Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə paylaşım edib.
Bizim.Media xəbər verir ki, Mixalko paylaşımı rəsmi “Twitter” hesabında edib:
“Azərbaycanın eks-prezidenti Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə onun 1996-cı il aprelin 22-də Avropa İttifaqı ilə Azərbaycan arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanması zamanı səsləndirdiyi sözləri sitat gətirmək istərdim:
“Aİ və Aİ-yə üzv dövlətlərin demokratiyanın inkişafı və xalqlarının rifahının yüksəldilməsi sahəsində əldə etdiyi nailiyyətlər digər ölkələr üçün parlaq nümunədir”, - deyə o qeyd edib.

Bizim.Media