“ABŞ Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının uğurla nəticələnməsində, bölgədə sülh və sabitliyin təmin olunmasında maraqlıdır”.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı deyib.
Əsas müzakirələrin Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə həsr olunduğu görüşdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da iştirak edib.
Bizim.Media