Azərbaycanın baş konsulu ermənipərəst konqresmenlərə cavab verdi

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ermənipərəst mövqeləri ilə seçilən ABŞ konqresmenləri Adam Şif (Adam Schiff) və Cəki Spierin (Jackie Speier) bu yaxınlarda dərc etdirdikləri, Azərbaycanı hədəf alan, saxta məlumatlarla zəngin və qərəzli məqaləyə cavab məqaləsi ilə çıxış edib.

Azərbaycanın Los Ancelesdəki Baş konsulluğundan Bizim.Media-ya verilən xəbərə görə, məqalə fevralın 11-də ABŞ-ın “Medium” portalında dərc olunub.

“Konqres üzvləri Azərbaycan-Ermənistan münaqişəsini deyil, sülhü təşviq etməlidirlər” başlıqlı məqalədə baş konsul N. Ağayev Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq, işğalçılıq və etnik təmizləmə siyasəti, Xocalı soyqırımı haqda geniş məlumat verib.

Ermənistanın son illərdə təxribatçı əməlləri barədə danışan baş konsul, ötən ilin 27 sentyabrında Ermənistanın Azərbaycana qarşı qəfil hücuma keçdiyini bildirərək, 44 günlük müharibənin nəticəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini və suveren sərhədlərini bərpa etdiyini qeyd edib.

Müharibə zamanı döyüş meydanında uduzan Ermənistanın uşaqlar da daxil olmaqla mülki Azərbaycan vətəndaşlarını hədəfə alaraq vəhşi hərbi cinayətlər törətdiyini qeyd edən baş konsul “Human Rights Watch” və “Amnesty International” kimi beynəlxalq təşkilatların hesabatlarına əsaslanaraq konkret faktları diqqətə çatdırır.

Həmçinin, Ermənistanın Yaxın Şərqdən olan terrorçuları və Avropadan olan islamofob faşist qüvvələri Azərbaycana qarşı hərbi əməliyyatlara cəlb etdiyini vurğulayıb.

Bütün bunların fonunda, baş konsul N. Ağayev sözügedən ABŞ konqresmenlərinin bütün bu illər ərzində Ermənistanın işğalçılığını, törətdiyi ağır cinayətləri, Xocalı soyqırımını, Qarabağdakı Azərbaycan mədəni irsini məhv etməsini, məscidləri donuzxanaya çevirməsini nə üçün bir dəfə də olsun pisləmədiklərini sual edib. 

Sonda N. Ağayev hazırda Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması üzərində işin aparıldığını və bunun davamlı sülh üçün vacib olduğunu qeyd edərək bildirib ki, bütün bunların fonunda Konqres üzvləri münaqişəni uzatmaqla deyil, əldə olunmuş sülhü gücləndirməklə məşğul olmalıdırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Bunu evdən öyrənib efirə gəlin" - Könül Kərimovadan irad

"Bunu evdən öyrənib efirə gəlin" - Könül Kərimovadan irad

Pulla bağlı bəxti gətirəcək 5 BÜRC

Pulla bağlı bəxti gətirəcək 5 BÜRC

Azərbaycanda hansı avtomobillər daha çox satılır?

Azərbaycanda hansı avtomobillər daha çox satılır?

Universitetlərdə müəllim çatışmır - "250 manata kim işləyər?"

Universitetlərdə müəllim çatışmır - "250 manata kim işləyər?"

Ən gec qocalan 5 BÜRC

Ən gec qocalan 5 BÜRC

Bakıda yataq otağında ərinə kobud cavab verən QADIN DÖYÜLDÜ

Bakıda yataq otağında ərinə kobud cavab verən QADIN DÖYÜLDÜ

AzMİU-nun korpusu təmir ediləcək

AzMİU-nun korpusu təmir ediləcək

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir – VİDEO

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir – VİDEO

Azərbaycanda polkovnik VƏFAT ETDİ

Azərbaycanda polkovnik VƏFAT ETDİ

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşdü - FOTO

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşdü - FOTO

ABŞ 3 ölkədəki SEPAH tərəfdaşlarına sanksiya tətbiq etdi

ABŞ 3 ölkədəki SEPAH tərəfdaşlarına sanksiya tətbiq etdi

Husilərin yeni qərarı Pakistan və Səudiyyə Ərəbistanını hərəkətə keçirdi

Husilərin yeni qərarı Pakistan və Səudiyyə Ərəbistanını hərəkətə keçirdi

İsrail Qəzza ilə bağlı 15 bəndlik planı RƏDD ETDİ

İsrail Qəzza ilə bağlı 15 bəndlik planı RƏDD ETDİ

Gürcüstanın elektrik sistemindəki qəzanın ilkin nəticələri: Azərbaycan enerji sistemindən niyə ayrılıb?

Gürcüstanın elektrik sistemindəki qəzanın ilkin nəticələri: Azərbaycan enerji sistemindən niyə ayrılıb?

Fransada dəhşətli cinayət: Cütlüyün evindən 5 körpənin qalıqları tapıldı

Fransada dəhşətli cinayət: Cütlüyün evindən 5 körpənin qalıqları tapıldı

İran bu dəfə Bəhreyndəki hərbi bazaları vurdu - VİDEO

İran bu dəfə Bəhreyndəki hərbi bazaları vurdu - VİDEO

Paşinyandan etiraf: “Ermənistanda yetişdirilən balığı yemirəm”

Paşinyandan etiraf: “Ermənistanda yetişdirilən balığı yemirəm”

Sabah bu ərazilərdə işıqlar sönəcək - ÜNVANLAR

Sabah bu ərazilərdə işıqlar sönəcək - ÜNVANLAR

Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA

Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA

Bakıda qətl: 35 yaşlı gənc bıçaqlanaraq öldürüldü

Bakıda qətl: 35 yaşlı gənc bıçaqlanaraq öldürüldü

İki qadın güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq

İki qadın güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq

Göygöldə avtomobillər toqquşdu: 3 yaralı var - FOTO

Göygöldə avtomobillər toqquşdu: 3 yaralı var - FOTO

Ayı ilə olan görüntüsü turisti fenomen etdi - VİDEO

Ayı ilə olan görüntüsü turisti fenomen etdi - VİDEO

Azyaşlı uşağı olan analara işdə yeni güzəştlər verilə bilər - DETALLAR

Azyaşlı uşağı olan analara işdə yeni güzəştlər verilə bilər - DETALLAR

End of content

No more pages to load

RADİO