"Bu addım dövlətçilik anlayışına münasibətin bir daha təzahürüdür"

Moderator.az bu gün parlamentin iclasında millət vəkili, ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə 28 may Respublika Günü münasibətilə gündəliyə çıxarılan amnistiya aktı layihəsinin müzakirəsi zamanı millət vəkili Qənirə Paşayevanın etdiyi çıxışı sinxron olaraq təqdim edir:

"Mehriban xanım Cümhuriyyət bayramımız öncəsi belə bir layihə ilə parlamentə müraciət edib. Cənab prezidentimiz İlham Əliyevi,  Mehriban xanım başda olmaqla bütün xalqımızı qarşıdan gələn bu əziz, müqəddəs bayramımız münasibətilə təbrik etmək istəyirəm. 
Mehriban xanım ölkəmizi beynəlxalq səviyyədə, bütün dünyada ən yüksək səviyyədə təmsil və təqdim etməklə bərabər mədəniyyətimizi, həqiqətlərimizi, eyni zamanda cəmiyyətimizdə humanizm, xeyirxahlıq, mərhəmət, anlayış duyğularının da geniş yayılması istiqamətində çox böyük işlər görür. Çünki bir cəmiyyət, bir toplum ancaq humanizm, xeyirxahlıq, mərhəmət anlayışının geniş yayıldığı şəraitdə daha da inkişaf edə bilər. Bu günki layihənin də Mehriban xanım tərəfindən təqdimatı məhz buna xidmət edir. 
Bu amnistiya aktı təkcə 10 min insana şamil olunmur. Onların ailə üzvlərini, yaxınlarını nəzərə alsaq bu layihənin nə qədər böyük kütlələrə xitab etdiyini görə bilərik. 
Mehriban xanım bu aksiya ilə, bu layihəni artıq neçənci dəfə təqdim etməklə bu insanlarla bərabər cəmiyyətimizə də çox önəmli mesaj verirdi. Bu mesajları hər bir insanın çox doğru şəkildə oxuması gərəkdir.
Birinci verilən mesaj Mehriban xanımın özünün də söylədiyi kimi bu “siz xəta etdiniz və bir səhv etdiniz, amma biz sizi bağışlayırıq, siz də bu səhvi, bu xətanı bir daha təkrar etməyəcəyinizi və cəmiyyətə yenidən uyğunlaşaraq çalışmalarınızı, fəaliyyətlinizi, həyatınızı davam etdirəcəyinizə inanırıq”x9d mesajıdır. Görünən odur ki, indiyə qədər Mehriban xanımın təqdim etdiyi 3 amnistiya layihəsi çərçivəsində azadlığa çıxanlarla bağlı statistika göstərir ki, doğrudan da o insanların əksəriyyəti bu mesajı çox yüksək səviyyədə qəbul edir və təkrar onlar həbsxanalara düşmürlər. 
İkinci bir önəmli mesaj verilir ki, ilk dəfə xəta törədən, ağır və xüsusilə ağır cinayətlər törətməmiş insanlar bu cür amnistiya aktlarının tətbiqi daha da uzun müddət həbsxanalarda qalmaqdan daha yaxşı yardım edə bilir, o insanların əksəriyyəti xilas oluna bilir. 
Eyni zamanda bu cəmiyyət və ailələr üçün verilən mesajdır və mən Mehriban xanıma xüsusilə qadınlarla bağlı təşəkkür etmək istəyirəm. Ailələrə bəzən bu cür həbsxanalardan azad olunan qadınlara yanaşmada da fərqli münasibəti görürük. Biz insanları çağırırıq ki, əgər onların xətaları bağışlanırsa, insanlarımız da onları bağışlamağı bacarmalıdır və şans verməlidirlər və yenidən o insanlara öz ailəsində, cəmiyyətdə şanslar geniş şəkildə tanınmalıdır. 
Yeniyetmələr üçün təşəkkür edirəm. Çünki ilk dəfə xəta törədən yeniyetmələrimizin həbsxanalarda uzun müddət qalması effekt verməz, amma bu cür yanaşma ilə onlara şans verilməsi onları yenidən cəmiyyətimizin yüksək səviyyəli vətəndaşları olmağa səsləyir və bu yolla o gənclər ailələrinə, cəmiyyətə yararlı olaraq fəaliyyətlərini davam etdirə bilərlər.
Eyni zamanda Qarabağ müharibəsinin iştirakçılarına, şəhid ailələrinə, onların yaxınlarına bu amnistiya layihəsinin tətbiqi ilə bağlı Mehriban xanıma təşəkkür edirirk. Bunun özü də verilən böyük bir mesajdır ki, Mehriban xanım aprel ayında şəhid ailələrimizlə görüşəndə verdiyi mesajın davamı da bu layihədə öz əksini tapır. 
Ən vacibi də cümhuriyyət bayramı öncəsi verdiyi bu mesaj da əslində cəmiyyət üçün olduqca önəmlidir, dövlətşilik anlayışına münasibətin bir daha təzahürüdür. 
Biz Mehriban xanıma bir daha təşəkkür edərək bu bizim seçicilərimizin, elə biz millət vəkillərinin hamısının bayramıdır, cəmiyyətimizdə də barış üçün, xeyirxahlıq və anlayış dəyərlərinin artması üçün də gözəl bir addımdır. Bütün cəmiyyətimiz bu addımı dəstəkləyir və inanırıq ki, bu aksiya yenə öz müsbət töhfələrini verəcək. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yağışa düşmüş adama bu içkini QƏTİYYƏN VERMƏYİN!

Yağışa düşmüş adama bu içkini QƏTİYYƏN VERMƏYİN!

İspaniya klubundan “Qarabağ”ın futbolçusu üçün 12 milyonluq TƏKLİF

İspaniya klubundan “Qarabağ”ın futbolçusu üçün 12 milyonluq TƏKLİF

Süfrələrdən əskik olmayan bu çərəz qəbiristanlıq bitkisiymiş...

Süfrələrdən əskik olmayan bu çərəz qəbiristanlıq bitkisiymiş...

Bu bürclər emosiyalarını gizlətməkdə ustadırlar – SİRLİ BEŞLİK

Bu bürclər emosiyalarını gizlətməkdə ustadırlar – SİRLİ BEŞLİK

Yağış səbəbindən bağlanan Quba-Xınalıq yolunda SON VƏZİYYƏT – FOTO/VİDEO

Yağış səbəbindən bağlanan Quba-Xınalıq yolunda SON VƏZİYYƏT – FOTO/VİDEO

İşıqforlar işləməsə, bu nömrəyə zəng edin – FOTO

İşıqforlar işləməsə, bu nömrəyə zəng edin – FOTO

Argentina çətinliklə qalib gəldi - VİDEO

Argentina çətinliklə qalib gəldi - VİDEO

Trampın xüsusi elçisi İlham Əliyevin uğurlu liderlik nümunəsindən danışdı – VİDEO

Trampın xüsusi elçisi İlham Əliyevin uğurlu liderlik nümunəsindən danışdı – VİDEO

Böyük imperiyaların QƏNİMƏTİ – Makedoniyalı İsgəndərdən, Fateh Sultan Mehmetə qədər əl-əl gəzən YARIMADA – FOTO

Böyük imperiyaların QƏNİMƏTİ – Makedoniyalı İsgəndərdən, Fateh Sultan Mehmetə qədər əl-əl gəzən YARIMADA – FOTO

Yağış sularına təslim olan ŞƏHƏRLƏR – Son illərdə iqlim dəyişikliyinin dünyada TÖRƏTDİYİ FƏSADLAR – VİDEO

Yağış sularına təslim olan ŞƏHƏRLƏR – Son illərdə iqlim dəyişikliyinin dünyada TÖRƏTDİYİ FƏSADLAR – VİDEO

Röya keçmiş ailəsindən danışdı: “Canımı qurtarmışam” – VİDEO

Röya keçmiş ailəsindən danışdı: “Canımı qurtarmışam” – VİDEO

Yağıntı tədricən kəsiləcək – BU TARİXDƏN

Yağıntı tədricən kəsiləcək – BU TARİXDƏN

Şokolad sızanaq yaradır?

Şokolad sızanaq yaradır?

Bakıda yağıntının miqdarında tarixi REKORD

Bakıda yağıntının miqdarında tarixi REKORD

Bakıda bina qəzalı vəziyyətə düşdü - VİDEO

Bakıda bina qəzalı vəziyyətə düşdü - VİDEO

DTX və “AnewZ”-dan BİRGƏ LAYİHƏ – “Yolun yarısında” sənədli filmi – VİDEO

DTX və “AnewZ”-dan BİRGƏ LAYİHƏ – “Yolun yarısında” sənədli filmi – VİDEO

Gömrükdə ƏMƏLİYYAT – Kahı yükünün içərisində narkotik keçirmək istədilər – FOTO/VİDEO

Gömrükdə ƏMƏLİYYAT – Kahı yükünün içərisində narkotik keçirmək istədilər – FOTO/VİDEO

İran ABŞ bazasına ZƏRBƏ ENDİRDİ – Onlarla hərbçi yaralandı – FOTO

İran ABŞ bazasına ZƏRBƏ ENDİRDİ – Onlarla hərbçi yaralandı – FOTO

Dağıstanda son yüz ilin ən güclü YAĞINTISI – Şəhərlər su altında qaldı – VİDEO

Dağıstanda son yüz ilin ən güclü YAĞINTISI – Şəhərlər su altında qaldı – VİDEO

Baldızını dostu ilə birgə öldürərək meyitini maşınla aparıb – TƏFƏRRÜAT

Baldızını dostu ilə birgə öldürərək meyitini maşınla aparıb – TƏFƏRRÜAT

Şəkidə cücə sexi YANDI – VİDEO

Şəkidə cücə sexi YANDI – VİDEO

Əlverişsiz havada vətəndaşların təhlükəsizliyi belə təmin edilir – FOTO/VİDEO

Əlverişsiz havada vətəndaşların təhlükəsizliyi belə təmin edilir – FOTO/VİDEO

Yaşı 40-dan çox olanların NƏZƏRİNƏ

Yaşı 40-dan çox olanların NƏZƏRİNƏ

"Kimin xətrinə dəymişəmsə, yaxşı etmişəm"

"Kimin xətrinə dəymişəmsə, yaxşı etmişəm"

End of content

No more pages to load

RADİO