“Əminəm ki, biz bütün istiqamətlər üzrə hədəflərə çatacağıq və necə ki, neft və qaz layihələri, eyni qaydada Azərbaycanın elektrik enerjisi də Avropa məkanına çatdırılacaq”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində söyləyib.
Prezident daha sonra deyib:
“Bu məqsədlə keçən ilin dekabr ayında müvafiq anlaşma imzalanıb və Azərbaycanın potensialı, o cümlədən yaşıl enerji potensialı Avropa üçün yeni imkanlar açacaq”.
Bizim.Media