Rəşadətli Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".
Bizim.Media-nın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin rəsmi "Twitter" hesabındakı paylaşımında bildirilib.
Ölkə başçısı digər tvit-də də bir sıra yaşayış məntəqələrinin işğaldan azad olunmasından bəyan edib:
"Müzəffər Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"
Bizim.Media