Müasir Azərbaycanın MEMARI – Heydər Əliyevi xalqımızın ümummilli liderinə çevirən SİYASİ DÜHASI

1985-ci ilin soyuq qış günü idi. Hərbi hissə komandiri məni yanına çağırdı. Məni görən kimi uca səslə “təbrik edirəm, Heydər Əliyeviç SSRİ-nin rəhbəri olur”- dedi. Bir anlığa sevincdən donub qaldım. Çaşqınlığımı görən komandir “xəbərin yoxdur? Podqornu dünyasını dəyişdi. Əliyevdən başqa da namizəd ola bilməz. Bu dövləti ancaq o idarə edə bilər”, - dedi.
 

MÖVZU İLƏ BAĞLI:

Heydər Əliyevin fotoqrafı: “100 illiyində özünün görmədiyi şəkillərdən sərgi təşkil edəcəyəm” - VİDEO


Heydər Əliyevi bütün Sovet xalqları xilaskar kimi görürdü

Həmin gün bizim üçün bayram idi. Hərbi hissədə hər kəs bizi təbrik edirdi. Təbrik edənlərin içərisində hətta ermənilər də vardı. Bu da təsadüfi deyildi. O zaman SSRİ-nin bütün bölgələrində və hətta bizim hərbi xidmət keçdiyimiz Uzaq Şərqdə də hesab edirdilər ki, düşdüyü iqtisadi-siyasi böhrandan Sovet xalqlarını ancaq Heydər Əliyev xilas edə bilər.

Çünki, SSRİ hökümətində ikinci sima olan Heydər Əliyev bunu öz fitri istedadı və qeyri-adi iddarəetmə bacarığı ilə sübut etmişdi. Lakin, Sovet xalqının istəyi baş tutmadı və Qərbin layihəsi olan Mixail Qorbaçov SSRİ rəhbərliyinə gətirildi.  Qorbaçov hakimiyyətə gələndən sonra ilk işi xalqın sevgisini qazanan və böyük nüfuzu olan rəhbərləri neytrallaşdırmaq oldu.
Gedən prosesləri diqqətlə izləyən Heydər Əliyev Qorbaçovun avantürist və dağıdıcı yenidənqurma siyasətinə qoşulmadı və 1987-ci ildə SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsindən istefa verdi. 

Heydər Əliyevin istefası qorxunc ssenarinin başlanğıcı oldu

Bu istefa təkcə Qorbaçovun deyil, həm də onun ətrafındakı ermənilərin əl-qolunu açdı. Təsadüfi deyil ki, Heydər Əliyevin istefasından cəmi 4 ay sonra Qarabağda separatçılar baş qaldırdı. Bədnam Sumqayıt hadisələri törədildi. Beləcə, Azərbaycan xalqı üçün çox ağrılı bir dönəm başladı.

Erməni təxribatlarına isə Moskvada başqa rəng verilirdi. Qərbin göstərişləri ilə bu cür təxribatlar Qorbaçov hakimiyyəti tərəfindən “xalqların daha bir yerdə yaşamaq istəmədiyi və azadlıq istədiyi kimi təqdim edilirdi”. Beləcə, SSRİ-nin dağılma prosesi, Azərbaycanınsa müharibəyə sürüklənmə dövrü başladı. 

“Əliyevşina”nın hədəfləri nə idi?

Hər kəsə aydındır ki, Heydər Əliyev siyasi hakimiyyətdə qalsaydı nə Qarabağ münaqişəsi baş verərdi, nə də ki, Ermənistandan 250 min soydaşımız depotasiya edilərdi. Heydər Əliyev siyasi hakimiyyətdən uzaqlaşdırılsa da Qorbaçov və onun yaxın çevrəsi xalqımızın böyük oğlunun nüfuzundan çəkinib, ehtiyat edirdi.

Ona görə də 1988-ci ilin əvvəllərində SSRİ-də “Əliyevşina” adlı bədnam kampaniya başladı. Moskvanın birbaşa göstərişi ilə İttifaqın bütün bölgələrində anti-Əliyev kampaniyasına start verildi. Guya ki, SSRİ-ni iqtisadi böhrana salan Heydər Əliyev olub. Nə yazıq ki, bu biabırçı kampaniyanın önündə Azərbaycanın o zamankı marianetka rəhbərliyi və satılmış “ziyalı zümrəsi” gedirdi.

Mövzu Vətəndirsə...

Lakin, Dahi Öndər şəxsinə qarşı aparılan bu çirkin kampaniyaya fikir vermədi, təmkin göstərdi. Amma mövzu Vətən, milli məsələ olanda ümummilli lider Heydər Əliyev heç zaman susmadı, gözləmə mövqeyində dayanmadı, heç bir fiziki terrordan çəkinmədi. Ölümün gözünə dik baxaraq xalqının səsinə səs verdi, onun müdafiəsinə qalxdı. Bu 1990-cı ilin yanvarında da belə oldu, 1993-cü ilin iyununda da. 

Dahi lider sözün həqiqi mənasında qalan ömrünü xalqına bağışladı. 1993-cü ilin iyununda yenidən respublika rəhbərliyinə qayıdaraq dövlətimizi məhv olmaqdan, xalqımızı vətəndaş müharibəsindən qurtardı. Torpaqlarımızın sürətlə işğalının qarşısını aldı. 

Borçalı necə xilas edildi?

1993-cü ildə Heydər Əliyev ölkənin siyasi hakimiyyətinə qayıtdıqdan sonra təkcə Azərbaycanı xilas etmədi, həm də  Dünya Azərbaycanlılarına arxa durdu. Bildiyimiz ki, 1992-1993-cü illərdə Gürcüstanda siyasi hakimiyyətə gələn radikal millətçi Qamsaxurdiya soydaşlarımızın kütləvi deportasiya edilməsinə start verdi.

500 min soydaşımızın Borçalıdan, dədə-baba ocaqlarından köçürülməsi kimi qorxulu bir layihənin icrasına başlanıldı. Bu qorxunc planı məhz Heydər Əliyev müdrikliyi, Heydər Əliyev siyasəti durdurdu. 

Hələ Rusiyada yaşayan yüzminlərlə soydaşımızı demirik. İçki düşgünü və ultra-millətçi Yeltsin Azərbaycanla bütün iqtisadi əlaqələri kəsmişdi. Rusiyada yaşayan yüz minlərlə soydaşımızın qovulma təhlükəsi yaranmışdı. Məhz dahi Öndərin gərgin və uzaqgörən siyasəti sayəsində bu təhlükə də aradan qalxdı, Rusiya ilə münasibətlər tədricən normallaşdırıldı. 

Heydər Əliyev ümummilli lider kimi

1993-cü ildə Azərbaycanın dünyanın siyasi xəritəsindən silinməsi an məsələsi idi. 5 qonşu dövlətdən 4-ü Azərbaycana qarşı düşmən mövqedən çıxış edirdi. Üstəlik, bu dövlətlərə supergüclər tərəfindən açıq dəstək verilirdi. Türkiyə isə baş verən proseslər fonunda çox zəif görünürdü.
Belə bir ağır və məsuliyyətli dövrdə siyasi hakimiyyətin olimpinə qayıdan Heydər Əliyev dövlətimiz məhv olmaqdan, Dünya Azərbaycanlılarını didərgin düşməkdən xilas etdi. Beləcə, Heydər Əliyev dünyada yaşayan 50 milyondan artıq Azərbaycanlının Ümummilli liderinə çevrildi.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gömrük generalının adından dələduzluq - DETALLAR

Gömrük generalının adından dələduzluq - DETALLAR

Pakistan ABŞ-İran danışıqları üçün yeni TƏKLİF VERDİ

Pakistan ABŞ-İran danışıqları üçün yeni TƏKLİF VERDİ

Azərbaycan XİN Nepal və Çinə başsağlığı verdi - FOTO

Azərbaycan XİN Nepal və Çinə başsağlığı verdi - FOTO

Bu gecədən Xətai rayonunda yol BAĞLANIR

Bu gecədən Xətai rayonunda yol BAĞLANIR

DİQQƏT: Hərbi möhlətlər bu halda ləğv ediləcək

DİQQƏT: Hərbi möhlətlər bu halda ləğv ediləcək

“Sabah” futbol klubu Prezident İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

“Sabah” futbol klubu Prezident İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Sahibə Qafarova Serbiyaya səfər edəcək

Sahibə Qafarova Serbiyaya səfər edəcək

Gəncədə qazi 36 yaşında vəfat etdi

Gəncədə qazi 36 yaşında vəfat etdi

Tələbə ola bilməyən gənclər üçün alternativ yollar və məsləhətlər - VİDEO

Tələbə ola bilməyən gənclər üçün alternativ yollar və məsləhətlər - VİDEO

"Evdə Tək 2" filminin ulduzu Tim Karri vəfat etdi

"Evdə Tək 2" filminin ulduzu Tim Karri vəfat etdi

“Meta” 18 milyard dollar cərimə ödəyəcək

“Meta” 18 milyard dollar cərimə ödəyəcək

Bakıda dəhşətli qətl törədildi

Bakıda dəhşətli qətl törədildi

Avropa çempionatı: Qadın voleybolçularımız Belçikaya uduzdu

Avropa çempionatı: Qadın voleybolçularımız Belçikaya uduzdu

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq

Oğlu Kamran Ağabalayevi sevindirdi – FOTO

Oğlu Kamran Ağabalayevi sevindirdi – FOTO

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirildi - FOTO

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirildi - FOTO

ABŞ şirkətləri Bakıda keçiriləcək silah sərgisində iştirak edəcək - FOTO

ABŞ şirkətləri Bakıda keçiriləcək silah sərgisində iştirak edəcək - FOTO

Bakıda iki marşrutun hərəkəti dəyişdirildi

Bakıda iki marşrutun hərəkəti dəyişdirildi

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında VİDEOÇARX paylaşıldı

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında VİDEOÇARX paylaşıldı

ABŞ Rusiya almazlarının idxalına yenidən icazə verdi

ABŞ Rusiya almazlarının idxalına yenidən icazə verdi

Tiktokda söyüş söyən tələbə qız SAXLANILDI

Tiktokda söyüş söyən tələbə qız SAXLANILDI

Cəlilabadda ZƏLZƏLƏ OLDU

Cəlilabadda ZƏLZƏLƏ OLDU

Sürücülərin NƏZƏRİNƏ: Avqustun 27-si və 28-də bu yollar bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Avqustun 27-si və 28-də bu yollar bağlanacaq

Könül Həmzəyeva təqsirləndirilən şəxs oldu

Könül Həmzəyeva təqsirləndirilən şəxs oldu

End of content

No more pages to load

RADİO