Rusiya özünü Ermənistanın “xilaskarı” kimi görür - Cənubi Qafqazı tərk etməyəcək?

Ermənistan hökumətinin qərbyönlü siyasəti və faktiki olaraq Rusiyanın Ermənistana hərbi dəstəyini dayandırması ikinci Qarabağ müharibəsindən sonra iki ölkə arasında münasibətlərin tədricən pisləşməsinə gətirib çıxarıb. Nəticədə Ermənistan cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsi artıb. 

Bizim.Media xəbər verir ki, bu, əsasən Azərbaycanla sərhəddə toqquşmalar və İrəvanın dəfələrlə Rusiyadan və KTMT-dən hərbi dəstək almaması dövründə pik həddə çatıb.

Düzdür, İrəvana Azərbaycanla sərhəddə KTMT-nin hərbi missiyasının yerləşdirilməsi təklif edilib, lakin Nikol Paşinyan hökuməti bundan imtina edib.

Digər tərəfdən, son vaxtlar Qərbin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqlar bərpa olunub və rəsmi Moskva bundan müxtəlif səviyyələrdə səmimi narahatlığını bildirib. Kremldə hesab edirlər ki, Qərbin vasitəçiliyi Rusiyanı Cənubi Qafqaz regionundan sıxışdırıb çıxarmaq planının bir hissəsidir. 
Buna baxmayaraq, son günlər Rusiyanın ekspert və diplomatik dairələri Moskvanın regionu tərk etmək niyyətində olmadığı və üstəlik, özünü hələ də Ermənistanın, eləcə də Qarabağ ermənilərinin yeganə “xilaskarı” hesab etdiyi barədə xəbərlər tirajlayırlar.

Rusiyalı sosioloq və beynəlxalq münasibətlər üzrə ekspert Aleksey Tokarev mövzu ilə bağlı bunları bildirib:

“Cənubi Qafqaz Rusiyanın milli maraqlarının zonasıdır. Bu baxımdan Kreml bu bölgədən çıxmayacaq. Ayrı-ayrı dövlətlər bizi regiondan sıxışdırıb çıxarmağa,  Ermənistanla flört etməyə çalışsalar da, Rusiya buradan getməyəcək.

Mən inanmıram ki, birdən-birə milli maraqlarımızdan imtina edəcəyik.. Rusiya Ermənistanın, Ermənistan isə Rusiyanın müttəfiqidir. Bu müttəfiqlik çox təəssüf ki,  mediada bəzən məsxərəyə qoyulur. Amma istədikləri reallığa çevrilməyəcək”.

Təxminən eyni mövqeyi Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin də erməni mətbuatına müsahibəsində bildirib. 

Onun sözlərinə görə, ikitərəfli münasibətlərin əsasını Rusiya və Ermənistan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq təşkil edir.

“102-ci hərbi baza fəaliyyət göstərir, sərhədçilərimizin sayı artıb, Ermənistan-Azərbaycan sərhədində yerləşən ərazilərdə müşahidə məntəqələri yerləşdirilib. Təbii ki, regional təhlükəsizliyin təmin edilməsində mühüm amil Qarabağdakı sülhməramlı kontingentimizdir.
Təəssüf ki, vaxtaşırı onun ünvanına tənqidi fikirlər səsləndirilir, lakin bu, Qarabağdakı erməni əhalisinin təhlükəsizliyinin və güzəranının təmin edilməsində əsas amildir”, - deyə Rusiya səfiri vurğulayıb.

Kopırkin onu da qeyd edib ki, Rusiya heç bir şəkildə rəsmi İrəvanla bağladığı  öhdəliklərindən imtina etməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncədə 25 yaşlı gənci qətlə yetirən şəxs TUTULDU

Gəncədə 25 yaşlı gənci qətlə yetirən şəxs TUTULDU

Azərbaycanda keçmiş vəzifəli şəxsə HÖKM OXUNDU

Azərbaycanda keçmiş vəzifəli şəxsə HÖKM OXUNDU

Trampdan Epşteynlə bağlı iddialara REAKSİYA

Trampdan Epşteynlə bağlı iddialara REAKSİYA

Azərbaycanda nə qədər evi olmayan şəxs var? – ARAŞDIRMA

Azərbaycanda nə qədər evi olmayan şəxs var? – ARAŞDIRMA

Bitcoin yenidən bahalaşdı

Bitcoin yenidən bahalaşdı

Saat 10:00-dan 15:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Saat 10:00-dan 15:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi

DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi

Neftimizin qiyməti 70 dollardan aşağı düşdü

Neftimizin qiyməti 70 dollardan aşağı düşdü

Piyada keçidlərində insanların həyatını heçə sayan sürücülər - ANBAAN VİDEO

Piyada keçidlərində insanların həyatını heçə sayan sürücülər - ANBAAN VİDEO

Aqil Abbas: “Azərbaycan Yazıçılar Birliyi niyə ləğv olunmalıdır ki?”

Aqil Abbas: “Azərbaycan Yazıçılar Birliyi niyə ləğv olunmalıdır ki?”

"Mənim də qabağımı kəsmişdi, qızım ölsün deyə içəri keçməyə qoymurdu" - Övladları baltalanan ana danışdı - VİDEO

"Mənim də qabağımı kəsmişdi, qızım ölsün deyə içəri keçməyə qoymurdu" - Övladları baltalanan ana danışdı - VİDEO

Avro və rubl ucuzlaşdı, dollar isə - YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə - YENİ MƏZƏNNƏ

Klintonlar Epşteyn istintaqında ifadə verməyə razılaşdılar

Klintonlar Epşteyn istintaqında ifadə verməyə razılaşdılar

"Kəpəz"in futbolçusu bıçaqlandı

"Kəpəz"in futbolçusu bıçaqlandı

Abşeronun taleyini dəyişən KOMMUNİKASİYA XƏTTİ - Novxanı-Masazır-Saray yolu nə vaxt istismara veriləcək?

Abşeronun taleyini dəyişən KOMMUNİKASİYA XƏTTİ - Novxanı-Masazır-Saray yolu nə vaxt istismara veriləcək?

“Simpsonlar” bunu da “bilib”? - 25 il əvvəlki “sirli ada” mesajı – FOTO

“Simpsonlar” bunu da “bilib”? - 25 il əvvəlki “sirli ada” mesajı – FOTO

"O gün yaradıcılığıma yazılan tarix oldu"

"O gün yaradıcılığıma yazılan tarix oldu"

Yeni din yarandı: sitayişə başladılar

Yeni din yarandı: sitayişə başladılar

Şəmkirdə kişi qadını bıçaqladı

Şəmkirdə kişi qadını bıçaqladı

Kəbə örtüyünün hissələrini 9 il öncə ona yollayıblar

Kəbə örtüyünün hissələrini 9 il öncə ona yollayıblar

Gəncədə xəsarət alan gənc xəstəxanada VƏFAT ETDİ

Gəncədə xəsarət alan gənc xəstəxanada VƏFAT ETDİ

Əhali niyə dollar satır?

Əhali niyə dollar satır?

Kərim Benzema bu komandaya transfer oldu

Kərim Benzema bu komandaya transfer oldu

Qızıl almaq istəyənlərin DİQQƏTİNƏ – İlin sonuna kimi...

Qızıl almaq istəyənlərin DİQQƏTİNƏ – İlin sonuna kimi...

End of content

No more pages to load

RADİO