Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova arasında görüş keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Dövlət Dumasının Mətbuat Xidməti yayıb.
Mənbə yazır ki, görüş çərçivəsində iki ölkənin parlamentləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Bu, Dövlət Duması ilə Milli Məclis arasında imzalanmış ilk sazişdir.
Bundan başqa, görüşdə yüksək səviyyəli parlamentlərarası komissiyanın yaradılması haqqında qərar qəbul edilib.
Bizim.Media