Dağıstan Respublikasının Bakıdakı nümayəndəliyinə icraçı statusu verilib. Belə sərəncamı mayın 1-də respublika rəhbəri Sergey Melikov imzalayıb.
Bizim.Media "dag.aif.ru" saytına istinadən xəbər verir ki, hökumətə altı ay müddətində əsasnaməni təsdiq etmək, təşkilati və maliyyə məsələlərini həll etmək tapşırılıb.
Bu nümayəndəlik 1996-cı ildə Azərbaycanın paytaxtında açılıb. 2014-cü ildən ona Marat Askenderov rəhbərlik edir.
Bizim.Media