“Ermənistanın diktə dövrü bitib, Azərbaycanı eşitməlidirlər” – Tofiq Abbasovdan ŞƏRH

ATƏT-in Minsk Qrupunun həmsədrlərifevralın 16-da Ermənistan xarici işlər naziri Ara Ayvazyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə videokonfrans formatında ayrı-ayrılıqda görüş keçiriblər.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik görüşlərə qatılıb.

Həmsədrlər nazirlərlə bölgədə sabitliyin təşviqi, vasitəçilik prosesi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin rolu ilə əlaqədar fikir mübadiləsi aparıblar. 

Bizim.Media sözügedən görüşdə daha nələrin müzakirə olunması ilə bağlı suala cavab tapmaq üçün politoloq Tofiq Abbasovla əlaqə saxladı. 
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov həmsədrlərlə Qarabağ bəyanatını müzakirə etdi


Politoloq bildirdi ki, görüşdə müxtəlif müzakirə predmetləri var: 

“Çünki onlar artıq strateji mahiyyətə malik deyillər, faktiki mahiyyət kəsb edirlər. İlk növbədə bu, ondan ibarətdir ki, proseslərə Ermənistanın müdaxilələri minimuma endirilsin və İrəvan artıq siyasi-hərbi məqamlarla deyil, sırf humanitar məsələlərlə bağlı öz mövqeyini bildirsin.

Azərbaycanı eşitməyi bacarsın, çünki onların diktə eləmək dövrü bitib. 
Yeni status-kvo göstərir ki, proseslərin hamısında son söz Azərbaycanındır. Belə də olmalıdır.


Çünki 7 rayon öz yerində, amma erməni azlığının yaşadığı digər regiona da nəzarət bizdə olmalıdır. Oradakı bütün gediş-gəliş nəzarətdə saxlanılmalıdır”.

Tofiq Abbasovun fikrincə, həmin bölgədə baş verə biləcək bütün dəyişikliklər Azərbaycanın razılığı ilə olmalıdır. 

“Son günlər ərzində guya ermənilərin bir qrup zəvvarları ibadət üçün Kəlbəcərə getməyə hazırlaşıblar. Azərbaycan döyüşçüləri onları geri qaytarıb. Prinsip etibarilə prosedurlar var, yeni reqlamentlər mövcuddur ki, bunlara riayət eləmək lazımdır. 
 

Xüsusilə qeyd etmək istəyirəm ki, Ermənistanın XİN rəhbəri Ara Ayvazyan özünü son dərəcə təkəbbürlü və təxribatçı kimi aparır. Buna isə heç bir əsas yoxdur. Belə bir deyim var, köhnə bazara təzə bir rəis gəlir. Ayvazyan özünü sırf bu tərzdə aparır.


Bazar artıq öz mahiyyətini itirib. Köhnə bazara köhnə qaydalarla gəlirsə, onun heç bir uğuru olmayacaq. Bu adam özünü diplomat kimi aparmır. Çünki diplomatiyanın öz etiketi, mədəniyyəti var. Ayvazyan isə, iqtidarda təmsil olunmaqla yanaşı çalışır ki, onu Ermənistan müxalifəti də qəbul etsin. 
 

Bu baxımdan, Ceyhun Bayramovun ifadə etdiyi fikirlərin hamısı Azərbaycan dövlətinin maraqlarının kontekstindən irəli gəlir. Biz daha heç bir güzəştə getməyəcəyik, çünki ermənilər indi də qaydaları pozmaqla məşğuldurlar.


Özlərini söz sahibi kimi qələmə verməyə çalışırlar. Amma artıq bu era bitib. Bütün proseslərin ağırılığı yavaş-yavaş azalacaq”,- deyə Tofiq Abbasov qeyd etdi.

Anar Rəhimov, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pulla bağlı bəxti gətirəcək 5 BÜRC

Pulla bağlı bəxti gətirəcək 5 BÜRC

Azərbaycanda hansı avtomobillər daha çox satılır?

Azərbaycanda hansı avtomobillər daha çox satılır?

Universitetlərdə müəllim çatışmır - "250 manata kim işləyər?"

Universitetlərdə müəllim çatışmır - "250 manata kim işləyər?"

Ən gec qocalan 5 BÜRC

Ən gec qocalan 5 BÜRC

Bakıda yataq otağında ərinə kobud cavab verən QADIN DÖYÜLDÜ

Bakıda yataq otağında ərinə kobud cavab verən QADIN DÖYÜLDÜ

AzMİU-nun korpusu təmir ediləcək

AzMİU-nun korpusu təmir ediləcək

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir – VİDEO

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir – VİDEO

Azərbaycanda polkovnik VƏFAT ETDİ

Azərbaycanda polkovnik VƏFAT ETDİ

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşdü - FOTO

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşdü - FOTO

ABŞ 3 ölkədəki SEPAH tərəfdaşlarına sanksiya tətbiq etdi

ABŞ 3 ölkədəki SEPAH tərəfdaşlarına sanksiya tətbiq etdi

Husilərin yeni qərarı Pakistan və Səudiyyə Ərəbistanını hərəkətə keçirdi

Husilərin yeni qərarı Pakistan və Səudiyyə Ərəbistanını hərəkətə keçirdi

İsrail Qəzza ilə bağlı 15 bəndlik planı RƏDD ETDİ

İsrail Qəzza ilə bağlı 15 bəndlik planı RƏDD ETDİ

Gürcüstanın elektrik sistemindəki qəzanın ilkin nəticələri: Azərbaycan enerji sistemindən niyə ayrılıb?

Gürcüstanın elektrik sistemindəki qəzanın ilkin nəticələri: Azərbaycan enerji sistemindən niyə ayrılıb?

Fransada dəhşətli cinayət: Cütlüyün evindən 5 körpənin qalıqları tapıldı

Fransada dəhşətli cinayət: Cütlüyün evindən 5 körpənin qalıqları tapıldı

İran bu dəfə Bəhreyndəki hərbi bazaları vurdu - VİDEO

İran bu dəfə Bəhreyndəki hərbi bazaları vurdu - VİDEO

Paşinyandan etiraf: “Ermənistanda yetişdirilən balığı yemirəm”

Paşinyandan etiraf: “Ermənistanda yetişdirilən balığı yemirəm”

Sabah bu ərazilərdə işıqlar sönəcək - ÜNVANLAR

Sabah bu ərazilərdə işıqlar sönəcək - ÜNVANLAR

Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA

Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA

Bakıda qətl: 35 yaşlı gənc bıçaqlanaraq öldürüldü

Bakıda qətl: 35 yaşlı gənc bıçaqlanaraq öldürüldü

İki qadın güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq

İki qadın güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq

Göygöldə avtomobillər toqquşdu: 3 yaralı var - FOTO

Göygöldə avtomobillər toqquşdu: 3 yaralı var - FOTO

Ayı ilə olan görüntüsü turisti fenomen etdi - VİDEO

Ayı ilə olan görüntüsü turisti fenomen etdi - VİDEO

Azyaşlı uşağı olan analara işdə yeni güzəştlər verilə bilər - DETALLAR

Azyaşlı uşağı olan analara işdə yeni güzəştlər verilə bilər - DETALLAR

6-cı övladları motosikletlə xəstəxanaya çatdıqdan sonra dünyaya gəldi - VİDEO

6-cı övladları motosikletlə xəstəxanaya çatdıqdan sonra dünyaya gəldi - VİDEO

End of content

No more pages to load

RADİO