Rusiya Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesinə dəstək verir.
Bizim.Media xəbər verir ki, bu fikirləri fevralın 14-də Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
O, eyni zamanda regiona səfəri və Kremlin sülh müqaviləsi ilə bağlı atdığı addımlar barədə Azərbaycan liderinə məlumat verib.
Bizim.Media