profilaktik və xəbərdarlıq tədbirləri əhəmiyyətini itirmiş olur.

Ümumiyyətlə, ailədəki zorakılıqlara məruz qalanların səhhətində psixi pozğunluqlar, özünü köməksiz vəziyyətdə hiss etmə, qurbanın anatomik səthində və daxilində zədəli stress halları müşahidə olunur. Belə şəxslərdə qidanın qəbulundan imtina etmək halları, alkoqolizimə, narkomanlığa və avaraçılığa meyl artmağa başlayır.

Cəmiyyət üçün insan həyatının itirilməsi, cəmiyyətin istehsalatda çalışan (çalışa bilən) üzvlərinin itkisi, dövlətin öz vətəndaşlarinın - zərərçəkənlərin(qurbanların) reabilitasiya olunması, istintaq tədbirlərinin, məhkəmələrin keçirilməsinə və belə şəxslərin müalicəsinə - reabilitasiyasına büdcədən vəsaitin sərf edilməsi ilə nəticələnir.

Zorakılıqlar nəticəsində qısa müddətli fiziki xəsarətlər, həyacanlı vəziyyət, qorxu (vahimə), depresiyada - ruhi sıxıntı vəziyyətində olmaq, seksual həyatın pozulması, uşaqlarda böyüklərə qarşı nifrət hissi yaşanır, təkrar ailə həyatı qurmaqdan yayınmaq, qadınlara qarşı (kişilərə qarşı) nifrət, psixi xəstəliklərə duçar olma, yaxınlarla münasibətdən vaz keçmək, yüksək riskli kriminal davranışlara meyl, alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən istifadə etmək halları baş verir.

Zənnimcə Azərbaycan Respublikası CM ”“ də şəxsiyyət əleyhinə, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər fəsilində sanksiyaları sərtləşdirməyə ehtiyac var.

Şəmsəddin Əliyev
“ Polisə Dəstək ”x9d İB ”“ nin sədri 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hikmət Hacıyev: “Regionda üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər”

Hikmət Hacıyev: “Regionda üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər”

Mask insanlara pul paylamağı təklif etdi – FOTO

Mask insanlara pul paylamağı təklif etdi – FOTO

Yuduğu maşını qaçırıb qəza törətdi: Digər cinayətinin də üstü açıldı

Yuduğu maşını qaçırıb qəza törətdi: Digər cinayətinin də üstü açıldı

Bu qadını görənlər dərhal polisə MƏLUMAT VERSİNLƏR

Bu qadını görənlər dərhal polisə MƏLUMAT VERSİNLƏR

Emin Əmrullayev Aytəkin Alxaslı ilə GÖRÜŞDÜ - SƏMİMİ SÖHBƏT – VİDEO

Emin Əmrullayev Aytəkin Alxaslı ilə GÖRÜŞDÜ - SƏMİMİ SÖHBƏT – VİDEO

Şimşək çaxacaq, dolu yağacaq – SABAHIN HAVASI

Şimşək çaxacaq, dolu yağacaq – SABAHIN HAVASI

Qrem SİRLƏRİ AÇDI: “Tramp telefonda İran rəsmisinə elə qışqırdı ki...” – VİDEO

Qrem SİRLƏRİ AÇDI: “Tramp telefonda İran rəsmisinə elə qışqırdı ki...” – VİDEO

Aleksey Overçuk: "Rusiyada Azərbaycan dilinin öyrənilməsinə ehtiyac var"

Aleksey Overçuk: "Rusiyada Azərbaycan dilinin öyrənilməsinə ehtiyac var"

Hövsan sakinlərinə ŞAD XƏBƏR

Hövsan sakinlərinə ŞAD XƏBƏR

Hidayət Heydərov Avropa çempionatında növbəti qələbəsini qazandı – YENİLƏNİB

Hidayət Heydərov Avropa çempionatında növbəti qələbəsini qazandı – YENİLƏNİB

Bakı-Xırdalan-Sumqayıt qatarlarının fəaliyyətinin bərpası ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakı-Xırdalan-Sumqayıt qatarlarının fəaliyyətinin bərpası ilə bağlı RƏSMİ AÇIQLAMA

Pensiyalar bu tarixdə VERİLƏCƏK

Pensiyalar bu tarixdə VERİLƏCƏK

Vəzifədən azad edilən baş memarın mülkləri – SİYAHI

Vəzifədən azad edilən baş memarın mülkləri – SİYAHI

Dəmir yolları ilə sərnişin daşımalarında REKORD

Dəmir yolları ilə sərnişin daşımalarında REKORD

Ali Məhkəmədən XƏBƏRDARLIQ: Alqı-satqı müqaviləsi ilə borc təminatı təhlükəlidir

Ali Məhkəmədən XƏBƏRDARLIQ: Alqı-satqı müqaviləsi ilə borc təminatı təhlükəlidir

Arif Ağayev: "Kürdəmir stansiyası ilə Qarabağa təhlükəsiz səfər etmək mümkün olacaq"

Arif Ağayev: "Kürdəmir stansiyası ilə Qarabağa təhlükəsiz səfər etmək mümkün olacaq"

"Space" telekanalı BAĞLANIR?

"Space" telekanalı BAĞLANIR?

Ən inadkar BÜRCLƏR: səhvlərini heç vaxt etiraf etmirlər

Ən inadkar BÜRCLƏR: səhvlərini heç vaxt etiraf etmirlər

Avtomobilini satmaq istəyənlərin DİQQƏTİNƏ

Avtomobilini satmaq istəyənlərin DİQQƏTİNƏ

Rza Tamer vəfat etdi

Rza Tamer vəfat etdi

Kürdəmir dəmir yolu stansiyası yenidən istifadəyə verildi – Səfər vaxtı 1 saat qısaldı - FOTO

Kürdəmir dəmir yolu stansiyası yenidən istifadəyə verildi – Səfər vaxtı 1 saat qısaldı - FOTO

Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilir – FOTO

Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilir – FOTO

İlham Əliyev Maya Sandu ilə görüşdü – FOTO

İlham Əliyev Maya Sandu ilə görüşdü – FOTO

Millimiz Malta və San Marino ilə QARŞILAŞACAQ

Millimiz Malta və San Marino ilə QARŞILAŞACAQ

End of content

No more pages to load

RADİO