Qərbi azərbaycanlı qadınlar Avropa Komissiyasının prezidentinə MÜRACİƏT ETDİ

Bir qrup qərbi azərbaycanlı qadın Avropa Komissiyasının prezidenti Ursula fon der Layenə müraciət edərək, Ermənistanın törətdiyi etnik təmizləmə və digər insanlıq əleyhinə cinayətlər barədə məlumat verib. Müəlliflər qadın və uşaqların xüsusi ehtiyacları nəzərə alınmaqla, azərbaycanlıların öz vətənlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarına Avropa Komissiyasının praktik yardımlarını xahiş ediblər.

Qurumdan Bizim.Media-ya verilən məlumata görə, Qərbi Azərbaycandan olan ziyalı qadınlar və gənc tələbə qızların imzaladığı müraciətdə aşağıdakılar bildirilir:

“Ermənistandan qovulmuş azərbaycanlı qadın və qızlar adından bu məktubu Sizə yazaraq davam edən iztirablarımızı diqqətinizə çatdırmaq istərdik. 1989-cu ildə yaradılmış Qərbi Azərbaycan İcmasının məramı Ermənistanda öz evlərini tərk etməyə məcbur olmuş azərbaycanlıların hüquqlarını müdafiə etmək və onların təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarını təmin etmək məqsədi daşıyır.
Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi total etnik təmizləmə nəticəsində bu ölkədə bir nəfər də olsun azərbaycanlı qalmayıb. Bu, icmamıza dağıdıcı təsir göstərmiş və xüsusən qadınlar və qızlarımızı böyük əzablara düçar etmişdir.

Qeyd etmək istərdik ki, Qərbi Azərbaycan İcması BMT Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinə uyğun olaraq qadınlar, sülh və təhlükəsizlik gündəliyinə xüsusi önəm verir.

Təşkilatımızın hazırladığı Qayıdış Konsepsiyasında qadınlar, uşaqlar və sosial baxımdan həssas əhali qrupuna aid edilən şəxslərin maraqları əsas prioritet hesab edilir və bu sahədə beynəlxalq səviyyədə qəbul edilmiş mütərəqqi yanaşma və standartların, o cümlədən qadınlar, sülh və təhlükəsizlik gündəliyinin qayıdış prosesində mərkəzi rol oynaması nəzərdə tutulur.

Biz əminik ki, qadınların rolunun artırılması dinc və sabit cəmiyyət yaratmaq üçün vacibdir və biz bu gündəliyi təşviq etməyə sadiqik. Müvafiq olaraq, repatriasiya və reinteqrasiya prosesinin davamlı və effektiv olmasını təmin etmək üçün qadınların bu prosesdə fəal iştirakını nəzərdə tuturuq.

Biz həmçinin vurğulamalıyıq ki, Ermənistan təkcə azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirməklə kifayətlənməmiş, həm də Ermənistandakı Azərbaycan mədəni irsini sistemli şəkildə məhv etmişdir.

Mədəni və dini abidələrin, o cümlədən məscidlərin, qəbiristanlıqların və digər müqəddəs yerlərin məhv edilməsi azərbaycanlılara böyük ağrı və iztirablar gətirməklə yanaşı, beynəlxalq humanitar və insan hüquqlarını kobud şəkildə pozur.

Bundan əlavə, son otuz il ərazində Ermənistan azərbaycanlıların öz qəbiristanlıqlarını, mədəni irsini və müqəddəs yerlərini ziyarət etmələrinə şərait yaratmaqdan imtina edib, hərçənd belə səfərlər sülh və barışıq üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan mədəni irsinə qarşı bu qeyri-insani rəftar və onlara girişin qadağan edilməsi regionda gərginliyi daha da artırır.
Bildiyiniz kimi, təşkilatımızın məramları barədə məlumatlılığı artırmaq və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətlə geri qayıtması üçün səylərimizə siyasi dəstək əldə etmək üçün az öncə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelə məktub yazmışıq.

Fürsətdən istifadə edərək, Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşdırılmasında Aİ-nin vasitəçi rolunu müsbət müstəvidə qeyd etmək istərdik. Hesab edirik ki, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətlə qayıtması, reabilitasiyası və reinteqrasiyası məsələsi bu diplomatik səylərin mərkəzində olmalıdır.

Sözsüz ki, geri qaytarma prosesi beynəlxalq ictimaiyyətdən həm də əsaslı praktiki dəstək tələb edəcək. Biz Avropa Komissiyasının ümumilikdə qayıdışımız üçün və ələlxüsus azərbaycanlı qadın və qızların Ermənistana repatriasiyası, reabilitasiyası və reinteqrasiyası zamanı xüsusi ehtiyaclarının ödənilməsinə xidmət edən proqramların işlənib hazırlanması və həyata keçirilməsi üçün müvafiq praktiki yardımını yüksək qiymətləndirərdik.

Nəhayət, bir qadın və ana kimi Sizin şəxsi dəstəyinizə və Ermənistanın həyata keçirdiyi etnik təmizləmə nəticəsində əziyyət çəkən azərbaycanlı qadın və qızların iztirablı vəziyyətinə anlayış göstərməyinizə bel bağlayırıq.

İnanırıq ki, biz qovulmuş azərbaycanlıların, xüsusən də qadın və qızların təhlükəsiz və ləyaqətlə geri qayıtmalarını təmin etmək və bununla da onların parlaq gələcəyini təmin etmək üçün Sizin dəstəyinizlə uğurla çalışa biləcəyik.”

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sərbəst güləşçimiz dünya çempionatının FİNALINDA

Sərbəst güləşçimiz dünya çempionatının FİNALINDA

Mobil telefon işlədənlərə PİS XƏBƏR - Bu sözlər avtomatik dinləməni işə salır

Mobil telefon işlədənlərə PİS XƏBƏR - Bu sözlər avtomatik dinləməni işə salır

“Qarabağ”ın yeni transferi ZƏDƏLƏNDİ

“Qarabağ”ın yeni transferi ZƏDƏLƏNDİ

Bakıda maşından külli miqdarda pul OĞURLANDI

Bakıda maşından külli miqdarda pul OĞURLANDI

“Müharibəni davam etdirmək üçün Ukraynaya 120 milyard lazımdır” - Şmıqal

“Müharibəni davam etdirmək üçün Ukraynaya 120 milyard lazımdır” - Şmıqal

Nadir Qafarzadə böyük oğlu və gəlini ilə - FOTO

Nadir Qafarzadə böyük oğlu və gəlini ilə - FOTO

Avtomobil 1 həftə və ya daha çox sürülməsə hansı problemlər YARANIR?

Avtomobil 1 həftə və ya daha çox sürülməsə hansı problemlər YARANIR?

“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi - VİDEO

“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi - VİDEO

İlon Mask britaniyalıları söz azadlığı uğrunda mübarizəyə ÇAĞIRDI - VİDEO

İlon Mask britaniyalıları söz azadlığı uğrunda mübarizəyə ÇAĞIRDI - VİDEO

FHN-dən Ağdamdakı qəza ilə bağlı MƏLUMAT

FHN-dən Ağdamdakı qəza ilə bağlı MƏLUMAT

Bakıda satılan “Ayfon 17”-nin qiyməti gülüş doğurdu – FOTO

Bakıda satılan “Ayfon 17”-nin qiyməti gülüş doğurdu – FOTO

Tbilisidə hökumət əleyhinə kütləvi aksiya KEÇİRİLİR - VİDEO

Tbilisidə hökumət əleyhinə kütləvi aksiya KEÇİRİLİR - VİDEO

“İmişli”yə TEXNİKİ MƏĞLUBİYYƏT veriləcək

“İmişli”yə TEXNİKİ MƏĞLUBİYYƏT veriləcək

Məktəbdə işləmək istəyən ingilis dili müəllimindən 10 min manat ALDILAR

Məktəbdə işləmək istəyən ingilis dili müəllimindən 10 min manat ALDILAR

Ağdamdakı qəzada xəsarət alanların KİMLİYİ BİLİNDİ

Ağdamdakı qəzada xəsarət alanların KİMLİYİ BİLİNDİ

Eks-prezidentin ailəsi məc­buri qay­dada EVİNDƏN ÇIXARILIR - ANBAAN VİDEO

Eks-prezidentin ailəsi məc­buri qay­dada EVİNDƏN ÇIXARILIR - ANBAAN VİDEO

Məşhur türk serialında Azərbaycanla bağlı SƏHNƏ - VİDEO

Məşhur türk serialında Azərbaycanla bağlı SƏHNƏ - VİDEO

Ağdamda minik maşını traktora çırpıldı - 3 nəfər xəsarət aldı

Ağdamda minik maşını traktora çırpıldı - 3 nəfər xəsarət aldı

Madriddə restoranda partlayış oldu - 25 nəfər xəsarət aldı - FOTO

Madriddə restoranda partlayış oldu - 25 nəfər xəsarət aldı - FOTO

“Sabah” Aleksey İsayevə görə “Qarabağ”a nə qədər pul ödəyib?

“Sabah” Aleksey İsayevə görə “Qarabağ”a nə qədər pul ödəyib?

Londonda müsəlman miqrantlara qarşı ETİRAZLAR başladı - VİDEO

Londonda müsəlman miqrantlara qarşı ETİRAZLAR başladı - VİDEO

Qızı Əməkdar artisti ölüm ildönümündə belə XATIRLADI - FOTO

Qızı Əməkdar artisti ölüm ildönümündə belə XATIRLADI - FOTO

Alimlər qidalanma ilə əhval-ruhiyyə arasında əlaqənin sirrini AÇDILAR

Alimlər qidalanma ilə əhval-ruhiyyə arasında əlaqənin sirrini AÇDILAR

Bu il ölkədə 1,6 milyon şagird TƏHSİL ALACAQ

Bu il ölkədə 1,6 milyon şagird TƏHSİL ALACAQ

End of content

No more pages to load

RADİO