Bayraktarın son nəsil PUA-ları və ÖZƏLLİKLƏRİ – Növbədə hansılar var?

Türkiyənin silah sənayesi son illərdə yüksək inkişaf səviyyəsinə görə dünya sıralamasında ön pillələrdə yer almağı bacarıb. Qardaş ölkə istehsalı olan silahlar dünyanın bir çox ölkələri müştəri düşüb. Bununla yanaşı sözügedən silahlar müxtəlif bölgələrdəki hərbi əməliyyatlarda istifadə olunub.

Xüsusilə də, 44 günlük müharibədə Türkiyə istehsalı pilotsuz uçuş aparatlarının göstərdiyi performans onları bütün dünyanın diqqət mərkəzinə gətirdi.

Davam edən Rusiya-Ukrayna müharibəsində “Bayraktar TB2”lərin özlərini ən yüksək tərəfdən göstərməsi isə ukraynalıların onu mahnı bəstələyəcək qədər sevməsinə səbəb oldu.

Türkiyə silah sənayesindən danışarkən, heç şübhəsiz “Baykar” şirkətinin adı daha çox diqqət çəkir. Bu şirkət tərəfindən istehsal olunan texnologiyalar Türkiyə silah sənayesinin göz bəbəyi hesab olunur.

“Baykar” istehsalı olan texnikalardan danışarkən ilk növbədə pilotsuz uçuş aparatları yada düşür. 

Bu günə qədər Bayraktarın 3 növü istehsal edilib və aktiv istfadə olunur:

1. Bayraktat Mini

Bayraktar Mini Pilotsuz Uçuş Aparatı Sistemi tamamilə orijinal və milli olaraq hazırlanmış elektronika, proqram təminatı və struktur komponentləri ilə Türkiyənin ilk mini robot təyyarə sistemidir. ilk dəfə 2007-ci ildə Türkiyə Silahlı Qüvvələrinin xidmətinə verilib. Xarici ölkələrdə inkişaf etdirilən rəqibləri ilə müqayisədə bir çox qabaqcıl xüsusiyyətlərə, o cümlədən elektrik mühərrikə malik olan mini PUA-lar çətin coğrafi və meteoroloji şəraitdə belə istifadə oluna bilir. 

Özəllikləri:

Rabitə diapazonu – 15 km; uçuş müddəti 60-80 dəqiqə; qanad uzunluğu -2 metr. 

2. Bayraktar TB2

Bayraktar TB2 taktiki silahlı pilotsuz uçuş aparatı, kəşfiyyat missiyaları üçün orta hündürlükdə uzun müddət havada qalma sinfindən olan (MALE) pilotsuz uçuş aparatıdır. 500.000 saatdan çox uçuş həyata keçirən TB2 2014-cü ildən etibarən Türkiyə Silahlı Qüvvələrinin aktiv istifadəsindədir. Hal-hazırda yüzlərlə “Bayraktar TB2” Türkiyə, Qətər, Ukrayna, Azərbaycan və çatdırılma ölkələrinin inventarında işləyir. “Bayraktar TB2” eyni zamanda bu miqyasda ixrac edilən ilk təyyarədir.

Özəllikləri:

Rabitə diapazonu – 300 km; uçuş müddəti - 27 saat; yükgötürmə qabiliyyəti – 150 kq; qanad genişliyi – 12 metr.

3. Bayraktar Akıncı

Yüksək hündürlükdə uzun dayanıqlılıq (HALE) sinifinə malik silahlı pilotsuz hava vasitəsidir . Onlar ilk dəfə 29 avqust 2021-ci ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olublar.

Özəllikləri:

Uçuş müddəti - 24 saat; yükgötürmə qabiliyyəti – 1500 kq; qanad genişliyi – 20 metr.

Növbədə hansılar var?

Adlarını qeyd etdiyimiz PUA-larla yanaşı daha iki uçuş aparatı artıq təqdim olunub və önümüzdəki 2 il ərzində aktiv istifadəyə veriləcəyi gözlənilir:

1. Bayraktar DİHA

Bayraktar şaquli uçuş pilotsuz uçuş vasitəsi (DIHA) kəşfiyyat missiyaları üçün fəaliyyətlər həyata keçirə bilən taktiki PUA-dır. Bu PUA-lar da elektrik mühərrikə sahibdir. 2023-cü ildə istifadəyə verilməsi planlaşdırılır.

Özəllikləri:

Rabitə diapazonu – 150 km; uçuş müddəti - 12 saat; yükgötürmə qabiliyyəti – 5 kq; qanad uzunluğu – 1,5 metr.

2. Bayraktar Kızılelma

2022-ci il dekabrın 14-də ilk test uçuşu reallaşdırılıb. 2023-2024-cü illərdə istifadəyə veriləcəyi gözlənilir. Hücum təyyarələri və PUA-ları ilə hava döyüşü apara bilən “Bayraktar Kızılelma” qısa uçuş-enmə zolaqlı gəmilərdən qalxıb enmə qabiliyyətinə malik olacaq. “Bayraktar Kızılelma” gövdə içərisində daşıyacağı döyüş sursatı ilə müəyyən edilmiş hədəflərə hücum edə biləcək.

Özəllikləri:

Uçuş müddəti - 5 saat; yükgötürmə qabiliyyəti – 1500 kq; qanad genişliyi – 10 metr.
“Baykar” istehsalı olan PUA-larla bağlı ən çox verilən suallardan biri də onların gələcəkdə Türkiyəyə qarşı istifadə edilə biləcəyi ilə bağlıdır. Lakin şirkətin icraçı direktoru Səlçuk Bayraqdar bu məsələyə aydınlıq gətirib:

"Təbii ki, siz xaricə PUA satdığınız ölkələrlə yaxın münasibətdəsiniz və belə gözləntiləriniz yoxdur. Həm də bilirsiniz ki, bunlar yüksək texnologiyalı cihazlardır və yüksək texnologiyalı cihazları proqram təminatı ilə təchiz edirsiniz. Həmin proqram təminatına isə yalnız onu hazırlayanlar hökm edir".
Yəni, qeyd olunan təhlükə ehtimalı yarandıqda, “Bayraktar”ların proqramçıları lazımi müdaxilələri etməklə onları zərərsizləşdirə bilərlər.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İrandan ABŞ-a YENİ TƏHDİD: “Enerji ixracı ya hamı üçün ortaq olacaq, ya da bağlanacaq”

İrandan ABŞ-a YENİ TƏHDİD: “Enerji ixracı ya hamı üçün ortaq olacaq, ya da bağlanacaq”

Xəzər dənizinin səviyyəsi ildə 10 sm aşağı düşür - Yeni araşdırma

Xəzər dənizinin səviyyəsi ildə 10 sm aşağı düşür - Yeni araşdırma

Ağdərədəki qəzada beşaylıq körpə də xəsarət alıb

Ağdərədəki qəzada beşaylıq körpə də xəsarət alıb

Tramp yazıçıya 5,6 milyon dollardan çox təzminat ödədi – MƏHKƏMƏ QƏRARI

Tramp yazıçıya 5,6 milyon dollardan çox təzminat ödədi – MƏHKƏMƏ QƏRARI

Slovakiya Prezidenti Bakıda şəhidlərin xatirəsini andı – FOTO

Slovakiya Prezidenti Bakıda şəhidlərin xatirəsini andı – FOTO

Sakinlər mərasim evindən narazıdır- Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir – VİDEO

Sakinlər mərasim evindən narazıdır- Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir – VİDEO

Ukrayna dronu Rusiya helikopterini belə MƏHV ETDİ – VİDEO

Ukrayna dronu Rusiya helikopterini belə MƏHV ETDİ – VİDEO

Kredit götürüb, istirahətə getmək... – Yeni trendin ƏSAS RİSKLƏRİ

Kredit götürüb, istirahətə getmək... – Yeni trendin ƏSAS RİSKLƏRİ

Müəllimlərə süni intellektlə bağlı TƏLİMLƏR KEÇİRİLƏCƏK

Müəllimlərə süni intellektlə bağlı TƏLİMLƏR KEÇİRİLƏCƏK

Gəncədə güclü YANĞIN – VİDEO

Gəncədə güclü YANĞIN – VİDEO

Rusiya neft ixracında ciddi çətinliklərlə üzləşib - TƏHLİL

Rusiya neft ixracında ciddi çətinliklərlə üzləşib - TƏHLİL

Media diplomatiyasının YENİ MƏRHƏLƏSİ – Qlobal informasiya məkanına ŞUŞADAN BAXIŞ

Media diplomatiyasının YENİ MƏRHƏLƏSİ – Qlobal informasiya məkanına ŞUŞADAN BAXIŞ

Qızıl və gümüş UCUZLAŞDI

Qızıl və gümüş UCUZLAŞDI

Tramp onları yanına ÇAĞIRDI – İrana qarşı hərbi əməliyyatlar genişləndirilir?

Tramp onları yanına ÇAĞIRDI – İrana qarşı hərbi əməliyyatlar genişləndirilir?

Zaqatalada itkin düşən şəxsin meyiti çaydan tapıldı

Zaqatalada itkin düşən şəxsin meyiti çaydan tapıldı

Xarici banklardan pul oğurlayan əcnəbi BAKIYA GƏTİRİLƏCƏK

Xarici banklardan pul oğurlayan əcnəbi BAKIYA GƏTİRİLƏCƏK

Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində başsağlığı verdi – FOTO

Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində başsağlığı verdi – FOTO

Smartfonlar niyə gecə saatlarında şarj itirir? - Əsas səbəblər və tövsiyələr

Smartfonlar niyə gecə saatlarında şarj itirir? - Əsas səbəblər və tövsiyələr

Tramp: "İran böyük boksçudur, gözlənilmədən cavab zərbəsi endirir”

Tramp: "İran böyük boksçudur, gözlənilmədən cavab zərbəsi endirir”

İlham Əliyev: “Azərbaycan həlledici anlarda Türkiyənin yanında oldu”

İlham Əliyev: “Azərbaycan həlledici anlarda Türkiyənin yanında oldu”

Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib

Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib

Pivə içərkən iki dəfə düşünün – Publarda müştəriləri BELƏ ALDADIRLAR

Pivə içərkən iki dəfə düşünün – Publarda müştəriləri BELƏ ALDADIRLAR

Krımın Kerç şəhəri qaranlığa QƏRQ OLDU

Krımın Kerç şəhəri qaranlığa QƏRQ OLDU

Dünya çempionatının final matçının fasiləsi 30 dəqiqə olacaq

Dünya çempionatının final matçının fasiləsi 30 dəqiqə olacaq

End of content

No more pages to load

RADİO