TÜRKSOY-un Baş katibi: "Şuşa Azərbaycanın ürəyidir"

“Şuşa türk dünyasının mədəniyyət paytaxtı olduğuna görə, zəfərin, rifahın və şənliyin çox yaraşdığı bu şəhərdə bir-birindən zəngin, yaddaqalan və rezonans doğuracaq proqramlarımız olacaq”.

Bizim.Media xəbər verir ki, bu fikirləri report.az-a Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev bildirib.

O, qeyd eib ki, Şuşa şəhəri 2023-cü ildə TÜRKSOY Daimi Şurasının qərarı ilə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildikdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi Sərəncamına əsasən Nazirlər Kabinetinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə fəaliyyət planı hazırlanıb.

Fəaliyyət planına uyğun olaraq “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək, “Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı 2023” tədbirinin rəsmi açılış mərasimi olacaq.

Sultan Raev TÜRKSOY-un “Qorqud Ata” Türk dünyası III film festivalının da açılışının Şuşada olacağını bildirib:

“Filmlərin nümayişi oktyabr ayında Bakıda keçiriləcək”.

Baş katib Şuşa türk dünyasının mədəniyyət paytaxtı rəsmi bağlanışı ilə bağlı yekun tədbirin isə noyabr ayına planlandığını deyib:

“Bağlanışda estafet 2024-cü ilin türk dünyasının mədəniyyət paytaxtı Türkmənistanın Anev şəhərinə veriləcək”.

Baş katib Raev onu da qeyd edib ki, Şuşadakı keçirilən bu proqramların türk dünyası mədəniyyət paytaxtlarında indiyədək keçirilmiş tədbirlərdən daha yaddaqalan olacağına və çox rezonans doğuracağına inanır:

“Çünki bu əzəmətli şəhər təkcə Azərbaycanın deyil, bütün türk dünyasının mənəviyyat mərkəzi, qürur yeridir. Mənim fikrimcə, Şuşa Azərbaycanın ürəyidir. Bu il həm də TÜRKSOY-un 30 illiyidir. TÜRKSOY-un yaşı qədər işğal altında qalan, haqszılıqla dağıdılan, hazırda azadlığına qovuşan bu tarixi şəhəri biz fürsətdən istifadə edib həm türk dünyasına, həm də bütün dünyaya mədəniyyətin, incəsənətin, musiqinin beşiyi kimi tanıtmaq niyyətindəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gömrük generalının adından dələduzluq - DETALLAR

Gömrük generalının adından dələduzluq - DETALLAR

Pakistan ABŞ-İran danışıqları üçün yeni TƏKLİF VERDİ

Pakistan ABŞ-İran danışıqları üçün yeni TƏKLİF VERDİ

Azərbaycan XİN Nepal və Çinə başsağlığı verdi - FOTO

Azərbaycan XİN Nepal və Çinə başsağlığı verdi - FOTO

Bu gecədən Xətai rayonunda yol BAĞLANIR

Bu gecədən Xətai rayonunda yol BAĞLANIR

DİQQƏT: Hərbi möhlətlər bu halda ləğv ediləcək

DİQQƏT: Hərbi möhlətlər bu halda ləğv ediləcək

“Sabah” futbol klubu Prezident İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

“Sabah” futbol klubu Prezident İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Sahibə Qafarova Serbiyaya səfər edəcək

Sahibə Qafarova Serbiyaya səfər edəcək

Gəncədə qazi 36 yaşında vəfat etdi

Gəncədə qazi 36 yaşında vəfat etdi

Tələbə ola bilməyən gənclər üçün alternativ yollar və məsləhətlər - VİDEO

Tələbə ola bilməyən gənclər üçün alternativ yollar və məsləhətlər - VİDEO

"Evdə Tək 2" filminin ulduzu Tim Karri vəfat etdi

"Evdə Tək 2" filminin ulduzu Tim Karri vəfat etdi

“Meta” 18 milyard dollar cərimə ödəyəcək

“Meta” 18 milyard dollar cərimə ödəyəcək

Bakıda dəhşətli qətl törədildi

Bakıda dəhşətli qətl törədildi

Avropa çempionatı: Qadın voleybolçularımız Belçikaya uduzdu

Avropa çempionatı: Qadın voleybolçularımız Belçikaya uduzdu

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq

Oğlu Kamran Ağabalayevi sevindirdi – FOTO

Oğlu Kamran Ağabalayevi sevindirdi – FOTO

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirildi - FOTO

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirildi - FOTO

ABŞ şirkətləri Bakıda keçiriləcək silah sərgisində iştirak edəcək - FOTO

ABŞ şirkətləri Bakıda keçiriləcək silah sərgisində iştirak edəcək - FOTO

Bakıda iki marşrutun hərəkəti dəyişdirildi

Bakıda iki marşrutun hərəkəti dəyişdirildi

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında VİDEOÇARX paylaşıldı

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında VİDEOÇARX paylaşıldı

ABŞ Rusiya almazlarının idxalına yenidən icazə verdi

ABŞ Rusiya almazlarının idxalına yenidən icazə verdi

Tiktokda söyüş söyən tələbə qız SAXLANILDI

Tiktokda söyüş söyən tələbə qız SAXLANILDI

Cəlilabadda ZƏLZƏLƏ OLDU

Cəlilabadda ZƏLZƏLƏ OLDU

Sürücülərin NƏZƏRİNƏ: Avqustun 27-si və 28-də bu yollar bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Avqustun 27-si və 28-də bu yollar bağlanacaq

Könül Həmzəyeva təqsirləndirilən şəxs oldu

Könül Həmzəyeva təqsirləndirilən şəxs oldu

End of content

No more pages to load

RADİO