Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
Bizim.Media-nın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, nazirlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvar 2021-ci il tarixli razılaşmasının həyata keçirilməsini, eləcə də ikitərəfli və beynəlxalq gündəmdə duran aktual məsələləri müzakirə ediblər.
Bizim.Media