Tehranın dəstəklədiyi terrorçu QRUPLAŞMALAR - İran Yaxın Şərqi qan gölünə necə çevirdi?

Yaxın Şərqi uzun illərdir qan gölünə çevirən münaqişələrdə hər zaman fərqli terror qruplaşmaları tərəf kimi çıxış ediblər. Və hər kəs razılaşar ki, terror təşkilatları əksər hallarda hansısa ölkənin bilavasitə və ya dolayı dəstəyilə səhnəyə çıxır.

Əksər hallarda bu cür qruplaşmaların yaradılmasında Qərb ölkələri ittiham edilir, onların İslamı parçalamaq üçün terror kartından istifadə etmələri arqument kimi göstərilir.

Lakin çox zaman diqqətdən yayınır ki, regiondakı terrorun əsas dəstəkçisi elə bölgə ölkələrindən olan İrandır.
Bu gün Yaxın Şərqdə hansı münaqişəyə baxsaq, orada İranın əlinin olduğunu görə bilərik. Hətta daha da irəli gedib deyə bilərik ki, şiəliyi əlində bayraq etmiş bütün qruplaşmalar İran xeyir-duası ilə hərəkət edir.

Cənub qonşumuzun terrora verdiyi dəstəklə bağlı bir sıra faktlarla nəzər salaq:

- 44 günlük müharibə dönəmində cənub qonşumuzun ərazisində hazırlanan terrorçuların Qarabağda Azərbaycana qarşı vuruşması ilə bağlı xeyli sayda ittihamlar mövcud idi.

Ermənilərlə birlikdə ölkəmizə qarşı döyüşdüyü sübut olunan “ASALA” və “PKK” terrorçularının bir qisminin məhz İran ərazisində hazırlandığı, yaxud da rəsmi Tehranın icazəsilə münaqişə zonasına gəldiyi iddiaları heç də az olmayan dəlillərlə dəstəklənməkdədir.
- Regionda əsas rəqibi olan İsrailə qarşı terror təşkilatlarına göstərdiyi yardımlar isə rəsmi Tehran tərəfindən inkar olunmayıb. Xüsusilə də “Hizbullah” və “Həmas” qruplaşmalarının İrandan ciddi maliyyə, eyni zamanda silah dəstəyi alması bütün dünyada bilinən reallıqdır.

Ötən ilin yayında İsrailə edilən hücumlarda rəsmi Tel-Əvivə qarşı “Həmas” tərəfindən istifadə olunan sursatların böyük əksəriyyətinin də məhz İran istehsalı olması rəsmi Tehranın yardımlarını sübuta yetirir.

- İranın əlinin olduğu digər münaqişə zonası isə Yəməndir. Molla rejimi ABŞ-ın bölgədəki əsas müttəfiqlərindən olan Səudiyyə Ərəbistanına qarşı mübarizə aparan husilərə verdiyi dəstəyi gizlətməyə cəhd belə göstərmir.

- İranın ekstremist qruplara verdiyi dəstəyi Suriya münaqişəsində özünü daha qabarıq formada nümayiş etdirib. Əsasən, Bəşər Əsədi dəstəkləyən “Həşdi-Şabi”, “Mehdinin ordusu” kimi qruplaşmalara açıq formada yardım etməklə, vətəndaş müharibəsinin bu qədər uzun müddət davam etməsində rəsmi Tehran gözardı edilməyəcək qədər böyük rolu var.

- Son həftələrdə artıq İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi tanınması geniş müzakirə olunur. Yəni, İran ordusunun öncül birlikləri belə əksəriyyət tərəfindən terrorçu kimi görülür ki, bunun özü belə cənub qonşumuzun terrorçu dövlət olmasının bariz örnəyidir.

Qeyd edilməsi vacib olan digər məqam isə İranda terrorçuların hazırlanması ilə bağlı iddiaların yalnız Qərb mətbuatı tərəfindən verilməməsidir, eyni zamanda Türkiyə və Pakistan tərəfi də dəfələrlə rəsmi Tehranın bu cür addımlara son qoymasını açıq şəkildə tələb edib.

İranın terror dövləti olmasının son örnəyi

Yanvarın 27-də Tehrandakı səfirliyimizə edilən hücum İranın terror dövləti olmasını bir daha sübuta yetirdi.

Molla rejimi beynəlxalq hüququ ayaqlar altına ataraq, səfirliyimizə hücumu təşkil etdi, ya da buna göz yumdu. Və İranın terrorçu mahiyyəti artıq bütün dünya tərəfindən qəbul edilir ki, bir çox ölkələr vətəndaşlarını İranı tərk etməyə və ora səfər etməməyə çağırırlar. 
Yəni, nə qədər ki, molla rejimi hakimiyyətdədir, Yaxın Şərqdə terror bitməyəcək və bundan bütün region ölkələri zərər görəcək.

Murad Əhmədov, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev G20-yə dəvətə görə Trampa təşəkkür etdi

İlham Əliyev G20-yə dəvətə görə Trampa təşəkkür etdi

“Həyatımda nə qədər ilanlar, əqrəblər olub“ – VİDEO

“Həyatımda nə qədər ilanlar, əqrəblər olub“ – VİDEO

"David Seliverstov" kimi tanınan dələduzun məşhur qohumluğu üzə çıxdı

"David Seliverstov" kimi tanınan dələduzun məşhur qohumluğu üzə çıxdı

İlham Əliyev Donald Trampla DANIŞDI

İlham Əliyev Donald Trampla DANIŞDI

Rubiodan Bakı və İrəvana TƏBRİK: "Cəsarət və uzaqgörənlik nümayiş etdirdiniz!"

Rubiodan Bakı və İrəvana TƏBRİK: "Cəsarət və uzaqgörənlik nümayiş etdirdiniz!"

“Baku Bus” Gəncədə qəzaya düşdü – FOTO

“Baku Bus” Gəncədə qəzaya düşdü – FOTO

Gürcüstanda dövlət bayraqları yarıya endirildi – VİDEO

Gürcüstanda dövlət bayraqları yarıya endirildi – VİDEO

Uitkoff Vaşinqton Bəyannaməsi haqda: “Bu böyük ölkələrin gələcəyi parlaqdır”

Uitkoff Vaşinqton Bəyannaməsi haqda: “Bu böyük ölkələrin gələcəyi parlaqdır”

Məsud Pezeşkianın oğlu türkcə danışdı - VİDEO

Məsud Pezeşkianın oğlu türkcə danışdı - VİDEO

Elnarə Xəlilova əsgər geyimində - FOTO

Elnarə Xəlilova əsgər geyimində - FOTO

Məktəb direktoru olmaq üçün müraciət edənlərin sayı AÇIQLANDI

Məktəb direktoru olmaq üçün müraciət edənlərin sayı AÇIQLANDI

Trampla Paşinyan TRIPP layihəsinin icrasını MÜZAKİRƏ ETDİ

Trampla Paşinyan TRIPP layihəsinin icrasını MÜZAKİRƏ ETDİ

Pensiya ilə bağlı gözlənilən qərar - Yığılan yüz minlərlə manat…

Pensiya ilə bağlı gözlənilən qərar - Yığılan yüz minlərlə manat…

"Azərbaycandan sonra Türkiyə də məhdudiyyətləri qaldırdı..."

"Azərbaycandan sonra Türkiyə də məhdudiyyətləri qaldırdı..."

Sabirabadda 16 yaşlı qızın meyiti TAPILDI

Sabirabadda 16 yaşlı qızın meyiti TAPILDI

“Azərbaycan və Ermənistan liderləri davamlı sülhə yol açıblar” - FOTO

“Azərbaycan və Ermənistan liderləri davamlı sülhə yol açıblar” - FOTO

Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir

Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir

II Elizabet, Xruşşov, Si Cinpin, İlham Əliyev... - Ağ Evin tarixi zalının hekayəsi

II Elizabet, Xruşşov, Si Cinpin, İlham Əliyev... - Ağ Evin tarixi zalının hekayəsi

“Sabah” amerikalı basketbolçunu transfer etdi - FOTO

“Sabah” amerikalı basketbolçunu transfer etdi - FOTO

Azərbaycana dini ziyarət məqsədilə gələnlərin SAYI AÇIQLANDI

Azərbaycana dini ziyarət məqsədilə gələnlərin SAYI AÇIQLANDI

PUA ilə ölkəyə keçirilən narkotikləri satan kişi və qadın tutuldu - VİDEO

PUA ilə ölkəyə keçirilən narkotikləri satan kişi və qadın tutuldu - VİDEO

Soyuq çaya və yeməyə görə şişi qızdırıb arvadına "dağ basdı" - Yardımlıda DƏHŞƏT

Soyuq çaya və yeməyə görə şişi qızdırıb arvadına "dağ basdı" - Yardımlıda DƏHŞƏT

Vaşinqton Bəyannaməsi: İlham Əliyevin liderliyi ilə Cənubi Qafqazda yeni siyasi mərhələ - FOTO

Vaşinqton Bəyannaməsi: İlham Əliyevin liderliyi ilə Cənubi Qafqazda yeni siyasi mərhələ - FOTO

Əraqçi: "Konvensiyada İranın Xəzərdəki payı məsələsi yoxdur"

Əraqçi: "Konvensiyada İranın Xəzərdəki payı məsələsi yoxdur"

End of content

No more pages to load

RADİO