Şuşada Mehmandarovların malikanə kompleksinin açılışı oldu - FOTO/VİDEO

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışında iştirak ediblər.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma kompleksdə görülən işlər barədə məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev və Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda və təməlqoyma mərasimlərində iştirak edib


Bildirilib ki, Mehmandarovların malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa olunub. Yaşayış kompleksinə böyük yaşayış binası, kiçik yaşayış binası, ailə məscidi və bulaq daxildir.

Diqqətə çatdırılıb ki, 2021-ci ilin oktyabr ayından etibarən Mehmandarovların malikanə kompleksində, ərazidəki ailə məscidi və bulaqda təmir-bərpa işləri aparılıb, bulağın damı əvvəlki vəziyyətinə gətirilib. Bulaq Prezident İlham Əliyev 2022-ci ilin sentyabrında kompleksdə bərpa işlərinin gedişi ilə tanış olarkən istifadəyə verilib.

Kompleksə daxil olan evin və məscidin binalarının dam örtükləri yenilənib, tavanlar bərpa edilib. Malikanə kompleksinin dağılmış divarı bərpa olunub, zədəli divarda bərkitmə işləri aparılıb. Evin döşəmə daşlarının dağılmış yerləri, pilləkəni yenidən qurulub, divar və tavanlardakı rəsmlər eskiz layihələri üzrə bərpa edilib. Məscidin “Güldəstə”si restavrasiya olunub.

Qeyd olunub ki, yaşayış evinin həyətində XX əsrin əvvəllərinə aid tarixi fayton da dövrünün texnologiyalarına uyğun bərpa edilib.

Görülmüş işlərdən sonra malikanə kompleksində muzey ekspozisiyası qurulub. “Qarabağ zadəganının evi” mövzusundakı ekspozisiya tərtib edilərkən XIX əsrin sonu – XX əsrin əvvəllərində Qarabağ zadəganının evinin interyeri, ziyalı şəxsin həyat tərzinin xüsusiyyətləri əsas götürülüb.

Ekspozisiyada Azərbaycan Milli Kino-Foto Sənədləri Arxivi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun materialları, həmçinin elmi ədəbiyyat mənbə qismində istifadə edilib.

Zadəgan malikanəsinin qonaq otağı evin siması olduğundan burada ən müasir interyer elementlərindən istifadə edilirdi.

Otaqda milliliyi nümayiş etdirən elementlər də var idi. İnteryerdə dövrün fotoçərçivələrinə salınmış məlumat və portretlər asılıb. İnteryer təəssüratını pozmamaq üçün foto və məlumatların çərçivələri dövrə uyğun tərtib edilib. Fotolar Şuşanın tanınmış zadəgan nəsilləri – Mehmandarovlara, onlarla qohumluq əlaqəsi olan Rüstəmbəyovlara, Vəzirovlara, Qacarlara aiddir.

Malikanədəki otaqları milli əşyalarla yanaşı, avropasayağı məişət əşyaları da bəzəyir. Otaqlar dövrün eksponatları ilə XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid interyer qaydalarına uyğun tərtib edilib. Burada ziyarətçi özünü XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşamış azərbaycanlı zadəganının evindəki kimi hiss etmiş olur.

Ekspozisiyanın tərtibatı zamanı 150-dən çox əntiq əşyadan istifadə edilib.

Xatırladaq ki, işğaldan azad olunan ərazilərdə genişmiqyaslı quruculuq işləri, mədəni-dini abidələrimizin bərpası davam edir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu işğaldan azad olunan ərazilərdə 2020-ci il dekabrın 8-dən etibarən mədəni-dini abidələrin, məscidlərin bərpası layihələrinin icrasına başlayıb. Bununla da Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərir. Aparılan işlərə yerli ekspertlərlə yanaşı, xarici mütəxəssislər də cəlb olunub.

Heydər Əliyev Fondunun Qarabağdakı bərpa layihələrinin bir hissəsi isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində həyata keçirilib.

Bunların sırasına dahi Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Vaqifin büstünün yenidən qurulması, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin Şuşada yenidən ucaldılması və digərləri daxildir.

Heydər Əliyev Fondu hazırda Şuşada daha bir neçə layihənin bərpasını başa çatdırıb. Mehmandarovların malikanə kompleksi də bu layihələrdən biridir.
 





































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DİQQƏT! Bu ərazilərdə iki saat qaz olmayacaq

DİQQƏT! Bu ərazilərdə iki saat qaz olmayacaq

Tehranda “Oskar”a namizəd olan filmin ssenaristi saxlanıldı

Tehranda “Oskar”a namizəd olan filmin ssenaristi saxlanıldı

Şəfahət İmranov vəzifəsindən azad edildi - Abşerona prokuror göndərildi

Şəfahət İmranov vəzifəsindən azad edildi - Abşerona prokuror göndərildi

Hüseyn Həsənova rəsmi ittiham irəli sürüldü

Hüseyn Həsənova rəsmi ittiham irəli sürüldü

“Şamaxı”dan ayrılan futbolçu bu kluba KEÇDİ

“Şamaxı”dan ayrılan futbolçu bu kluba KEÇDİ

Məleykə Əsədovanın qızı XƏSTƏXANALIQ OLDU - FOTO

Məleykə Əsədovanın qızı XƏSTƏXANALIQ OLDU - FOTO

Bakıda dana əti BAHALAŞDI

Bakıda dana əti BAHALAŞDI

Tramvayı şəhərin hər yerində görməyəcəksiniz – Yeni nəqliyyat növü ilə bağlı DETALLAR

Tramvayı şəhərin hər yerində görməyəcəksiniz – Yeni nəqliyyat növü ilə bağlı DETALLAR

Ədliyyə generalı Tərtərə prokuror göndərildi

Ədliyyə generalı Tərtərə prokuror göndərildi

SON DƏQİQƏ: Avropa İttifaqının Tehrandakı səfirləri İran Xarici İşlər Nazirliyinə çağırıldı

SON DƏQİQƏ: Avropa İttifaqının Tehrandakı səfirləri İran Xarici İşlər Nazirliyinə çağırıldı

Azad edilmiş ərazilərdə ötən ay 374 mina aşkarlanıb

Azad edilmiş ərazilərdə ötən ay 374 mina aşkarlanıb

Aysun infarkt keçirən atası ilə danışmaqdan İMTİNA ETDİ - VİDEO

Aysun infarkt keçirən atası ilə danışmaqdan İMTİNA ETDİ - VİDEO

Laura Fernandes Kosta-Rikanın prezidenti seçildi - VİDEO

Laura Fernandes Kosta-Rikanın prezidenti seçildi - VİDEO

Siqaret çəkənlər kənarda qalacaq - Yeni işə qəbul QAYDASI

Siqaret çəkənlər kənarda qalacaq - Yeni işə qəbul QAYDASI

Rusiyada təyyarə qəzaya uğradı - Ölənlər var

Rusiyada təyyarə qəzaya uğradı - Ölənlər var

“Yuventus” səfərdə qalib gəldi - VİDEO

“Yuventus” səfərdə qalib gəldi - VİDEO

İran ətrafındakı xaosun enerji bazarına TƏSİRLƏRİ – Neftin qiyməti ilə bağlı KRİTİK PROQNOZ

İran ətrafındakı xaosun enerji bazarına TƏSİRLƏRİ – Neftin qiyməti ilə bağlı KRİTİK PROQNOZ

Döymələrini nümayiş etdirmək üçün səhnəyə şortikdə çıxdı – FOTO

Döymələrini nümayiş etdirmək üçün səhnəyə şortikdə çıxdı – FOTO

Qəzada həyatını itirən Səmanın FOTOSU

Qəzada həyatını itirən Səmanın FOTOSU

Sabahın HAVASI: 18 dərəcə isti, duman, qar...

Sabahın HAVASI: 18 dərəcə isti, duman, qar...

Aris Rüstəmov vəzifəsindən azad edildi

Aris Rüstəmov vəzifəsindən azad edildi

Sağlam sandığımız bu qida qaraciyəri məhv edir – ŞOK

Sağlam sandığımız bu qida qaraciyəri məhv edir – ŞOK

Azərbaycanla İordaniya arasındakı saziş TƏSDİQLƏNDİ

Azərbaycanla İordaniya arasındakı saziş TƏSDİQLƏNDİ

BSU Azərbaycan Gəncləri günü ilə bağlı tələbələr üçün komanda toplantısı keçirdi - FOTO

BSU Azərbaycan Gəncləri günü ilə bağlı tələbələr üçün komanda toplantısı keçirdi - FOTO

End of content

No more pages to load

RADİO