Tehran mollalarından Nizami İDDİASI – Gəncənin İrana nə qədər dəxli var?

İranın ölkəmizə qarşı təxribatları azalmaq yerinə, gün keçdikcə daha da artır. Siyasi təhdidlərlə yanaşı rəsmi mollalar mədəni-tarixi faktları saxtalaşdırmaqdan belə çəkinmirlər. Özü də bu tip addımlar təkcə qeyri-rəsmi şəxslər tərəfindən atılmır, hökumət nümayəndələri də bu cür saxtakarlıqlara öz çıxışlarında yer verirlər.

Son olaraq, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Naser Kənani dünən Tehranda keçirilən “Nizami həftəsi”nin açılış mərasimində Nizami Gəncəvi ilə bağlı absurd ifadələr işlədib.

Kənani dahi Azərbaycan şairi Nizami Gəncəvini fars şairi adlandırmaqla qalmayıb, eyni zamanda Gəncəni də İran şəhəri kimi təqdim edib. Şairin əsərlərinin böyük qismini farsca yazmasını bəhanə gətirən Tehran rəsmisi, Gəncəvinin İran mühitində yaşayıb-yaratdığını iddia etməkdən də çəkinməyib.

Farsca yazan fars olur?

Kənaninin fikirlərinin reallıqla yaxından-uzaqdan əlaqəsinin olmadığını orta məktəb şagirdləri də bilirlər. Çünki N.Gəncəvinin doğulandan, həyatının sonunadək Gəncədə yaşayıb. Həmin dönəmdə isə Gəncə Atabəylər dövlətinin tərkibində idi. Yəni, həmin dövrdə İran adlı dövlətin olmadığı bir tərəfə qalsın, heç Atabəylərin də farslıqla yaxından-uzaqdan əlaqəsi olmayıb.  
Digər tərəfdən, Nizaminin əsərlərinin böyük qismini farsca yazdığı bəllidir. Amma fars dilində yazdığı üçün onu fars şairi elan etmək də absurddur.
 

MÖVZU İLƏ BAĞLI:

İrandan Xocalı soyqırımına növbəti HÖRMƏTSİZLİK – Erməniləri küçələrə ÇIXARDI


N.Gəncəvinin bu dildə əsərlər qələmə almasının səbəbi dönəmin ədəbi dilinin farsca olmasından qaynaqlanır. Həmçinin Nizaminin “İskəndərnamə”sinə nəzər salmaq, şairin türk etnik kimliyini qabartdığını görmək üçün yetərlidir. Eyni zamanda, Nizaminin lirik şeirlərindən ibarət divanı da məhz türkcə qələmə alınıb.

Zənnimcə, İran rəsmisinin bütün bu faktlardan xəbəri var. Amma reallıqlar gözardı edilib, yalanlar tirajlanırsa, deməli, burada bəlli, xoş olmayan məqsədlər var. 

Tarixi, ədəbi bilgiləri bir kənara qoysaq...

Kənani İran XİN-nin adından çıxış edən rəsmidir. Mədəni tədbirdə olsa belə, onun açıqlamaları siyasi mahiyyət də daşıyır. Yəni, Kənani Gəncəni İran şəhəri adlandırmaqla, faktiki olaraq ölkəsinin Azərbaycana qarşı ərazi iddialarının olduğunu nümayiş etdirir. Əslində, İran bu iddialarını heç vaxt gizlətməyib. Elə, fars siyasilərin dilindən tez-tez eşitdiyimiz “Bakı Respublikası” təqdimatı da bunun bariz nümunəsidir.
 

Yəni, Kənani əslində təmsil etdiyi hökumətin rəsmi mövqeyini ədəbi-tarixi yalanlar müstəvisində nümayiş etdirib. Bəli, molla rejimi müstəqil Azərbaycan dövlətini heç zaman qəbul etmək istəməyib. Zahirən Azərbaycanı tanısalar da, daxilən əks təbliğata davam edib, münasibətlər korlandıqca bunu açıq şəkildə bəyan ediblər.


İran XİN rəsmisinin açıqlamalarından da göründüyü kimi, molla rejimi Azərbaycana qarşı ərazi iddialarını səsləndirmək üçün bütün bəhanə və şanslardan istifadə etməyə çalışır. Bu da mollaların əsl simasının növbəti bariz fotosu...

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev: “Azərbaycan artıq orta gücə çevrilir”

İlham Əliyev: “Azərbaycan artıq orta gücə çevrilir”

Prezident: “Bu gün Azərbaycan-ABŞ münasibətləri çox əladır” - VİDEO

Prezident: “Bu gün Azərbaycan-ABŞ münasibətləri çox əladır” - VİDEO

Rusiyada hərbi aerodromları partlatmaq istəyən şəxslər TUTULDU - DETALLAR

Rusiyada hərbi aerodromları partlatmaq istəyən şəxslər TUTULDU - DETALLAR

Tarixi abidələrlə bağlı YENİ QƏRAR

Tarixi abidələrlə bağlı YENİ QƏRAR

SON DƏQİQƏ! Rusiyada 6,7 bal gücündə ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Rusiyada 6,7 bal gücündə ZƏLZƏLƏ oldu

Pensiyalar BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Pensiyalar BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Rusiya Müdafiə Nazirliyi: Bir gecədə 342 Ukrayna PUA-sı məhv edilib

Rusiya Müdafiə Nazirliyi: Bir gecədə 342 Ukrayna PUA-sı məhv edilib

Avropada ekstremal istilərdən 10 mindən çox insan ölüb - FOTO

Avropada ekstremal istilərdən 10 mindən çox insan ölüb - FOTO

ABŞ senatoru Lindsi Qremin ölümünün ilkin səbəbi açıqlandı

ABŞ senatoru Lindsi Qremin ölümünün ilkin səbəbi açıqlandı

AZAL ilk dəfə beynəlxalq nüfuzlu “Great Place to Work” sertifikatı ilə təltif olundu

AZAL ilk dəfə beynəlxalq nüfuzlu “Great Place to Work” sertifikatı ilə təltif olundu

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

İlham Əliyev: “Ümid edirik ki, cənab Borrel birdəfəlik olaraq siyasətdən gedib” - VİDEO

İlham Əliyev: “Ümid edirik ki, cənab Borrel birdəfəlik olaraq siyasətdən gedib” - VİDEO

İlham Əliyev: "907-ci düzəliş" tamamilə ləğv edilməlidir - VİDEO

İlham Əliyev: "907-ci düzəliş" tamamilə ləğv edilməlidir - VİDEO

Prezident: “Borrelin dövründə Avropa Komissiyası ilə əlaqələrimiz tam uçuruma getmişdir”

Prezident: “Borrelin dövründə Avropa Komissiyası ilə əlaqələrimiz tam uçuruma getmişdir”

Bakı–Quba yolunda yanacaqdaşıyan maşın AŞDI: Yanğın oldu - VİDEO

Bakı–Quba yolunda yanacaqdaşıyan maşın AŞDI: Yanğın oldu - VİDEO

Bakıdakı yanğında 3 nəfər tüstüdən zəhərləndi

Bakıdakı yanğında 3 nəfər tüstüdən zəhərləndi

İlham Əliyev: “Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir” - VİDEO

İlham Əliyev: “Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir” - VİDEO

Prezident: “Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət tanımırıq” - VİDEO

Prezident: “Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət tanımırıq” - VİDEO

İlham Əliyev: “Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa yönəlib”

İlham Əliyev: “Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa yönəlib”

Abşeron rayonunda baş verən güclü yanğın söndürüldü

Abşeron rayonunda baş verən güclü yanğın söndürüldü

Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbulu BAŞLADI

Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbulu BAŞLADI

Odessa atəşə tutuldu: Avtodayanacaqda irimiqyaslı yanğın oldu – VİDEO

Odessa atəşə tutuldu: Avtodayanacaqda irimiqyaslı yanğın oldu – VİDEO

Prezident: “Həm Qərb, həm də Şərq istiqamətində qonşularımızla əlaqələrimiz əladır” - VİDEO

Prezident: “Həm Qərb, həm də Şərq istiqamətində qonşularımızla əlaqələrimiz əladır” - VİDEO

Rusiyanın Stavropol diyarı və Moskva hədəf alındı: Neft bazası yanır – VİDEO

Rusiyanın Stavropol diyarı və Moskva hədəf alındı: Neft bazası yanır – VİDEO

End of content

No more pages to load

RADİO