Ceyhun Bayramov Ceyk Sallivanla Ermənistanla normallaşma prosesini MÜZAKİRƏ EDİB

3 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri çərçivəsində ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, əsas müzakirələrin Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə həsr olunduğu görüşdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da iştirak edib. 

Görüş zamanı, nazir Ceyhun Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi, bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı olduğunu, sülh sazişinin razılaşdırılmasının və imzalanmasının əhəmiyyətini vurğulayıb.

Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qarşı addımlarından əl çəkməsinin vacib olduğu qeyd edilib.

Bununla yanaşı, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasının ölkənin daxili məsələsi olduğunu, bu istiqamətdə səylərə Ermənistan tərəfinin müdaxiləsinin qəbuledilməz olduğunu diqqətə çatdırıb. 

Nazir eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, habelə Ermənistan tərəfindən qəbul edilmiş öhdəliklərə zidd olaraq erməni silahlı qüvvələrin hələ də tam olaraq Azərbaycan ərazisindən çıxarılmamasının ciddi təhdid mənbəyi olduğunu vurğulayıb. 

Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bölgədə sülh və sabitliyin təmin olunmasında, sülh sazişi üzrə danışıqların uğurla nəticələnməsində ABŞ tərəfinin maraqlı olduğunu bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Anderlext" baş məşqçini istefaya göndərdi

"Anderlext" baş məşqçini istefaya göndərdi

Gəncədəki partlayışda xəsarət alanların SON DURUMU

Gəncədəki partlayışda xəsarət alanların SON DURUMU

Masazırda partlamış su borusu təmir edildi - Amma keyfiyyətli iş sual altındadır... – VİDEO

Masazırda partlamış su borusu təmir edildi - Amma keyfiyyətli iş sual altındadır... – VİDEO

Braziliya millisinin üzvü “Turan Tovuz”un TRANSFER HƏDƏFİNDƏ

Braziliya millisinin üzvü “Turan Tovuz”un TRANSFER HƏDƏFİNDƏ

Generallar indi polkovnik rütbəsində işləyəcəklər

Generallar indi polkovnik rütbəsində işləyəcəklər

Yeni müavinətlərlə bağlı MÜHÜM AÇIQLAMA – Bu qaydada təyin ediləcək

Yeni müavinətlərlə bağlı MÜHÜM AÇIQLAMA – Bu qaydada təyin ediləcək

Sumqayıtda avtomobil yandı – VİDEO

Sumqayıtda avtomobil yandı – VİDEO

“⁠İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin NƏZƏRİNƏ!

“⁠İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin NƏZƏRİNƏ!

Gəncədə fəhlələrin xəsarət aldığı partlayışın DETALLARI

Gəncədə fəhlələrin xəsarət aldığı partlayışın DETALLARI

Müzəffər GƏNCLİK - Qusarın fəal gəncləri BİR ARADA - FOTO

Müzəffər GƏNCLİK - Qusarın fəal gəncləri BİR ARADA - FOTO

Vəfa Şərifovanı hansı cəza GÖZLƏYİR?

Vəfa Şərifovanı hansı cəza GÖZLƏYİR?

Gəncədə kanalizasiya xəttinin təmiri zamanı PARTLAYIŞ: Xəsarət alanlar var - VİDEO

Gəncədə kanalizasiya xəttinin təmiri zamanı PARTLAYIŞ: Xəsarət alanlar var - VİDEO

Zəfər ruhlu Azərbaycan gəncliyi

Zəfər ruhlu Azərbaycan gəncliyi

Sevil obrazından bu günə: “Azad Qadın” heykəlinin hekayəsi – VİDEO

Sevil obrazından bu günə: “Azad Qadın” heykəlinin hekayəsi – VİDEO

Bakıda və rayonlarda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda və rayonlarda külək güclənəcək – XƏBƏRDARLIQ

Azərbaycanda mal-qaranın içindəki daş 70 min manata satılır - FOTO

Azərbaycanda mal-qaranın içindəki daş 70 min manata satılır - FOTO

“Neftçi”nin akademiyasına o rəhbərlik EDƏCƏK

“Neftçi”nin akademiyasına o rəhbərlik EDƏCƏK

Saatlıda sərnişinə əxlaqsız təkliflər edən sürücü HƏBS EDİLDİ - FOTO

Saatlıda sərnişinə əxlaqsız təkliflər edən sürücü HƏBS EDİLDİ - FOTO

Ölkələr üzrə IQ testi: Azərbaycan reytinqdə neçəncidir? – SİYAHI

Ölkələr üzrə IQ testi: Azərbaycan reytinqdə neçəncidir? – SİYAHI

Firəngiz Qasımova VƏFAT ETDİ - FOTO

Firəngiz Qasımova VƏFAT ETDİ - FOTO

Prezident Birləşmiş Ərəb Əmirliklərində səfərdədir – FOTO

Prezident Birləşmiş Ərəb Əmirliklərində səfərdədir – FOTO

Bu şəxslər 2500 manat CƏRİMƏ EDİLƏCƏK

Bu şəxslər 2500 manat CƏRİMƏ EDİLƏCƏK

Tenderlərlə bağlı prosedurda DƏYİŞİKLİK

Tenderlərlə bağlı prosedurda DƏYİŞİKLİK

Fırtınalı hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

Fırtınalı hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO