Ermənistanda revanşist qüvvələr dirçəlir – “Dəmir yumruq” işə düşəcəkmi? 

Bir neçə gün öncə Prezident İlham Əliyev Laçın rayonunun Güləbird kəndində çıxışı zamanı Ermənistandakı bəzi qüüvələrin yenidən müharibə hazırlığı içərisində olduğunu qeyd etmişdi.

Bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa çalışdığını qeyd edən Ali Baş Komandan, Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışdıqlarını vurğulamışdı.

 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: “Azərbaycanı növbəti müharibə ilə hədələməyə çalışırlar” - VİDEO


“Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın”, deyə prezident əlavə etmişdi.

Son günlərdə Ermənistana baş verən siyasi proseslər də Ali Baş Komandanın bu istiqamətdə səsləndirdiyi fikirlərin nə dərəcədə düzgün analizlərə əsaslandığını bir daha ortaya qoyur.

Ermənistan bu gün I Qarabağ müharibəsinin şəxsən iştirakçısı olmuş iki şəxsin, keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın yenidən hakimiyyət iddiaları ilə çalxalanır.

 

Əli soydaşlarımızın qanına batmış bu şəxslər sadəcə hakimiyyətə iddialı olmaqla kifayətlənmir, əksinə Qarabağ münaqişəsində Ermənistanın məğlubiyyətinin revanşını alacaqlarını da rəsmən bəyan edirlər.


Xocalı canilərindən olan Serj Sarkisyan verdiyi müsahibəsində neft-qaz kəmərlərini vurmaqdan, taktiki “İsgəndər” raketlərindən Azərbaycan şəhərlərinə və kəndlərinə qarşı istifadə olunmasından danışır. Müharibənin hələ bitmədiyini düşünən bu şəxslər Azərbaycana qarşı yeni müharibə başlamağın və yeni hücumlar həyata keçirməyin ilkin anonslarını verirlər. 

Görünən odur ki, Ermənistan daxilində müəyyən qüvvələr Qarabağda münaqişənin yenidən alovlandırılmasında olduqca maraqlıdır.

Tərəflər arasında imzalanmış razılaşmaların pozulması və Azərbaycana qarşı daha əvvəl də icra etdikləri kimi terrorist hücumların həyata keçirilməsi məsələsini gündəmə gətirməyə çalışırlar. 

Bu, istər siyasi hakimiyyət səviyyəsində, istərsə də müxalif çevrələrdə müzakirə olunmasından asılı olmayaraq bölgədəki təhlükəsizlik və sabitliyi təhdid edən əsas amildir, əsrlər keçsə də dəyişməyən erməni faşizminin göstəricisidir. 

 

Azərbaycan 2021-ci ilin əvvəlində Türkiyə ilə birgə keçirdiyi Qars təlimləri ilə əslində Ermənistandakı müharibə həvəskarlarına lazımlı və tutarlı mesaj ünvanlamışdı. Təlimlərin qışda və çətin dağ şəraitində keçirilməsi Ermənistana istənilən şəraitdə və istənilən formada hər hansı təxribatçı addıma qarşı cavab veriləcəyini göstərirdi.


Lakin görünən odur ki, verilən mesaj revanşist ermənilər tərəfindən yaxşı başa düşülməyib.

Çünki Ermənistandakı bəzi dairələr Azərbaycana və bötövlükdə regiondakı təhlükəsizliyə qarşı yönələn təxribatçı addımlardan əl çəkmək niyyətində deyillər.

“Dəmir yumruq”la tərbiyyə olunmağa öyrəşmiş Ermənistan tərəfinin unutduğu əsas məqam isə Azərbaycanın təkcə Qarabağda yox, bütün bölgədə sülhün və əmin-amanlığın əsas təminatçısı olmasıdır.

 

Məhz bu gücün sayəsində Azərbaycan bölgədə baş verən hər şeydən xəbərdardır və bölgəni bir daha qan gölünə çevirmək istəyən erməni faşizminin yenidən baş qaldırmasına imkan verə bilməz.


Bu, Azərbaycanın bütün bölgənin gələcəyi, o cümlədən Ermənistan xalqının gələcəyi üçün daşıdığı əsas məsuliyyətidir.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Makron İrəvanın mərkəzini gəzdi - VİDEO

Makron İrəvanın mərkəzini gəzdi - VİDEO

Şakiranın konsertinə rekord sayda tamaşaçı gəldi - VİDEO

Şakiranın konsertinə rekord sayda tamaşaçı gəldi - VİDEO

Bir çox məşhurun sevimli yaşıl kokteyli

Bir çox məşhurun sevimli yaşıl kokteyli

Könül Kərimova nəvəsi ilə - FOTO

Könül Kərimova nəvəsi ilə - FOTO

Türkiyədə təhsil alan azərbaycanlı faciəli şəkildə HƏLAK OLDU

Türkiyədə təhsil alan azərbaycanlı faciəli şəkildə HƏLAK OLDU

Türkiyədə güclü fırtına: Ölən və yaralananlar var - FOTO

Türkiyədə güclü fırtına: Ölən və yaralananlar var - FOTO

Lənkəranda çay evində dava qanla bitdi

Lənkəranda çay evində dava qanla bitdi

İraq Prezidenti Ümumdünya Şəhərsalma Forumuna dəvət olundu

İraq Prezidenti Ümumdünya Şəhərsalma Forumuna dəvət olundu

Tramp İranın yeni təklifini rədd etdi

Tramp İranın yeni təklifini rədd etdi

Fərid Qayıbov Serbiyanın idman naziri ilə görüşdü - FOTO

Fərid Qayıbov Serbiyanın idman naziri ilə görüşdü - FOTO

İçərişəhərdə qala divarının aşınan hissəsi bərpa edildi - VİDEO

İçərişəhərdə qala divarının aşınan hissəsi bərpa edildi - VİDEO

Kreditlərin faizləri artıb? - VİDEO

Kreditlərin faizləri artıb? - VİDEO

"15 ildir bina tikilib, amma bizə sənəd verilmir" - Sakinlərdən ŞİKAYƏT - VİDEO

"15 ildir bina tikilib, amma bizə sənəd verilmir" - Sakinlərdən ŞİKAYƏT - VİDEO

Mingəçevirdə qəza: Xəsarət alan var

Mingəçevirdə qəza: Xəsarət alan var

Amerikalı nazirdən açıqlama: "İran tezliklə neft quyularını bağlaya bilər"

Amerikalı nazirdən açıqlama: "İran tezliklə neft quyularını bağlaya bilər"

Makron Bricitin niyə Ermənistana gəlmədiyini açıqladı - VİDEO

Makron Bricitin niyə Ermənistana gəlmədiyini açıqladı - VİDEO

Bir e-mail dünyanı necə dəyişdi? - "Bitcoin"in arxasındakı ideya

Bir e-mail dünyanı necə dəyişdi? - "Bitcoin"in arxasındakı ideya

Azərbaycanlı boksçu Kalininqradda qələbə qazandı

Azərbaycanlı boksçu Kalininqradda qələbə qazandı

Makron Ermənistana gəldi - FOTO

Makron Ermənistana gəldi - FOTO

Lerikdə 21 yaşlı gənci ildırım vurub öldürdü

Lerikdə 21 yaşlı gənci ildırım vurub öldürdü

Sumqayıtda fəhlə iş zamanı ÖLDÜ

Sumqayıtda fəhlə iş zamanı ÖLDÜ

Malatyada sərnişin avtobusu dərəyə aşdı - 4 ölü, 15 yaralı var - VİDEO

Malatyada sərnişin avtobusu dərəyə aşdı - 4 ölü, 15 yaralı var - VİDEO

Samir Rzayev: “Bakı–Belqrad reysi sərnişinlər üçün uğurlu olacaq”

Samir Rzayev: “Bakı–Belqrad reysi sərnişinlər üçün uğurlu olacaq”

“Air Serbia”nın baş direktoru: Bakı-Belqrad reysləri regional hava nəqliyyatında yeni imkanlar açır

“Air Serbia”nın baş direktoru: Bakı-Belqrad reysləri regional hava nəqliyyatında yeni imkanlar açır

End of content

No more pages to load

RADİO