“Cənab Prezident İlham Əliyev məsələni gözəl ümumiləşdirdi. Atəşkəs istəyənlər Ermənistana silah göndərir”.
Bizim.Media xəbər verir ki, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın özünün “Twitter” hesabında bu fikirləri yazıb.
Kalın qeyd edib: “Diplomatiya adı altında işğalı sürdürməyə çalışanların cəhdləri boşa çıxacaq. Qarabağ əvvəl-axır azadlığına qovuşacaq. Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək”.
Bizim.Media