Blinkenin etrafı - ABŞ-ın “demokratiya müjdəsi” artıq köhnəlib

ABŞ xarici işlər naziri Antoni Blinken 3 mart tarixində jurnalistlərə verdiyi açıqlamasında ABŞ-ın yeni xarici siyasət strategiyası ilə bağlı maraqlı məqamlara toxunub.

ABŞ xarici siyasətində əsas istiqamətlər barəsində danışan Blinken, demokratiya ixrac etmək və avtoritar rejimləri devirmək məqsədilə hərbi gücdən istifadə olunmayacağını qeyd edib.

Blinkenin açıqlaması Bayden administrasiyasının mənimsədiyi xəttin ABŞ-ın son onilliklərdə həyata keçirdiyi xarici siyasət strategiyasından tamamilə fərqləndiyini göstərir.

Blinken hərbi yolla demokratiyanın bərqərar olunmasını və avtoritar rejimlərə qarşı aparılan müharibələri köhnəlmiş metodika adlandırıb və bunun ABŞ-ın, xüsusilə də demokratiyanın nüfuzuna xələl gətirdiyini vurğulayıb. Blinkenin xüsusilə üzərində durduğu məsələ isə bu cür xoş niyyətlərə baxmayaraq aparılan xərc tələb edən müharibələrin Amerikan xalqına olan güvəni azaltması məsələsidir. 

Hələ Donald Trampın hakimiyyətə gəlməsindən etibarən ABŞ müxtəlif ölkələrdə aparılan müharibələrin olduqca böyük xərclərə səbəb olduğunu başa düşür.

ABŞ-ın fərqli regionlardakı demokratik sistemlər qurulmasındakı iştirakı problemlərin həll edilməsi əvəzinə daha da dərinləşməsinə səbəb olub.

Hər şeydən öncə ABŞ müdaxiləsinin olduğu dövlətlərdə davamlı sülhün olması üçün ABŞ hərbi qüvvələrinin də davamlı olaraq yerləşdirilməsinə ehtiyac olduğu ortaya çıxıb. Bu məsələdə ən yaxşı nümunə kimi Əfqanıstan göstərilə bilər. ABŞ qüvvələrinin Əfqanıstandan çıxarılması prosesi Talibanın güclənməsi və hakimiyyətə gəlməsi ilə nəticələndi.

Halbuki, ABŞ elə Talibanla mübarizə çərçivəsində Əfqanıstana ordu yeritmişdi.

Son onilliklərdə İraqda və Əfqanıstanda aparılan hərbi əməliyyatlar, Suriyada və Liviyada demokratikləşmə prosesinə hərbi müdaxilə edilməsi bu strategiyanın uğursuzluğunu gözlər önünə sərdi. Nəticədə ABŞ-ın hərbi yolla yaratdığı demokratiyalar ölü doğulmuş uşaqlara çevrildilər. Əvəzində isə Ukrayna, Gürcüstan və Ermənistan modelində olduğu kimi, diplomatik kanallarla icra olunan fəaliyyətlərin daha səmərəli və uzun ömürlü olduğunu göstərdi.

İstənilən halda ABŞ-ın qlobal gücü və imkanları istənilən bölgədəki maraqlarını müdafiə etmək üçün yetərlidir. Blinken gələcəkdə “diplomatiya ilə hərbi güc amilindən parallel istifadə” dedikdə məhz bunu nəzərdə tutur. Çünki diplomatik güc olmadan hərbi güc sadəcə cavab reaksiyası doğurur və bu birbaşa ABŞ-ın özünə zərər verir.

Nəticədə hədəflənən sabitlik və demokratikləşmə prosesi, uzunmüddətli münaqişə ilə əvəzlənir.

Digər tərəfdən ABŞ-ın xarici siyasətindəki bu dəyişikliyin səbəblərindən biri də daha güclü rəqiblərlə qarşıdurma yaşaması ilə bağlıdır. ABŞ-ın əsas rəqibləri olan İran, Rusiya və Çin İraq və Əfqanıstan kimi hərbi yolla demokratiyaya dəvət ediləcək ölkələr deyil. Elə Blinkenin də qeyd etdiyi kimi, Çin hazırda dünyada ABŞ dəyərlərinə diplomatik, hərbi və iqtisadi olaraq meydan oxumağı bacaran tək ölkədir.  

Yeni dövrün şərtləri ABŞ-ı birbaşa hərbi gücdən istifadə amilini ikinci plana atmağa vadar edir.

Çünki rəqib dövlətlərlə yaşana biləcək hər hansı toqquşma əvvəlki illərlə müqayisədə daha geniş miqyasda münaqişə ocaqlarının yaranmasına gətirib çıxaracaq. Lakin hərbi gücdən əsas təzyiq avsitəsi kimi istifadə etmək ehtimalı danışıqlar masasında ABŞ-ın əlini daha da gücləndirə bilər. Həm əlavə xərclərin, həm də arzuolunmaq münaqişə ocaqlarının yaranmasının qarşısını alar.

ABŞ-ın xarici siyasətində baş verən dəyişiklik digər bölgələrlə yanaşı Yaxın Şərq və Cənubi Qafqaz bölgəsinə də ciddi təsir edəcəyi gözləniləndir.

Çünki İranın nüvə proqramı ilə bağlı danışıqlar, Rusiyanın Cənubi Qafqaza müdaxiləsi kimi məsələlər birbaşa ABŞ-ın maraqları çərçivəsindədir. Növbəti aylarda ABŞ-ın bölgədə xüsusi diplomatik həmlələrinin və bu həmlələri dəstəkləyəcək hərbi fəaliyyətlərinin şahidi ola bilərik.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir – VİDEO

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir – VİDEO

Azərbaycanda polkovnik VƏFAT ETDİ

Azərbaycanda polkovnik VƏFAT ETDİ

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşdü - FOTO

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşdü - FOTO

ABŞ 3 ölkədəki SEPAH tərəfdaşlarına sanksiya tətbiq etdi

ABŞ 3 ölkədəki SEPAH tərəfdaşlarına sanksiya tətbiq etdi

Husilərin yeni qərarı Pakistan və Səudiyyə Ərəbistanını hərəkətə keçirdi

Husilərin yeni qərarı Pakistan və Səudiyyə Ərəbistanını hərəkətə keçirdi

İsrail Qəzza ilə bağlı 15 bəndlik planı RƏDD ETDİ

İsrail Qəzza ilə bağlı 15 bəndlik planı RƏDD ETDİ

Gürcüstanın elektrik sistemindəki qəzanın ilkin nəticələri: Azərbaycan enerji sistemindən niyə ayrılıb?

Gürcüstanın elektrik sistemindəki qəzanın ilkin nəticələri: Azərbaycan enerji sistemindən niyə ayrılıb?

Fransada dəhşətli cinayət: Cütlüyün evindən 5 körpənin qalıqları tapıldı

Fransada dəhşətli cinayət: Cütlüyün evindən 5 körpənin qalıqları tapıldı

İran bu dəfə Bəhreyndəki hərbi bazaları vurdu - VİDEO

İran bu dəfə Bəhreyndəki hərbi bazaları vurdu - VİDEO

Paşinyandan etiraf: “Ermənistanda yetişdirilən balığı yemirəm”

Paşinyandan etiraf: “Ermənistanda yetişdirilən balığı yemirəm”

Sabah bu ərazilərdə işıqlar sönəcək - ÜNVANLAR

Sabah bu ərazilərdə işıqlar sönəcək - ÜNVANLAR

Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA

Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA

Bakıda qətl: 35 yaşlı gənc bıçaqlanaraq öldürüldü

Bakıda qətl: 35 yaşlı gənc bıçaqlanaraq öldürüldü

İki qadın güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq

İki qadın güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq

Göygöldə avtomobillər toqquşdu: 3 yaralı var - FOTO

Göygöldə avtomobillər toqquşdu: 3 yaralı var - FOTO

Ayı ilə olan görüntüsü turisti fenomen etdi - VİDEO

Ayı ilə olan görüntüsü turisti fenomen etdi - VİDEO

Azyaşlı uşağı olan analara işdə yeni güzəştlər verilə bilər - DETALLAR

Azyaşlı uşağı olan analara işdə yeni güzəştlər verilə bilər - DETALLAR

6-cı övladları motosikletlə xəstəxanaya çatdıqdan sonra dünyaya gəldi - VİDEO

6-cı övladları motosikletlə xəstəxanaya çatdıqdan sonra dünyaya gəldi - VİDEO

Bu BÜRCLƏR fasilə verib istirahət etməlidir

Bu BÜRCLƏR fasilə verib istirahət etməlidir

“Azərpoçt”da böyük kadr dəyişikliyi - Siyahı

“Azərpoçt”da böyük kadr dəyişikliyi - Siyahı

Türkiyə-Azərbaycan Universitetinə İLK REKTOR təyin edildi

Türkiyə-Azərbaycan Universitetinə İLK REKTOR təyin edildi

Xaçmazda 86 il əvvəl tikilmiş qəzalı bina yenilənir - FOTO

Xaçmazda 86 il əvvəl tikilmiş qəzalı bina yenilənir - FOTO

Prezident və xanımını “Yaşa mənim xalqım”la qarşıladılar - VİDEO

Prezident və xanımını “Yaşa mənim xalqım”la qarşıladılar - VİDEO

Ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri - Siyahı

Ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri - Siyahı

End of content

No more pages to load

RADİO