Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə İsrailin Avropa İttifaqı (Aİ) və NATO-dakı səfiri Haim Regevlə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Cəfər Hüseynzadə özünün "Twitter" hesabında məlumat verib.
"Biz NATO tərəfdaşlığı, regiondakı vəziyyəti və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdik. Biz Azərbaycanın İsraildə səfirliyinin açılmasını yüksək qiymətləndiririk", - deyə diplomat qeyd edib.

Bizim.Media