Vardanyan üçün “ƏLVİDA” havası çalındı - Moskva “LAYİHƏSİNİ” geri çəkir

Separatçıların “pul paylayan”ı Ruben Vardanyana da yol göründü. Artıq Ermənistanda da milyarderin yola salınmasından danışılır. Son bir neçə gündə bu barədə xəbərlər hətta rəsmi mətbuatda da yer alır. Bu da ona dəlalət edir ki, Vardanyanın yola salınması haqqında siyasi qərar verilib.

Məlum olduğu kimi Vardanyan Kremlin layihəsidir. Moskva onu Qarabağa göndərməklə 2 məsələni hədəfləmişdi:

Birincisi, Qarabağdakı separatşılara nəzarəti Vardanyanın  vasitəsi ilə əldə saxlamaq. Çünki, Rusiya istəmir ki, Qərb və digər dövlətlərin Qarabağdakı ermənilərə təsir imkanı olsun.

İkincisi, milyarderə tapşırılmışdı ki, oğurladığı və yığdığı milyonların bir qismini aparıb Qarabağda xərcləsin. Çünki, Qarabağdakı ermənilərin sosial xərclərinin bir qismini Rusiya qarşılayır. Məhz bu öhdəlik müqabilində Rusiya vətəndaşlığından məhrum edilən Vardanyanın milyardlarına toxunulmadı.

Lakin, siyasi cəhətdən yetkin olmayan Vardanyan hər iki vəzifəni lazımınca icra edə bilmədi. Əksinə, o fürsət düşdükcə Qərblə separat danışıqlara getdi.
Hətta fransalı deputatları Vardanyan Qarabağa dəvət etdi. Eləcə də, Qarabağdakı ermənilərə də Vardanyan lazımı dəstəyi göstərmədi. Ona görə də Kreml əlini Vardanyanın üzərindən çəkdi.

Təsadüfi deyil ki, ötən həftə Rusiya XİN-in başçısı Sergey Lavrov jurnalistlərin sualını cavablandırarkən bildirdi ki, Vardanyanın Rusiya Federasiyası ilə heç bir əlaqəsi yoxdur:

“Və Rusiya hakimiyyətinin də onunla heç bir əlaqəsi yoxdur.”

Lavrov dediklərində 100 faiz səmimi olmasa da fikirlərində həqiqət var. Artıq Moskva daha əvvəlki kimi Vardanyana “stavka” etmir. Kreml yenidən “Qarabağ klanı” kartını ortaya atır.

Təsadüfi deyil ki, 2 həftə əvvəl qatı millətçi Vitali Balasanyan “təhlükəsizlik şurasının katibi” vəzifəsindən azad edildi. Onun yerinə Ararat Melkumyan “təyinat aldı”. Melkumyansa daha çox Köçəryan-Sarkisyan cütlüyünə yaxınlığı ilə seçilir.

Üstəlik, Vardanyanın məsuliyyətsiz bəyanatları və Ermənistan baş naziri Nikol Paşinyana açıq müharibə elan etməsi də onun gedişini sürətləndirir. Çünki, erməni milyarder götürdüyü öhdəlikləri unudub şəxsi ambisiyasını və siyasi iddiasını ortaya qoyub.
Ona görə də son vaxtlar Paşinyana yaxın mətbu orqanları davamlı şəkildə Vardanyanı “vurur”. Bu da onu göstərir ki, onun gedişini təkcə Moskva yox, həm də rəsmi İrəvan da istəyir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İngiltərə və Argentina yığmaları dünya çempionatları tarixində neçə dəfə üz-üzə gəlib?

İngiltərə və Argentina yığmaları dünya çempionatları tarixində neçə dəfə üz-üzə gəlib?

Bu aktrisa övladlarından heç vaxt üzr istəməyib – SƏBƏBİNİ AÇIQLADI

Bu aktrisa övladlarından heç vaxt üzr istəməyib – SƏBƏBİNİ AÇIQLADI

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Bakıda yanacaqdaşıyan avtomobil yandı - VİDEO

Bakıda yanacaqdaşıyan avtomobil yandı - VİDEO

İkinci finalçı bu gecə müəyyənləşəcək: İngiltərə, yoxsa Argentina?

İkinci finalçı bu gecə müəyyənləşəcək: İngiltərə, yoxsa Argentina?

Qadınlar taxta çıxa bilməz, yalnız 3 kişi varis var - Ən qədim imperiyada böhran – Fotolar

Qadınlar taxta çıxa bilməz, yalnız 3 kişi varis var - Ən qədim imperiyada böhran – Fotolar

Qəhvə içməyin daha bir üstünlüyü ÜZƏ ÇIXDI

Qəhvə içməyin daha bir üstünlüyü ÜZƏ ÇIXDI

"Bitcoin"in qiyməti 65 min dollara yaxınlaşdı

"Bitcoin"in qiyməti 65 min dollara yaxınlaşdı

Kamçatka sahillərində iki güclü zəlzələ oldu

Kamçatka sahillərində iki güclü zəlzələ oldu

18 yaşına çatmayanlar nişanlanarsa... – Hansı cəza GÖZLƏYİR?

18 yaşına çatmayanlar nişanlanarsa... – Hansı cəza GÖZLƏYİR?

Azərbaycan XİN-dən Türkiyəyə TƏBRİK - FOTO

Azərbaycan XİN-dən Türkiyəyə TƏBRİK - FOTO

Qobustanda yol çökdü – VİDEO

Qobustanda yol çökdü – VİDEO

İran 26 gün ərzində 6 milyard dollarlıq neft məhsulu ixrac edib

İran 26 gün ərzində 6 milyard dollarlıq neft məhsulu ixrac edib

Homofob şüarlara görə oyunu bitirən, bir matçda 4 “qırmızı” göstərən - Kimya professoru kimdir?

Homofob şüarlara görə oyunu bitirən, bir matçda 4 “qırmızı” göstərən - Kimya professoru kimdir?

Vintlərin qara, qızılı və gümüşü rəngdə olmasının səbəbi bəlli oldu

Vintlərin qara, qızılı və gümüşü rəngdə olmasının səbəbi bəlli oldu

Kral ailəsi qələbəyə belə sevindi – VİDEO

Kral ailəsi qələbəyə belə sevindi – VİDEO

"Yaprak Dökümü"nün "Şevketi" — Caner Kurtaranın son halı (FOTO)

"Yaprak Dökümü"nün "Şevketi" — Caner Kurtaranın son halı (FOTO)

Gəncədə avtomobil 56 yaşlı kişini xəstəxanalıq etdi

Gəncədə avtomobil 56 yaşlı kişini xəstəxanalıq etdi

Dünya Çempionatı: İspaniya finalda – VİDEO

Dünya Çempionatı: İspaniya finalda – VİDEO

Azərbaycan Milli Elmlər Akademiyası paytaxtdan köçürülür? – Akademikdən AÇIQLAMA

Azərbaycan Milli Elmlər Akademiyası paytaxtdan köçürülür? – Akademikdən AÇIQLAMA

İrandan SƏRT CAVAB – Üç ölkəyə zərbələr endirildi – ANBAAN VİDEO

İrandan SƏRT CAVAB – Üç ölkəyə zərbələr endirildi – ANBAAN VİDEO

Xəzərə hücum edən naməlum “varlıqlar” – dənizdə boğulmaya onlar səbəb olur?

Xəzərə hücum edən naməlum “varlıqlar” – dənizdə boğulmaya onlar səbəb olur?

ABŞ hücumlarının NÖVBƏTİ DALĞASI – İran hədəfləri belə vuruldu – VİDEO

ABŞ hücumlarının NÖVBƏTİ DALĞASI – İran hədəfləri belə vuruldu – VİDEO

BİZİM TƏQVİM:15 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:15 iyulda baş vermiş tarixi hadisələr

End of content

No more pages to load

RADİO