“Türkiyədə bundan sonra "güclü prezident və zəif baş nazir" formulu işləyəcək”x9d

Tükiyədə baş nazir Əhməd Davudoğlunun istefası AKP-də ciddi siyasi böhrana səbəb olmaqdadır. Düzdür AKP bu siyasi böhranı gizlətməyə və ictimai müzakirələrə yol açmasına imkan verməsə də, bu bir gerçəklikdir. Əksinə hazır ki, durumda bir çoxları öz mövqeyini qoruyub saxlamaq və ya daha da möhkəmlətmək istiqamətində fəaliyyət göstərir.

Bu prosesdə Davudoğluya yaxınlığı ilə seçilən insanlar və kadrlar da yer alıb. Belə ki, Davudoğlu istefa qərarı versə də, hakimiyyətdəki kadrlarını itirmək niyyətində deyil. O gələcəkdə xa0müəyyən mərhələlərdə bu kadrlardan yararlanmaq niyyətindədir. Ona görə də Davudoğlu kadrlarına lazım gələrsə mənə qarşı çıxın, ancaq mövqeyinizi itirməyin. İndiki mərhələdə o tərəfdalarını AKP ətrafına sıx birləşməyə və hər hansı fərqli mövqe nümayiş etdirməkdən çəkindirir. Davudoğlu yaxşı anlayır ki, indiki şəraitdə belə bir hərəkətə yol veriləcəyi təqdirdə, qiyamçı baş nazir təkcə özü deyil, eyni zamanda ətrafı təmizlənəcək. Nəinki təmizlənəcək, hətta onların bir çoxu məhbəslərə gedəcəyi də istisna deyil. Onları hansısa hadisədə ittiham edib həbs etmək bir Ərdoğan üçün çətin olmayacaq.

Bütün bunlara baxmayaraq baş nazir dəyişikliyi, istər hökumətdə, istərsə də, partiya rəhbərliyində dəyişikliyə səbəb olacaq. Bunsuz mümkün deyil.
Çünki prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə güclü prezident üsul-idarəsi, zəif baş nazir formatına keçidə hazırlaşır. Bundan əlavə Ərdoğan Davudoğlu ilə yanaşı bir neçə nazir və digər kadrlarla vidalaşmaq qərarına gəlib. Ola bilsin ki, Ərdoğan bunu həmən etməyəcək. Çünki Ərdoğan belə bir qərar verəcəyi təqdirdə bu qərar AKP-nin reytinqinə mənfi təsir göstərəcək. Ancaq müəyyən zaman keçdikdən sonra belə bir addım atacağı qətidir. Ərdoğan bu addımı elə yeni baş nazir təyin etdikdən dərhal sonra edə bilər və artıq bu yöndə mesajlarını verib, cəmiyyəti buna hazırlamaqdadır. Çünki media öz niyyətlərini həyata keçirmək üçün, xüsusəndə ona müxalif olan media Ərdoğan üçün mühüm plastarmdər və o bundan məharətlə istifadə edir. Türkiyədə baş nazir dəyişikliyin hökumətdə müəyyən korrektələrin olacağını da istisna etmirlər. xa0

Türkiyəli ekspertlər də bu qərardadır ki, dəyişiklik mütləq olacaq. Ancaq kimlər gedəcək hələ bəlli deyil. Bu ancaq yeni baş nazir bəlli olduqdan sonra bilinəcək. Sadəcə Ərdoğan indi AKP-nin monolit olması barədə görüntü yaratmaqdadır. Kadr dəyişikliyini isə yeni baş nazir təyin olunduqdan sonra tədricən həyata keçirəcək ki, AKP-nin reytinqinə ciddi təsir göstərməsin. Ərdoğan həmən kadrları müxtəlif bəhanələrlə uzaqlaşdıracaq. Çünki Ərdoğan onları özünə maneə hesab edir.

“Atlas”x9d Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Moderator.az -a açıqlmasında deyib ki, yeni baş nazir kabineti çox da dəyişdirməyəcək. “Çünki, problem hökumətlə bağlı deyildi, baş nazir Davudoğlu ilə əlaqəli idi. Çünki, hökumətdə ciddi dəyişikliklər belə bir görüntü yarada bilər ki, Əhməd Davudoğlunu kabineti uğursuz olub, bu isə hakim AKP-nin reytinqinə mənfi təsir edə bilər”x9d, politoloq vurğulayıb.

O əlavə edib ki, digər tərəfdən kabinetdə kimlərin yerini qoruyub- qorumayacağın artıq yeni baş nazir deyil, Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan müəyyənləşdirəcək. “Türkiyədə bundan sonra "güclü prezident və zəif baş nazir" formulu işləyəcək. Yəni baş nazir prezidentin kölgəsində qalacaq. Amma bununla belə müəyyən korrektələr istisna deyil, ancaq böyük ehtimalla kabinetin ümumi tərkibinə toxunulmayacaq”x9d,- E.Şahinoğlu qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pezeşkiandan Azərbaycanla bağlı AÇIQLAMA

Pezeşkiandan Azərbaycanla bağlı AÇIQLAMA

Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?

Gəncədə avtomobil kişini vurdu

Gəncədə avtomobil kişini vurdu

Şirkətini satdı - 240 milyon dolları əməkdaşlarına payladı

Şirkətini satdı - 240 milyon dolları əməkdaşlarına payladı

Kişi tualetdə görün nə aşkar etdi?

Kişi tualetdə görün nə aşkar etdi?

Şəbnəm Tovuzlunun illər öncə çəkilən VİDEOSU

Şəbnəm Tovuzlunun illər öncə çəkilən VİDEOSU

Ən cazibədar qadınlar bu ayda DOĞULUR

Ən cazibədar qadınlar bu ayda DOĞULUR

Putin Nazarbayevi Kremlə dəvət etdi - VİDEO

Putin Nazarbayevi Kremlə dəvət etdi - VİDEO

İrəvanda yanğın: Şəhərin bir neçə rayonunda işıq kəsildi - VİDEO

İrəvanda yanğın: Şəhərin bir neçə rayonunda işıq kəsildi - VİDEO

Xalq artistinin sahildəki 4,2 min kv-lıq mülkü ƏLİNDƏN ALINIR

Xalq artistinin sahildəki 4,2 min kv-lıq mülkü ƏLİNDƏN ALINIR

İran əhalisinin 46 milyonunu itirəcək

İran əhalisinin 46 milyonunu itirəcək

Dünya Karate Federasiyasından Rafael Ağayevlə bağlı paylaşım - FOTO

Dünya Karate Federasiyasından Rafael Ağayevlə bağlı paylaşım - FOTO

Bakdan Moskvaya uçan təyyarədə HƏYƏCANLI ANLAR yaşandı

Bakdan Moskvaya uçan təyyarədə HƏYƏCANLI ANLAR yaşandı

Trampın 28 yaşlı mətbuat katibi HAMİLƏDİR - 60 yaşlı sahibkarla... - FOTO

Trampın 28 yaşlı mətbuat katibi HAMİLƏDİR - 60 yaşlı sahibkarla... - FOTO

Sabirabadda avtomobil su kanalına düşdü - ÖLƏN VAR

Sabirabadda avtomobil su kanalına düşdü - ÖLƏN VAR

FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

"Arsenal" yenidən lider oldu

"Arsenal" yenidən lider oldu

"Valideynlərimdən üzr istəyirəm" - Saçlarını boyadı

"Valideynlərimdən üzr istəyirəm" - Saçlarını boyadı

Bu il 1218 nəfər sosial adaptasiya məqsədilə məşğulluq tədbirlərinə CƏLD EDİLDİ

Bu il 1218 nəfər sosial adaptasiya məqsədilə məşğulluq tədbirlərinə CƏLD EDİLDİ

"Mançester Siti" liderliyə yüksəldi

"Mançester Siti" liderliyə yüksəldi

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? - Həkim AÇIQLADI

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? - Həkim AÇIQLADI

“ABŞ Kamboca və Taylandın atəşkəsə nail olmasını alqışlayır” - Rubio

“ABŞ Kamboca və Taylandın atəşkəsə nail olmasını alqışlayır” - Rubio

Pezeşkian: “İran Qərb və İsraillə tammiqyaslı müharibə vəziyyətindədir”

Pezeşkian: “İran Qərb və İsraillə tammiqyaslı müharibə vəziyyətindədir”

Leyla Əliyeva və Alena Əliyeva Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşasını izlədilər - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşasını izlədilər - FOTO

End of content

No more pages to load

RADİO