Şuşaya çəkilən yeni yolun inşası 2024-cü ildə başa çatacaq - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 8-də Şuşaya səfər ediblər.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Əhmədbəyli-Füzuli-Şuşa magistral avtomobil yolunun 66-81-ci kilometrliyində görülən işlərlə tanış olublar.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Bildirilib ki, başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilən Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirən 81,7 kilometr uzunluğundakı Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun beynəlxalq magistral normalarına uyğun tikintisi sürətlə davam etdirilir. Yolun 66-81-ci kilometrliyində işlərin 85 faizi başa çatıb. Uzunluğu 15,72 kilometr olan bu hissədə yolun hərəkət sahəsinin eni 10,75 metr, torpaq yatağının eni isə 21,5 metrdir. Dövlətimizin başçısının tapşırığına əsasən, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınaraq, dörd hərəkət zolaqlı olmaqla 1b texniki dərəcəyə uyğun inşa edilir.

Qeyd edilib ki, layihəyə əsasən, yolun bu hissəsində 5 viadukun (dərə üzərində körpü), 6 tunelin və bir körpünün tikintisi üzrə əsas işlər yekunlaşıb.

Hazırda həm viaduklarda, həm də tunellərdə son tamamlanma işləri icra olunur. Viadukların tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib. Yolun bu hissəsində suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü 15 dairəvi suötürücü boru, 24 düzbucaqlı su keçidi, 4 alt keçid və bir neçə ehtiyat keçid inşa edilib.

Dövlətimizin başçısı və birinci xanım görülən işlərlə bağlı videoçarxa baxıblar.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil magistralının tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.
 




































Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gömrük generalının adından dələduzluq - DETALLAR

Gömrük generalının adından dələduzluq - DETALLAR

Pakistan ABŞ-İran danışıqları üçün yeni TƏKLİF VERDİ

Pakistan ABŞ-İran danışıqları üçün yeni TƏKLİF VERDİ

Azərbaycan XİN Nepal və Çinə başsağlığı verdi - FOTO

Azərbaycan XİN Nepal və Çinə başsağlığı verdi - FOTO

Bu gecədən Xətai rayonunda yol BAĞLANIR

Bu gecədən Xətai rayonunda yol BAĞLANIR

DİQQƏT: Hərbi möhlətlər bu halda ləğv ediləcək

DİQQƏT: Hərbi möhlətlər bu halda ləğv ediləcək

“Sabah” futbol klubu Prezident İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

“Sabah” futbol klubu Prezident İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Sahibə Qafarova Serbiyaya səfər edəcək

Sahibə Qafarova Serbiyaya səfər edəcək

Gəncədə qazi 36 yaşında vəfat etdi

Gəncədə qazi 36 yaşında vəfat etdi

Tələbə ola bilməyən gənclər üçün alternativ yollar və məsləhətlər - VİDEO

Tələbə ola bilməyən gənclər üçün alternativ yollar və məsləhətlər - VİDEO

"Evdə Tək 2" filminin ulduzu Tim Karri vəfat etdi

"Evdə Tək 2" filminin ulduzu Tim Karri vəfat etdi

“Meta” 18 milyard dollar cərimə ödəyəcək

“Meta” 18 milyard dollar cərimə ödəyəcək

Bakıda dəhşətli qətl törədildi

Bakıda dəhşətli qətl törədildi

Avropa çempionatı: Qadın voleybolçularımız Belçikaya uduzdu

Avropa çempionatı: Qadın voleybolçularımız Belçikaya uduzdu

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq

Oğlu Kamran Ağabalayevi sevindirdi – FOTO

Oğlu Kamran Ağabalayevi sevindirdi – FOTO

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirildi - FOTO

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirildi - FOTO

ABŞ şirkətləri Bakıda keçiriləcək silah sərgisində iştirak edəcək - FOTO

ABŞ şirkətləri Bakıda keçiriləcək silah sərgisində iştirak edəcək - FOTO

Bakıda iki marşrutun hərəkəti dəyişdirildi

Bakıda iki marşrutun hərəkəti dəyişdirildi

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında VİDEOÇARX paylaşıldı

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında VİDEOÇARX paylaşıldı

ABŞ Rusiya almazlarının idxalına yenidən icazə verdi

ABŞ Rusiya almazlarının idxalına yenidən icazə verdi

Tiktokda söyüş söyən tələbə qız SAXLANILDI

Tiktokda söyüş söyən tələbə qız SAXLANILDI

Cəlilabadda ZƏLZƏLƏ OLDU

Cəlilabadda ZƏLZƏLƏ OLDU

Sürücülərin NƏZƏRİNƏ: Avqustun 27-si və 28-də bu yollar bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Avqustun 27-si və 28-də bu yollar bağlanacaq

Könül Həmzəyeva təqsirləndirilən şəxs oldu

Könül Həmzəyeva təqsirləndirilən şəxs oldu

End of content

No more pages to load

RADİO