Araik Arutyunyanla görüşün məqsədi nə idi...

Bu günlərdə erməni tərəfi xəbər yaydı ki, Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutyunyan Azərbaycanın rəsmi nümayəndəsi ilə görüşüb.

Görüşdə Rusiya sülhməramlı qüvvələrinin komandanı, general Rüstəm Muradov və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan iştirak ediblər.

Erməni tərəfi görüşdə “əsir və itkin düşmüş şəxslərlə bağlı məsələlərin müzakirə olunduğunu” bildirib, Azərbaycan tərəfdən görüşdə kimin iştirak etdiyini dəqiqləşdirməyib.

Bakıdan isə bu görüşlə bağlı hələlik rəsmi məlumat verilməyib. Hərçənd xəbər sosial şəbəkələrdə və ekspertlər arasında müəyyən ajiotaja səbəb olub.

Bir çoxları bu görüşü “separatçıların lideri ilə rəsmi danışıqların başlanması” kimi yozublar.

Yaxud Azərbaycan hüquq-mühafizə orqanlarının Araik Arutyunyanı axtarışa verdiyi halda onunla görüş faktının nə məna daşıdığı haqda suallar səslənir.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov məsələ ilə bağlı virtualaz.org-a açıqlamasında deyib ki, onun fikrincə görüşdə müzakirə edilən məsələlərin çevrəsi humanitar məsələlərdən daha geniş olub.
 

“Araik Arutyunyanla görüşmək ən azından ona görə lazım idi ki, aydınlaşdıraq-onun patriotizminin dəyəri nədir? Avtomobilini havaya uçuracaq idarəolunan raketdən bahadırmı? Əlbətdə, həm də gələcəkdə nə etmək barədə danışmaq üçün görüşmək lazım idi.


Bu cür görüşlərdə hansı məsələlərin həll edilə biləcəyinə gəldikdə isə, hesab edirəm ki, texniki xarakter daşıyan bir çox məsələlər qaldırılıb. Orada müəyyən məsələrlə bağlı qarşılıqlı əlaqələr, məsələn, erməni hərbi personalının sülhməramlı qüvvələrin məsuliyyət zonası olan ərazilərdən çıxarılması, bu ərazilərdən keçən kommunikasiyalar, sülhün təmin edilməsi məsələləri və s. müzakirə oluna bilərdi”,-keçmiş xarici işlər naziri deyib.

T.Zülfüqarov deyib ki, Arutyunyanın hərbi cinayətkar olması şübhəsizdir.

Lakin bu görüşü tənqid edənlərə xatırlatmaq lazım gəlir ki, təkcə Arutyunyan hərbi cinayətkar deyil, separatçı rejimə ondan əvvəl başçılıq edənlərin də hamısı cinayətkarlardır.
 

“Deməliyəm ki, həm dövlət başçısı, həm digər şəxslər, o cümlədən mən özüm nazir işləyəndə öz əməllərinə görə hərbi cinayətkarlar hesab edilən şəxslərlə görüşməli, danışıqlar aparmalı olmuşuq.


Və burada təəcüblü heç nə yoxdur. Bütün münaqişələrdə belə praktika istifadə olunur. Məsələn, Şimali İrlandiya. Orada britaniyalı hərbçilərə qarşı terror aktları törədənlərlə danışıqlar aparılıb. Yəni bu, dünyada qəbul edilən praktikadır”,-Zülfüqarov bildirib.

Keçmiş nazir deyib ki, əslində 1994-cü ildən bəri Dağlıq Qarabağ separatçılarının nümayəndələri ilə görüş ilk dəfə deyil baş verir. Belə görüşlər dəfələrlə olub.
 

“Bəs biz Minsk Qrupu çərçivəsində kiminlə görüşürdük? Bir daha təkrar edirəm ki, bu, münaqişələrdə qəbul edilmiş praktikadır. Məsələləri hərbi toqquşmalara getmədən dinc yolla həll etmək cəhdləridir.


Ən sadə olanı budur ki, özünü patriot hesab edəsən və görüşə yollanasan, tapançanı çıxarıb iştirakçıları güllələyəsən. Prinsipcə, bu baş verə bilər və haqq qazandırılardı. Lakin belə hərəkət daha çox qurbanlara gətirib çıxaracaq hadisələrə səbəb olacağı üçün heç kim belə eləmir.

Bizim hakimiyyət birmənalı şəkildə hərbi cinayətkarlar olan adamlara  şəxsi münasibətini kənara qoyaraq belə addıma gedir. Çünki işin marağı bunu tələb edir.
 

Belə görüşlərdə müzakirə olunan məsələlər texniki və ya hərbi-texniki xarakter daşıya bilər. Başa düşmək lazımdır ki, belə görüş kimisə tanımaq mənasını vermir.


Hətta müharibənin gedişində səngərdə üz-üzə dayanan tərəflər öz aralarında əsirlərin və meyitlərin dəyişdirilməsi, yaralıların döyüş meydanından çıxarılması ilə bağlı anlaşmalar əldə edirlər. Yəni belə təmaslar siyasi xarakter daşımır və kiminsə tanınması faktı deyil”,-T.Zülfüqarov belə deyib.

Keçmiş nazir daha bir məqama diqqəti cəlb edir, bildirir ki, indiki təmaslar hansısa yeni situasiyada baş verir.

İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq münaqişədən Ermənistan amili faktiki olaraq kənarlaşıb.

İndi bəzi elementlər qalır ki, həmin amil birdəfəlik aradan qaldırılsın. Azərbaycan tərəfi də bunun üzərində işləyir.

“Yəni Ermənistan indi bizim üçün sadəcə qonşu ölkədir və onunla postmünaqişə situasiyasında münasibətlər qurulur”,-o vurğulayıb.

Zülfüqarovun sözlərinə görə, digər məsələlər qrupu Azərbaycan ərazilərinin bir hissəsində kompakt yaşayan erməni əhalisi ilə bağlıdır.

Bu ərazi müvəqqəti olaraq Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altındadır.

Orada yaşayan erməni əhalisini Azərbaycan öz vətəndaşları sayır və onların reinteqrasiyasını qarşıya vəzifə qoyub.

“Bizim bəhs etdiyimiz görüş də bu siyasət çərçivəsində keçirilir. Yəni bu görüş beynəlxalq xarakter daşımır və hansısa texniki məsələlərin həlli üçün lazımdır. İndi bu Azərbaycanın daxili məsələsidir, bizim bu gün heç vasitəçilərə də ehtiyacımız yoxdur”,-keçmiş nazir bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Bunu evdən öyrənib efirə gəlin" - Könül Kərimovadan irad

"Bunu evdən öyrənib efirə gəlin" - Könül Kərimovadan irad

Pulla bağlı bəxti gətirəcək 5 BÜRC

Pulla bağlı bəxti gətirəcək 5 BÜRC

Azərbaycanda hansı avtomobillər daha çox satılır?

Azərbaycanda hansı avtomobillər daha çox satılır?

Universitetlərdə müəllim çatışmır - "250 manata kim işləyər?"

Universitetlərdə müəllim çatışmır - "250 manata kim işləyər?"

Ən gec qocalan 5 BÜRC

Ən gec qocalan 5 BÜRC

Bakıda yataq otağında ərinə kobud cavab verən QADIN DÖYÜLDÜ

Bakıda yataq otağında ərinə kobud cavab verən QADIN DÖYÜLDÜ

AzMİU-nun korpusu təmir ediləcək

AzMİU-nun korpusu təmir ediləcək

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir – VİDEO

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir – VİDEO

Azərbaycanda polkovnik VƏFAT ETDİ

Azərbaycanda polkovnik VƏFAT ETDİ

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşdü - FOTO

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşdü - FOTO

ABŞ 3 ölkədəki SEPAH tərəfdaşlarına sanksiya tətbiq etdi

ABŞ 3 ölkədəki SEPAH tərəfdaşlarına sanksiya tətbiq etdi

Husilərin yeni qərarı Pakistan və Səudiyyə Ərəbistanını hərəkətə keçirdi

Husilərin yeni qərarı Pakistan və Səudiyyə Ərəbistanını hərəkətə keçirdi

İsrail Qəzza ilə bağlı 15 bəndlik planı RƏDD ETDİ

İsrail Qəzza ilə bağlı 15 bəndlik planı RƏDD ETDİ

Gürcüstanın elektrik sistemindəki qəzanın ilkin nəticələri: Azərbaycan enerji sistemindən niyə ayrılıb?

Gürcüstanın elektrik sistemindəki qəzanın ilkin nəticələri: Azərbaycan enerji sistemindən niyə ayrılıb?

Fransada dəhşətli cinayət: Cütlüyün evindən 5 körpənin qalıqları tapıldı

Fransada dəhşətli cinayət: Cütlüyün evindən 5 körpənin qalıqları tapıldı

İran bu dəfə Bəhreyndəki hərbi bazaları vurdu - VİDEO

İran bu dəfə Bəhreyndəki hərbi bazaları vurdu - VİDEO

Paşinyandan etiraf: “Ermənistanda yetişdirilən balığı yemirəm”

Paşinyandan etiraf: “Ermənistanda yetişdirilən balığı yemirəm”

Sabah bu ərazilərdə işıqlar sönəcək - ÜNVANLAR

Sabah bu ərazilərdə işıqlar sönəcək - ÜNVANLAR

Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA

Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA

Bakıda qətl: 35 yaşlı gənc bıçaqlanaraq öldürüldü

Bakıda qətl: 35 yaşlı gənc bıçaqlanaraq öldürüldü

İki qadın güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq

İki qadın güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq

Göygöldə avtomobillər toqquşdu: 3 yaralı var - FOTO

Göygöldə avtomobillər toqquşdu: 3 yaralı var - FOTO

Ayı ilə olan görüntüsü turisti fenomen etdi - VİDEO

Ayı ilə olan görüntüsü turisti fenomen etdi - VİDEO

Azyaşlı uşağı olan analara işdə yeni güzəştlər verilə bilər - DETALLAR

Azyaşlı uşağı olan analara işdə yeni güzəştlər verilə bilər - DETALLAR

End of content

No more pages to load

RADİO