Azərbaycanla İsrail arasında parlamentlərarası əlaqələrin gücləndirilməsi müzakirə edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov özünün “Twitter” hesabında məlumat verib.
Məlumata görə, Muxtar Məmmədov Knessetin deputatı və İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Vladimir Beliakla görüşüb.
“Görüşdə ikitərəfli əlaqələr müzakirə olundu və əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb”, - deyə səfir qeyd edib.

Bizim.Media