KP: “Ermənistanda anti-Rusiya təbliğatı aparılır” - Faktlar

Ermənistanda “sorosçular”la bağlı qalmaqal qaldığı yerdən davam edir. Sorosçuların fəaliyyəti artıq o həddə çatıb ki, Rusiyanın maraqlarını belə təhdid etməyə başlayıb.

Məhz bu səbəblə Rusiyanın “Komsomolskaya Pravda” qəzeti Ermənistan sorosçularına və onların anti-Rusiya fəaliyyətinə ayrıca bir məqalə həsr etməyə ehtiyac duyub. 
 

MÖVZU İLƏ BAĞLI:

Erməni jurnalistdən şok açıqlama: “6 ay sonra Ermənistan dövlət kimi mövcud olmayacaq”


Sorosun və onun Açıq Cəmiyyət Fondunun "balaları" Paşinyan hökumətində əsas vəzifələri tutduqlarına, hətta bu şəxslər uzaq durmalı olduqları bir sıra önəmli qurumlara və təşkilatlara da nüfuz etməyi bacarıblar, deyə qəzet qeyd edib.

Sorosçuların uzaq durmalı olduqları qurum isə Ermənistan və Rusiya arasındakı müqaviləyə uyğun olaraq 1999-cu ildə yaradılan Rus-Erməni Universitetidir.

Adı çəkilən universitet birbaşa Soros Fondu tərəfindən maliyyələşdirilən Amerika Universitetinin alternativi hesab olunurdu.

Qəzet qeyd edir ki, son vaxtlara qədər Rus-Erməni Universiteti ölkənin ən nüfuzlu təhsil müəssisələrindən biri idi və Amerika Universitetini hər cəhətdən qabaqlayırdı. Eyni zamanda, universitetin maliyyələşdirilməsi tamamilə Rusiya tərəfindən həyata keçirilirdi.

Lakin maddi asılılığa baxmayaraq Moskva heç vaxt universitetin nə kadr siyasətinə, nə təhsil və elmi işlərə, nə də universitetin təşkilati məsələlərinə qarışmayıb. Elə hər şey də məhz bundan sonra başlayıb.

Məlumata görə son illərdə, xüsusilə Paşinyan hakimiyyətə gəldikdən sonra, universitetin rektoru Armen Darbinyanın təmsil etdiyi universitet rəhbərliyi daxildə və kənarda Qərb dəyərlərini fəal şəkildə təbliğ etməyə başlayıb.

Universitetdə keçirilən “Ermənistanın Rusiyanın təsirindən çıxması zərurəti”-nin fəal şəkildə təbliğ olunduğu konfranslar və seminarlar bu işdə önəmli rol oynayıb.

Bu cür seminarlarda və konfranslarda dəfələrlə yalnız Ermənistanda deyil, bütün Qafqazda “təhlükəsizliyin əsas qarantı” olaraq ABŞ və NATO-nun rolu və əhəmiyyəti vurğulanıb.

Məqalə müəllifi qeyd edir ki, Rusiya ilə sıx əməkdaşlığı təbliğ edən müəllimlər birbaşa universitetin rektoru Darbiyan tərəfindən sıxışdırılıb və universiteti tərk etməyə məcbur edilib.

Xaric olunan müəllimlərin yerləri isə boş qalmayıb. Onların əvəzinə elə də ixtisaslı olmasalar da ideoloji planda “düzgün təlim görmüş” Amerika Universitetinin qərbyönlü düşüncəli kadrlar təyin olunublar.

Digər tərəfdən bir çox tələbə təhsil müddətində Sorosun Açıq Cəmiyyət Fondunun proqramlarında fəal işlərlə əlaqələndirib və hətta müvafiq qrantlar alıb.

Son illərdə universitetdən təşkil olunan konfranslarda iştirak etmək üçün anti-Rusiya baxışları və qərbyönümlü hissləri olan diplomatik korpusun nümayəndələri, ictimai xadimlər və erməni ekspertlər dəvət edilib.

Qəzet vurğulayır ki, Sorosun hesabına yaradılan və fəaliyyət göstərən Ermənistanın bütün gənclər və tələbə strukturlarının fəalları indi bu istiqamətdə iş görməyə çalışırlar.

Lakin bu heç də təəccüblü deyil, çünki onlar əvvəlcədən anti-rus ideologiyası üçün yaradılıblar. Bu şəxslər eyni zamanda Ermənistanda terrorçu təşkilat hesab olunan və Paşinyan rəhbərliyi altında "qanuni bir siyasi güc" halına gələn "Sasna Tsrer" partiyası ilə yaxından əlaqəlidir.

Sorosun respublikadakı strukturlarını fəal şəkildə dəstəkləyirlər. Rusiyadan maaş alan Darbiyanın yalnız Sasna Tsrerə olan rəğbətini gizlətməməsi, həm də bu partiyanı dəstəkləməsi xüsusilə diqqət çəkir.

Qəzet, Rus-Erməni Universiteti Moskva və İrəvan dostluğunun möhkəmləndirilməsi üçün bir vasitə olacağını, bu təhsil müəssisəsinin məzunlarının birgə humanitar, elmi potensiallarının inkişafına töhfə verəcəkləri gözlənilirdi.

Ancaq məlum olub ki, pullar Amerika Universitetinin professorlarının işi üçün ödənilir və rus rublu ilə “demokratiya və qərb dəyərləri uğrunda mübarizə cəbhəsi” üçün “sadiq sorosçular” olan rusofobları yetişdirirlər. 

Rəvan Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Günay Ağamalının döydürdüyü deyilən köməkçisindən - Açıqlama

Günay Ağamalının döydürdüyü deyilən köməkçisindən - Açıqlama

Putin ehtiyatda olanları orduya çağırır

Putin ehtiyatda olanları orduya çağırır

Özəl sifarişlə işləyir, gündə cəmi 7 dənə istehsal edir: Birini 200 manata satır - FOTO

Özəl sifarişlə işləyir, gündə cəmi 7 dənə istehsal edir: Birini 200 manata satır - FOTO

Britaniya kralının kiçik qardaşı TUTULDU

Britaniya kralının kiçik qardaşı TUTULDU

Bakı metrosundakı tüstülənmənin SƏBƏBİ AÇIQLANDI – RƏSMİ

Bakı metrosundakı tüstülənmənin SƏBƏBİ AÇIQLANDI – RƏSMİ

Şagirdlər TƏHLÜKƏDƏ – Döşəməsi çökmüş, sanitar qovşağı uçmuş məktəb niyə TƏMİR OLUNMUR? – VİDEO

Şagirdlər TƏHLÜKƏDƏ – Döşəməsi çökmüş, sanitar qovşağı uçmuş məktəb niyə TƏMİR OLUNMUR? – VİDEO

Müharibə veteranlarının pensiyaları necə hesablanacaq?

Müharibə veteranlarının pensiyaları necə hesablanacaq?

Nazirlikdən üzərliklə bağlı ÇAĞIRIŞ: “Xaricə səyahət edərkən üzərinizdə götürməyin!”

Nazirlikdən üzərliklə bağlı ÇAĞIRIŞ: “Xaricə səyahət edərkən üzərinizdə götürməyin!”

Aleks Fernandesin yeni komandası BƏLLİ OLDU

Aleks Fernandesin yeni komandası BƏLLİ OLDU

Hikmət Hacıyev: “Məhkəmənin Vardanyanla bağlı qərarı 30 illik münaqişənin məntiqi yekunudur”

Hikmət Hacıyev: “Məhkəmənin Vardanyanla bağlı qərarı 30 illik münaqişənin məntiqi yekunudur”

Xanabad kəndinə İLK KÖÇ: 154 nəfər qayıtdı – FOTO/VİDEO

Xanabad kəndinə İLK KÖÇ: 154 nəfər qayıtdı – FOTO/VİDEO

Britaniyalı cütlüyə İranda 10 il həbs cəzası verildi

Britaniyalı cütlüyə İranda 10 il həbs cəzası verildi

Zaur İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ

Zaur İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ

Bakı metrosundan kimlər ödənişsiz istifadə edə bilər?

Bakı metrosundan kimlər ödənişsiz istifadə edə bilər?

Bu abituriyentlər sənəd qəbulu komissiyasına getməlidir - DİM AÇIQLADI

Bu abituriyentlər sənəd qəbulu komissiyasına getməlidir - DİM AÇIQLADI

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Cəlilabadda dəfn edildi – FOTO

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Cəlilabadda dəfn edildi – FOTO

İnternetinizdə zəifləmə var? – SƏBƏBİ bəlli oldu

İnternetinizdə zəifləmə var? – SƏBƏBİ bəlli oldu

Günay Ağamalı köməkçisini döydürüb? – Özü danışdı

Günay Ağamalı köməkçisini döydürüb? – Özü danışdı

19 dövlət orqanında 45 vakant vəzifə ümumi müsahibəyə ÇIXARILDI

19 dövlət orqanında 45 vakant vəzifə ümumi müsahibəyə ÇIXARILDI

TƏCİLİ! Bakı metrosunda qatarda TÜSTÜLƏNMƏ - Sərnişinlər düşürüldü – VİDEO

TƏCİLİ! Bakı metrosunda qatarda TÜSTÜLƏNMƏ - Sərnişinlər düşürüldü – VİDEO

FAKTİKİ HAVA: Daşkəsən və Şahdağa qar yağır

FAKTİKİ HAVA: Daşkəsən və Şahdağa qar yağır

“Araz Naxçıvan”ın legioneri yenidən KOMANDAYA QOŞULDU

“Araz Naxçıvan”ın legioneri yenidən KOMANDAYA QOŞULDU

100 illik qayda dəyişir: Qırmızı, sarı və yaşılın yanına yeni rəng gəlir

100 illik qayda dəyişir: Qırmızı, sarı və yaşılın yanına yeni rəng gəlir

Şəhid Mahir Quliyevlə vida mərasimi keçirilir – FOTO/VİDEO

Şəhid Mahir Quliyevlə vida mərasimi keçirilir – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO