Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb - FOTO/VİDEO-YENİLƏNİB 

Aprelin 10-da Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olub. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokolu” və dövlət başçılarının birgə bəyanatını imzalayıblar. 

“Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC ilə “Qazaxıstan Respublikası Prezidentinin Teleradiokompleksi” Qeyri-Kommersiya Səhmdar Cəmiyyəti arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum”u AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev və “Qazaxıstan Respublikası Prezidentinin Teleradiokompleksi” Qeyri-Kommersiya Səhmdar Cəmiyyətinin baş direktoru Rauşan Kajibayeva imzalayıblar. 

“Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Qazaxıstanın Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutu arasında elmi və mədəni əməkdaşlıq haqqında Memorandum”u Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfiri Ağalar Atamoğlanov və Qazaxıstanın Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutunun direktoru Talqat Kaliyev imzalayılbar. 
“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Qazaxıstanın Xarici Ticarət Palatası arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Qazaxıstanın Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Ayan Yerenov imzalayıblar. 

“Azərbaycan Milli Elmlər Akademiyası və Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası arasında elm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli və “Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası” Respublika İctimai Birliyinin prezidenti Murat Jurinov imzalayıblar. 

“Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qazaxıstan Respublikasının “Otandastar Fondu” arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfiri Ağalar Atamoğlanov və Qazaxıstan Respublikasının “Otandastar Fondu”nun prezidenti Abzal Saparbekulı imzalayıblar. 
“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında anlaşma və əməkdaşlıq haqqında Memorandum”u Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və Qazaxıstan Respublikasının informasiya və ictimai inkişaf naziri Darxan Kıdırali imzalayıblar. 

15.40

Aprelin 10-da Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin Qazaxıstana SƏFƏRİ BAŞLADI - FOTO

Xatırladaq ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana rəsmi səfərə gəlib və Prezident Qasım-Jomart Tokayevlə görüşüb. 

Səfər çərçivəsində Qazaxıstan və Azərbaycan prezidentləri bir sıra mühüm sənədlərə imza atacaq və Astanada Heydər Əliyevin adını daşıyan küçənin açılışında iştirak edəcəklər.
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yeni din yarandı: sitayişə başladılar

Yeni din yarandı: sitayişə başladılar

Şəmkirdə kişi qadını bıçaqladı

Şəmkirdə kişi qadını bıçaqladı

Kəbə örtüyünün hissələrini 9 il öncə ona yollayıblar

Kəbə örtüyünün hissələrini 9 il öncə ona yollayıblar

Gəncədə xəsarət alan gənc xəstəxanada VƏFAT ETDİ

Gəncədə xəsarət alan gənc xəstəxanada VƏFAT ETDİ

Əhali niyə dollar satır?

Əhali niyə dollar satır?

Kərim Benzema bu komandaya transfer oldu

Kərim Benzema bu komandaya transfer oldu

Qızıl almaq istəyənlərin DİQQƏTİNƏ – İlin sonuna kimi...

Qızıl almaq istəyənlərin DİQQƏTİNƏ – İlin sonuna kimi...

Yaponların güclü yaddaşının sirri: Azərbaycanda üzünə baxmırlar

Yaponların güclü yaddaşının sirri: Azərbaycanda üzünə baxmırlar

Rusiya təyyarəsi bu ölkəyə girdi: Nə baş verir?

Rusiya təyyarəsi bu ölkəyə girdi: Nə baş verir?

Qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq

Qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq

BİZİM TƏQVİM: Fevralın 3-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: Fevralın 3-də baş vermiş tarixi hadisələr

"Arsenal"ın çempionluq yolunda müdafiəsi ZƏİFLƏDİ

"Arsenal"ın çempionluq yolunda müdafiəsi ZƏİFLƏDİ

Fermadan gənc qadın meyiti TAPILDI

Fermadan gənc qadın meyiti TAPILDI

SOCAR ilə Yaponiya şirkəti arasında Anlaşma Memorandumu İMZALANDI - FOTO

SOCAR ilə Yaponiya şirkəti arasında Anlaşma Memorandumu İMZALANDI - FOTO

"Lion" yeni hücumçu TRANSFER ETDİ

"Lion" yeni hücumçu TRANSFER ETDİ

Vitamin qəbul edərkən bir daha düşünün: Fayda yoxsa zərər?

Vitamin qəbul edərkən bir daha düşünün: Fayda yoxsa zərər?

Təhlükəsizlik tədbirləri gücləndirilir - Moskva metrosunda mobil telefonlar YOXLANILACAQ

Təhlükəsizlik tədbirləri gücləndirilir - Moskva metrosunda mobil telefonlar YOXLANILACAQ

Rəqsanə Səidə Bəkirqızından ÜZR İSTƏDİ - VİDEO

Rəqsanə Səidə Bəkirqızından ÜZR İSTƏDİ - VİDEO

Xamenei ölkədə baş verən son etirazların təşkilində ABŞ və İsraili İTTİHAM ETDİ

Xamenei ölkədə baş verən son etirazların təşkilində ABŞ və İsraili İTTİHAM ETDİ

Cənazə 2-ci mərtəbədən düşürüləndə pilləkən qırıldı – Zabrat sakinləri təhlükə içində - VİDEO

Cənazə 2-ci mərtəbədən düşürüləndə pilləkən qırıldı – Zabrat sakinləri təhlükə içində - VİDEO

Göyçayda avtomobil işıq dirəklərini aşırdı, 3 kənd işıqsız qaldı - FOTO

Göyçayda avtomobil işıq dirəklərini aşırdı, 3 kənd işıqsız qaldı - FOTO

Lukmanın yeni klubu BİLİNDİ

Lukmanın yeni klubu BİLİNDİ

Naxçıvan Ali Məclisinin komitələrinin sədrləri SEÇİLDİ - FOTO

Naxçıvan Ali Məclisinin komitələrinin sədrləri SEÇİLDİ - FOTO

"Moskva rəsmi Bakı ilə saxlanılmış rusiyalıların azad olunması barədə danışıqlar aparır" - Lavrov

"Moskva rəsmi Bakı ilə saxlanılmış rusiyalıların azad olunması barədə danışıqlar aparır" - Lavrov

End of content

No more pages to load

RADİO